Lakin bir qədər əvvəl sakinlər görüblər ki, çatlar böyüməyə başlayır. Dünən Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olan həmin yataqxana uçub. Beşmərtəbəli yataqxananın 3-cü və 4-cü mərtəbələri arasındakı arakəsmənin necə uçduğunu göstərən videoya baxın.
Evin sakinlərinin bildirdiyinə görə, yataqxana çoxdandır ki, qəzalı vəziyyətdədir. Lakin rayonun icra hakimiyyəti indiyə qədər lazımi tədbirləri görməyib.
"Düşünməyə belə qorxuram ki, əgər həmin vaxt mətbəxdə adamlar olsaydı, nə baş verərdi. Qurbanlar gözləmək lazım deyil, tədbir görmək lazımdır", — deyə uçan binanın sakini Teymur Əliyev bizimlə fikirlərini bölüşüb.
Qeyd edək ki, hazırda binada yalnız bir məcburi köçkün ailəsi yaşayır, qalan 96 ailə "Tağıyev adına kombinat" toxuculuq fabrikinin keçmiş işçiləri və aztəminatlı ailələrin nümayəndələrindən ibarətdir.