Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Yol qəzalarında piyadaların əsas ölüm səbəbi

Abunə olmaq
Son aylar ərzində respublikanın yollarında baş verən avtomobil qəzalarının sayında azalma tendensiyası müşahidə olunsa da, piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrini sayı artıb.

Azərbaycanda yol-nəqliyyat hadisələrinin statistikası azalmağa meyllidir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2021-ci ilin yanvar-mart ayları ərzində ötən ilin eyni dövrü ilə müqayisədə qəzaların sayı 10,7% azalıb.

Yollarda baş verən qəzaların sayı azalsa da, ilin əvvəlindən bu yana 376 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qeyd etmək lazımdır ki, 2020-ci ilin birinci rübündə qəzaların sayı 421-ə qədər yüksəlmişdi.

Rəqəmlərdəki fərqə baxmayaraq, hadisələrin mahiyyəti dəyişməyib. Belə ki, əksər hallarda minik avtomobilləri qəzaya uğrayır və bu hadisələr də əsasən sutkanın qaranlıq saatlarında baş verir.

Bununla belə, hadisələrin bir qismi də alatoran vaxtı qeydə alınıb. Üstəlik, sutkanın həmin vaxtında baş verən qəzalarda ölüm halları daha çox olub. Bunu yol hərəkəti üzrə mütəxəssislər də təsdiqləyirlər.

Artıq uzun illərdir ki, yolların lazımi şəkildə işıqlandırılmaması ilə bağlı həyəcan təbili çalınır. Çünki sürücülərin yolu yaxşı görə bilməməsi piyadaların vurulması ilə nəticələnir.

2021-ci ildə yol qəzalarının 37,8%-i nəqliyyat vasitələri və piyadaların iştirakı ilə baş verib. Qalan hadisələrin 38,3%-i birdən çox nəqliyyat vasitəsi, 23,9%-i isə bir nəqliyyat vasitəsinin iştirakı ilə törədilib.

Yol qəzalarının daha ətraflı statistikası Sputnik Azərbaycanın infoqrafikasında öz əksini tapıb.

Xəbər lenti
0