Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda 96 ailə ölüm təhlükəsi altındadır

© Sputnik / Fuad HasanovXətai rayonu ərazisində yerləşən beş mərtəbəli yataqxana dünən günorta radələrində uçub
Xətai rayonu ərazisində yerləşən beş mərtəbəli yataqxana dünən günorta radələrində uçub - Sputnik Azərbaycan
Abunə olmaq
400-ə yaxın insanın məskunlaşdığı yataqxana qəflətən uçub. Yataqxananın 3-cü və 4-cü mərtəbələri arasındakı arakəsmə yerlə bir olub.

BAKI, 29 mart — Sputnik. Təxminən 1 ay öncə qəzalı olduğu barədə məlumat verdiyimiz, Xətai rayonu ərazisində yerləşən beş mərtəbəli yataqxana dünən günorta radələrində uçub. Cavanşir küçəsi 10 ünvanında yerləşən yataqxananın 3-cü və 4-cü mərtəbəsi arasındakı arakəsmə yerlə bir olub.

“Tağıyev kombinatının yataqxanasının” uçması. FH yerindən kadrlar - Sputnik Azərbaycan
VİDEO
“Tağıyev kombinatının yataqxanasının” uçması. Hadisə yerindən kadrlar

"Binanın qəzalı vəziyyətdə olması ilə bağlı dəfələrlə hökumət qurumlarına müraciət edilsə də, heç bir faydası olmayıb", —deyə Sputnik-ə açıqlamasında bina sakini Teymur Əliyev bildirib.

Hadisə zamanı binada olmadığını deyən sakinin sözlərinə görə, qardaşı zəng edərək, məlumat verib: "Onun danışdığını eşidəndə çox da təəccüblənmədim. Çünki belə hadisə olacağı gözlənilirdi. Çünki 4-cü mərtəbədə yerləşən mətbəxin döşəməsində oval şəklində uçuq var idi".

"İndi həmin uçuq tamamilə dağılıb və gördüyünüz kimi 3-cü mərtəbə ilə arada arakəsmə qalmayıb. Hər an yeni uçurum təhlükəsi mövcuddur, binanın özü belə 2-3 bal zəlzələyə tab gətirə bilməz", —deyib T. Əliyev.

© Sputnik / Fuad HasanovXətai rayonu ərazisində yerləşən beş mərtəbəli yataqxana dünən günorta radələrində uçub.
Xətai rayonu ərazisində yerləşən beş mərtəbəli yataqxana dünən günorta radələrində uçub - Sputnik Azərbaycan
1/6
Xətai rayonu ərazisində yerləşən beş mərtəbəli yataqxana dünən günorta radələrində uçub.
© Sputnik / Fuad HasanovBina sakini Teymur Əliyev.
Bina sakini Teymur Əliyev - Sputnik Azərbaycan
2/6
Bina sakini Teymur Əliyev.
© Sputnik / Fuad HasanovYataqxanada 96 ailə yaşayır.
Yataqxanada 96 ailə yaşayır - Sputnik Azərbaycan
3/6
Yataqxanada 96 ailə yaşayır.
© Sputnik / Fuad Hasanov1979-cu ildə inşa edilmiş binanın qəzalı vəziyyətdə olması ilə bağlı bir neçə il əvvəl rəy verilib.
1979-cu ildə inşa edilmiş binanın qəzalı vəziyyətdə olması ilə bağlı bir neçə il əvvəl rəy verilib - Sputnik Azərbaycan
4/6
1979-cu ildə inşa edilmiş binanın qəzalı vəziyyətdə olması ilə bağlı bir neçə il əvvəl rəy verilib.
© Sputnik / Fuad HasanovMərtəbələrdəki ümumi mətbəxlər bağlanıb, onlarda istifadə qadağan edilib.
Mərtəbələrdəki ümumi mətbəxlər bağlanıb, onlarda istifadə qadağan edilib - Sputnik Azərbaycan
5/6
Mərtəbələrdəki ümumi mətbəxlər bağlanıb, onlarda istifadə qadağan edilib.
© Sputnik / Fuad HasanovMartın 28-i günorta radələrində mərtəbələr arasındakı beton panellər qəfildən uçub.
Martın 28-i günorta radələrində mərtəbələr arasındakı beton panellər qəfildən uçub - Sputnik Azərbaycan
6/6
Martın 28-i günorta radələrində mərtəbələr arasındakı beton panellər qəfildən uçub.
1/6
Xətai rayonu ərazisində yerləşən beş mərtəbəli yataqxana dünən günorta radələrində uçub.
2/6
Bina sakini Teymur Əliyev.
3/6
Yataqxanada 96 ailə yaşayır.
4/6
1979-cu ildə inşa edilmiş binanın qəzalı vəziyyətdə olması ilə bağlı bir neçə il əvvəl rəy verilib.
5/6
Mərtəbələrdəki ümumi mətbəxlər bağlanıb, onlarda istifadə qadağan edilib.
6/6
Martın 28-i günorta radələrində mərtəbələr arasındakı beton panellər qəfildən uçub.

O, yataqxanada 96 ailənin yaşadığını və bu insanların ölümlə burun-buruna qaldıqlarını bildirib: "Bugünkü gündə burada 96 ailə yaşayır. Amma 96 ailə 96 nəfər demək deyil. Hər ailənin azı 3, 4, 5 nəfər üzvü var. Ümumi hesablayanda 350-400 adam yaşayır bu yataqxanada. Allah göstərməsin, sabah bu bina tam uçsa, xalqa nə cavab verəcəklər?".

Əliyev yataqxanadan köçürülmə ilə bağlı Xətai rayon İcra Hakimiyyətinə, Prezident Administrasiyasına, Fövqəladə Hallar Nazirliyinə (FHN) müraciətlər edildiyini, ancaq bir nəticə ala bilmədiklərini söyləyib: "Neçə dəfələrlə Prezident Administrasiyasıa getmişik. Bütün dövlət orqanlarına müraciət də eləmişik. Özləri də dəfələrlə gəlib yataqxanının vəziyyətini görüblər. Amma konkret heç bir iş görülməyib, nə də ki görüləcəyi ilə bağlı dəqiq heç nə deyilmir".

İnsanlar hamam-tualet olan otaqda yatır, yeməyi orada yeyir və evə gələn qonağı orada qəbul edirlər - Sputnik Azərbaycan
FOTO
"Hansı nazirin ailəsi tualetlə çarpayıların iç-içə olduğu otaqda yata bilər?"

1979-cu ildə inşa edilmiş binanın qəzalı vəziyyətdə olması ilə bağlı bir neçə il əvvəl rəy verilib. Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri binaya baxış keçiriblər, mətbəx və sanitar qovşaqlardan istifadənin təhlükəli olması barədə sakinlərə və yerli icra strukturlarına xəbərdarlıq edilib.

Mərtəbələrdəki ümumi mətbəxlər bağlanıb, onlarda istifadə qadağan edilib. Lakin yataqxana sakinləri bağlanmış mətbəxləri özbaşına açaraq, onlardan istifadəni davam etdiriblər.

Martın 28-i günorta radələrində isə mərtəbələr arasındakı beton panellər qəfildən uçub. Hadisə vaxtı mətbəxlərdə heç kim olmadığından zərər çəkən də olmayıb. Həmin vaxt 3-cü və 4-cü mərtəbələrdəki mətbəxlərdə heç kim olmadığından, xoşbəxtlikdən zərər çəkən olmayıb.

Xəbər lenti
0