https://sputnik.az/20210805/Qaxda-cinsi-zorakla-mruz-qalan-qadnla-bal-son-durum---Komit-vziyyti-aqlad-427629678.html
Qaxda cinsi zorakılığa məruz qalan qadınla bağlı son durum - Komitə vəziyyəti açıqladı
Qaxda cinsi zorakılığa məruz qalan qadınla bağlı son durum - Komitə vəziyyəti açıqladı
Sputnik Azərbaycan
Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə hüquq mühafizə orqanları tərəfindən həbs olunub və müvafiq istintaq hərəkətləri həyata kecirilir. 05.08.2021, Sputnik Azərbaycan
2021-08-05T18:42+0400
2021-08-05T18:42+0400
2021-08-05T17:58+0400
xəbərlər
https://cdnn1.img.sputnik.az/img/42363/02/423630299_295:411:1840:1280_1920x0_80_0_0_0a87e2e2e372f171e93a9712281d3f31.jpg
BAKI, 5 avqust — Sputnik. Qaxda baş vermiş təcavüz hadisəsi ilə bağlı məlumat daxil olduqdan dərhal sonra Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Zaqatala rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları müvafiq araşdırma aparıblar. Bu barədə Ailə, Qadın və UşaqProblemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Sputnik Azərbaycan-a açıqlamasında deyib.O bildirib ki, Qax rayon icra hakimiyyətindən və rayon polis idarəsindən verilən məlumata görə, bu ilin 2 avqust tarixində Qaxın Turaclı kəndində yaşayan 55 yaşlı tək qadın qonşusu 50 yaşlı kişi tərəfindən təcavüzə məruz qalıb. Zərərcəkmiş əvvəl xəstəxanaya yerləşdirilsə də, hazırda vəziyyəti normaldır və artıq öz evindədir.Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə hüquq mühafizə orqanları tərəfindən həbs olunub və müvafiq istintaq hərəkətləri həyata kecirilir.Qeyd edək ki, o, bu hərəkəti spirtli içkinin təsiri ilə törətdiyini bildirib. Dövlət Komitəsinin Zaqatala rayon Uşaq və Ailələrə Dəstək Mərkəzi isə zərərçəkənə psixo-sosial yardım göstərəcək.Qeyd edək ki, Məişət zorakılığı, gender bərabərliyi ilə bağlı qanunların təkmilləşdirilməsinə yönəlik yeni təkliflər paketi var. Uşaq hüquqlarının təminatı ilə bağlı Uşaq Milli Fəaliyyət Planına əsasən təkliflər təkmilləşdiriləcək. Artıq bəzi təkliflərimizi vermişik.Yeniliklərdən biri də budur ki, regionda, eyni zamanda da Azərbaycanda ilk dəfə olaraq dövlət qulluqçuları üçün gender bərabərliyi üzrə kurikulum hazırlanıb. Artıq il ərzində kurikulumun qəbulunu gözləyəcəyik. Kurikulum dövlət qulluğunda da, vəzifələrin tutulması məsələsində də gender bərabərliyini qoruyacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42363/02/423630299_179:0:1886:1280_1920x0_80_0_0_a2d98c58a049c4a0cb1cca7d5d1add84.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
Qaxda cinsi zorakılığa məruz qalan qadınla bağlı son durum - Komitə vəziyyəti açıqladı
Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə hüquq mühafizə orqanları tərəfindən həbs olunub və müvafiq istintaq hərəkətləri həyata kecirilir.
BAKI, 5 avqust — Sputnik. Qaxda baş vermiş təcavüz hadisəsi ilə bağlı məlumat daxil olduqdan dərhal sonra Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Zaqatala rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları müvafiq araşdırma aparıblar. Bu barədə Ailə, Qadın və UşaqProblemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Sputnik Azərbaycan-a açıqlamasında deyib.
O bildirib ki, Qax rayon icra hakimiyyətindən və rayon polis idarəsindən verilən məlumata görə, bu ilin 2 avqust tarixində Qaxın Turaclı kəndində yaşayan 55 yaşlı tək qadın qonşusu 50 yaşlı kişi tərəfindən təcavüzə məruz qalıb. Zərərcəkmiş əvvəl xəstəxanaya yerləşdirilsə də, hazırda vəziyyəti normaldır və artıq öz evindədir.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə hüquq mühafizə orqanları tərəfindən həbs olunub və müvafiq istintaq hərəkətləri həyata kecirilir.
Qeyd edək ki, o, bu hərəkəti spirtli içkinin təsiri ilə törətdiyini bildirib. Dövlət Komitəsinin Zaqatala rayon Uşaq və Ailələrə Dəstək Mərkəzi isə zərərçəkənə psixo-sosial yardım göstərəcək.
Qeyd edək ki, Məişət zorakılığı, gender bərabərliyi ilə bağlı qanunların təkmilləşdirilməsinə yönəlik yeni təkliflər paketi var. Uşaq hüquqlarının təminatı ilə bağlı Uşaq Milli Fəaliyyət Planına əsasən təkliflər təkmilləşdiriləcək. Artıq bəzi təkliflərimizi vermişik.
Yeniliklərdən biri də budur ki, regionda, eyni zamanda da Azərbaycanda ilk dəfə olaraq dövlət qulluqçuları üçün gender bərabərliyi üzrə kurikulum hazırlanıb. Artıq il ərzində kurikulumun qəbulunu gözləyəcəyik. Kurikulum dövlət qulluğunda da, vəzifələrin tutulması məsələsində də gender bərabərliyini qoruyacaq.