CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Oqtay Gülalıyevin qəzaya düşən oğlu özəl xəstəxanaya köçürülüb

© Sputnik / Irade JELILКарета скорой помощи в Баку. фото из архива
Карета скорой помощи в Баку. фото из архива - Sputnik Azərbaycan, 1920, 26.05.2021
Abunə olmaq
Gülalıyev Təbriz Oqtay oğlu idarə etdiyi avtomobillə Abşeron rayonu Məhəmmədi qəsəbəsində qəzaya uğrayıb. O, burun sümüyünün əziyi, kəllə-beyin travması alaraq 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

BAKI, 26 may — Sputnik. Bakı Sağlamlıq Mərkəzi yol qəzasında xəsarət alan Təbriz Güləliyevin vəziyyəti ilə bağlı məlumat yayıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, BSM-in məlumatında bildirilib ki, Təbriz Güləliyev dünən axşam saatlarında mərkəzə təcili tibbi yardım maşını ilə huşu aydın, baş və üz, eləcə də bədənin digər nahiyələrində olan çoxsaylı travmalarla gətirilib.

Təcili tibbi yardım şöbəsində ilkin yardım göstərildikdən sonra xəstə reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilərək plan üzrə müayinə və müalicəsinə başlanılıb. Müayinə nəticəsində xəstəyə müştərək travma, qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, sol tərəfli almacıq sümüyünün və burun sümüklərinin çoxsaylı yerdəyişmiş sınıqları, burun kürəyinin əzilmiş, sol qaş nahiyəsinin sıyrılmış yaraları, sol tərəfli paraorbital hematoma, sağ diz qapağının yerdəyişmiş sınığı diaqnozu qoyulub. Hazırda vəziyyəti stabildir, müalicə və müşahidə davam etdirilir.

Qeyd edək ki, Gülalıyev Təbriz Oqtay oğlu idarə etdiyi avtomobillə Abşeron rayonu Məhəmmədi qəsəbəsində qəzaya uğrayıb. O, burun sümüyünün əziyi, kəllə-beyin travması alaraq 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib. Daha sonra T.Gülalıyev özəl xəstəxanaların birinə köçürülüb. Hadisə ilə bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

Eləcə də oxuyun:

Oqtay Gülalıyev il yarım sonra komadan ayılıb

* Bakıda ağır yol qəzasında 4 nəfər xəsarət aldı

Motosiklet sürücüsünün faciəli sonu

 

Xəbər lenti
0