20:23 15 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0567
  • RUB0.0236
HADİSƏ
Qısa URL
19

Lənkəranda "Subaru-Outback" markalı minik avtomobili yol kənarında dayanan "Mercedes" markalı minik avtomobilinə çırpılıb.

BAKI, 28 may — Sputnik, Rahim Muradov. Lənkəranda günorta saatlarında ölümlə nəticələnən avtomobil qəzası baş verib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi xəbərə əsasən, qəza Ələt-Astara magistral yolunun Lənkəran rayonu, Şirinsu kəndi ərazisindən keçən hissəsində baş verib.

  • Lənkəranda yol-nəqliyyat hadisəsi
    © Sputnik / Rahim Murad
  • Lənkəranda yol-nəqliyyat hadisəsi
    © Sputnik / Rahim Murad
1 / 2
© Sputnik / Rahim Murad
Lənkəranda yol-nəqliyyat hadisəsi

Hadisə nəticəsində 1964-cü il təvəllüdlü Surəddin Həmzəyevin idarə etdiyi  99-MC-209 dövlət qeydiyyat nömrə nişanlı "Subaru-Outback" markalı minik avtomobili yol kənarında dayanan "Mercedes" markalı minik avtomobilinə çırpılıb.

Daha sonra "Subaru" yol kənarındakı hasara çırpılaraq aşıb. Nəticədə "Subaru-Outback"in sürücüsü S.Həmzəyev yerindəcə dünyasıni dəyişib. Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.

Bildirək ki, "Mercedes"in sürücüsü hadisə zamanı avtomobilində olmayib. Qəza hadisəsi ilə bağlı araşdırmalar davam etdirilir.

Eləcə də oxuyun:

Teqlər:
ölüm, Lənkəran, qəza

Əsas mövzular