10:05 11 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
28620

400-ə yaxın insanın məskunlaşdığı yataqxana qəflətən uçub. Yataqxananın 3-cü və 4-cü mərtəbələri arasındakı arakəsmə yerlə bir olub.

BAKI, 29 mart — Sputnik. Təxminən 1 ay öncə qəzalı olduğu barədə məlumat verdiyimiz, Xətai rayonu ərazisində yerləşən beş mərtəbəli yataqxana dünən günorta radələrində uçub. Cavanşir küçəsi 10 ünvanında yerləşən yataqxananın 3-cü və 4-cü mərtəbəsi arasındakı arakəsmə yerlə bir olub.

"Binanın qəzalı vəziyyətdə olması ilə bağlı dəfələrlə hökumət qurumlarına müraciət edilsə də, heç bir faydası olmayıb", —deyə Sputnik-ə açıqlamasında bina sakini Teymur Əliyev bildirib.

Hadisə zamanı binada olmadığını deyən sakinin sözlərinə görə, qardaşı zəng edərək, məlumat verib: "Onun danışdığını eşidəndə çox da təəccüblənmədim. Çünki belə hadisə olacağı gözlənilirdi. Çünki 4-cü mərtəbədə yerləşən mətbəxin döşəməsində oval şəklində uçuq var idi".

"İndi həmin uçuq tamamilə dağılıb və gördüyünüz kimi 3-cü mərtəbə ilə arada arakəsmə qalmayıb. Hər an yeni uçurum təhlükəsi mövcuddur, binanın özü belə 2-3 bal zəlzələyə tab gətirə bilməz", —deyib T. Əliyev.

  • Xətai rayonu ərazisində yerləşən beş mərtəbəli yataqxana dünən günorta radələrində uçub
    Xətai rayonu ərazisində yerləşən beş mərtəbəli yataqxana dünən günorta radələrində uçub
    © Sputnik / Fuad Hasanov
  • Bina sakini Teymur Əliyev
    Bina sakini Teymur Əliyev
    © Sputnik / Fuad Hasanov
  • Yataqxanada 96 ailə yaşayır
    Yataqxanada 96 ailə yaşayır
    © Sputnik / Fuad Hasanov
  • 1979-cu ildə inşa edilmiş binanın qəzalı vəziyyətdə olması ilə bağlı bir neçə il əvvəl rəy verilib
    1979-cu ildə inşa edilmiş binanın qəzalı vəziyyətdə olması ilə bağlı bir neçə il əvvəl rəy verilib
    © Sputnik / Fuad Hasanov
  • Mərtəbələrdəki ümumi mətbəxlər bağlanıb, onlarda istifadə qadağan edilib
    Mərtəbələrdəki ümumi mətbəxlər bağlanıb, onlarda istifadə qadağan edilib
    © Sputnik / Fuad Hasanov
  • Martın 28-i günorta radələrində mərtəbələr arasındakı beton panellər qəfildən uçub
    Martın 28-i günorta radələrində mərtəbələr arasındakı beton panellər qəfildən uçub
    © Sputnik / Fuad Hasanov
1 / 6
© Sputnik / Fuad Hasanov
Xətai rayonu ərazisində yerləşən beş mərtəbəli yataqxana dünən günorta radələrində uçub

O, yataqxanada 96 ailənin yaşadığını və bu insanların ölümlə burun-buruna qaldıqlarını bildirib: "Bugünkü gündə burada 96 ailə yaşayır. Amma 96 ailə 96 nəfər demək deyil. Hər ailənin azı 3, 4, 5 nəfər üzvü var. Ümumi hesablayanda 350-400 adam yaşayır bu yataqxanada. Allah göstərməsin, sabah bu bina tam uçsa, xalqa nə cavab verəcəklər?".

Əliyev yataqxanadan köçürülmə ilə bağlı Xətai rayon İcra Hakimiyyətinə, Prezident Administrasiyasına, Fövqəladə Hallar Nazirliyinə (FHN) müraciətlər edildiyini, ancaq bir nəticə ala bilmədiklərini söyləyib: "Neçə dəfələrlə Prezident Administrasiyasıa getmişik. Bütün dövlət orqanlarına müraciət də eləmişik. Özləri də dəfələrlə gəlib yataqxanının vəziyyətini görüblər. Amma konkret heç bir iş görülməyib, nə də ki görüləcəyi ilə bağlı dəqiq heç nə deyilmir".

1979-cu ildə inşa edilmiş binanın qəzalı vəziyyətdə olması ilə bağlı bir neçə il əvvəl rəy verilib. Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri binaya baxış keçiriblər, mətbəx və sanitar qovşaqlardan istifadənin təhlükəli olması barədə sakinlərə və yerli icra strukturlarına xəbərdarlıq edilib.

Mərtəbələrdəki ümumi mətbəxlər bağlanıb, onlarda istifadə qadağan edilib. Lakin yataqxana sakinləri bağlanmış mətbəxləri özbaşına açaraq, onlardan istifadəni davam etdiriblər.

Martın 28-i günorta radələrində isə mərtəbələr arasındakı beton panellər qəfildən uçub. Hadisə vaxtı mətbəxlərdə heç kim olmadığından zərər çəkən də olmayıb. Həmin vaxt 3-cü və 4-cü mərtəbələrdəki mətbəxlərdə heç kim olmadığından, xoşbəxtlikdən zərər çəkən olmayıb.

Əlaqədar

Bakının bütün rayonlarında qəzalı binalar söküləcək
"Yeni Bakı" sakinləri etiraz edir
Gəncə sakinlərinə şad xəbər
Biləcəri sakinləri üçün yerüstü keçid tikilir
Yanan bina sakinlərinə kompensasiya bu gün veriləcək
Teqlər:
uçqun, sakin, bina, ailə, yataqxana

Əsas mövzular