Lənkəranda "Subaru-Outback" markalı minik avtomobili yol kənarında dayanan "Mercedes" markalı minik avtomobilinə çırpılıb. 28.05.2021, Sputnik Azərbaycan
Lənkəranda "Subaru-Outback" markalı minik avtomobili yol kənarında dayanan "Mercedes" markalı minik avtomobilinə çırpılıb.
BAKI, 28 may — Sputnik, Rahim Muradov. Lənkəranda günorta saatlarında ölümlə nəticələnən avtomobil qəzası baş verib.
Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi xəbərə əsasən, qəza Ələt-Astara magistral yolunun Lənkəran rayonu, Şirinsu kəndi ərazisindən keçən hissəsində baş verib.
Hadisə nəticəsində 1964-cü il təvəllüdlü Surəddin Həmzəyevin idarə etdiyi 99-MC-209 dövlət qeydiyyat nömrə nişanlı "Subaru-Outback" markalı minik avtomobili yol kənarında dayanan "Mercedes" markalı minik avtomobilinə çırpılıb.
Daha sonra "Subaru" yol kənarındakı hasara çırpılaraq aşıb. Nəticədə "Subaru-Outback"in sürücüsü S.Həmzəyev yerindəcə dünyasıni dəyişib. Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.
Bildirək ki, "Mercedes"in sürücüsü hadisə zamanı avtomobilində olmayib. Qəza hadisəsi ilə bağlı araşdırmalar davam etdirilir.
Eləcə də oxuyun:
Oqtay Gülalıyevin qəzaya düşən oğlu özəl xəstəxanaya köçürülüb