23:11 25 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9961
  • RUB0.0234
XƏBƏRLƏR
Qısa URL
458 0 0

Ucar rayon icra hakimiyyətindən verilən məlumata görə, prosesin uzanmasına səbəb körpənin sənədlərinin hazırlanması olub.

BAKI, 7 avqust - Sputnik. Ötən ayın 12-də Ucarda selafon torbaya qoyularaq dəmir yolunun kənarındakı istifadəsiz tikiliyə atılan yeni doğulmuş körpənin taleyi qaranlıq olaraq qalır.

26 gün əvvəl yerli sakinlər tərəfindən tapılaraq Ucar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən körpə hələ də ortalıqda qalıb.

Həkimlərin Sputnik Azərbaycan-a verdikləri məlumata görə, körpənin tapıldığı gündən hansısa müayinə və müalicəyə ehtiyacı olmasa da, bu günə qədər onu aidiyyatı üzrə təhvil verə bilməyiblər.

Hazırda Ucar rayon Mərkəzi Xəstəxanasının yeni doğulmuşlar fizioloji palatasında qalan körpəyə həkimlər Tapdıq adı veriblər.

Xəstəxanın baş direktoru tərəfindən körpə xüsusi nəzarətə götürülüb, gündəlik qidalanma və geyim ləvazimatları ilə təmin olunub.

Doğum şöbəsinin tibb bacıları tərəfindən körpəyə lazımı qayğı göstərilir. Mövcud vəziyyətlə bağlı xəstəxananın rəhbərliyi tərəfindən körpənin lazımi müəssisəyə yerləşdiriliməsi üçün rayon icra hakimiyyətinə müraciət edilib.

Ucar rayon icra hakimiyyətindən verilən məlumata görə, prosesin uzanmasına səbəb körpənin sənədlərinin hazırlanması olub. Artıq bu işlər yekunlaşıb, uşağa doğum haqqında şəhadətnamə hazırlanıb.

Növbəti günlərdə yeni doğulmuşun Bakıdakı uşaq evlərindən birinə köçürülməsi planlaşdırılır.

Körpənin tapılması

İyulun 12-də Ucarda dəmiryolunun yaxınlığında yeni doğulmuş körpənin tapıldığı barədə məlumat yayılıb.

Belə ki, rayon sakinləri səhər saatlarında fəaliyyət göstərməyən idarə həyətində körpə səsi eşidiblər. Oraya yaxınlaşdıqda beşikdə yeni doğulmuş oğlan uşağı görüblər.

Sakinlər rayon polis şöbəsinə məlumat veriblər. Dərhal polis və təcili tibbi yardım əməkdaşları əraziyə gələrək körpəni Ucar rayon Mərkəzi Xəstəxanasına aparıblar.

Tibbi müayinə edilən körpə hazırda xəstəxanada saxlanılır. Körpənin kim tərəfindən və hansı şəraitdə əraziyə atılması Ucar rayon Polis Şöbəsi tərəfindən araşdırılır.

Yeni doğulan körpənin cinsi oğlan, çəkisi 4 kq 19 qram, boyu 53 sm-dir. Körpə Ucar rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində, yeni doğulmuşlar palatasına yerləşdirilib və həkim müşahidəsi altındadır.

Həmçinin oxuyun: 

* Ucarda küçəyə atılmış körpə həkim nəzarətindədir

Əsas mövzular