CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

TƏBİB-in səyyar briqadaları iri ticarət mərkəzlərində peyvəndləmə aparırlar

© Sputnik / Murad OrujovВакцинация сотрудников отельной индустрии в Азербайджане
Вакцинация сотрудников отельной индустрии в Азербайджане - Sputnik Azərbaycan, 1920, 24.06.2021
Abunə olmaq
Səyyar vaksinasiyada yalnız Çin istehsalı olan "Sinovac" peyvəndindən istifadə olunur. Vətəndaşlar, həmçinin müvafiq saytda onlayn qeydiyyatdan keçərək də vaksinasiyada iştirak etmək şansı əldə edə bilərlər.

BAKI, 24 iyun — Sputnik. İyunun 24-də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən vaksinasiya prosesinin sürətləndirilməsi məqsədilə səyyar briqadalar təşkil edilib.

Sputnik Azərbaycan xəbər verir ki, yeni növ koronavirus (COVID-19) pandemiyası əleyhinə mübarizə tədbirləri istiqamətində vətəndaşların peyvəndləməsi ölkəmizdə uğurla davam etdirilir.

Tələbatdan asılı olaraq səyyar briqadaların fəaliyyət müddəti uzadıla bilər

TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnarə Baxış bildirib ki, bu günə qədər səyyar briqadalar vasitəsilə ümumilikdə 52 min 826 doza peyvənd vurulub. Onlardan 36 min 925-i birinci doza, 16 min 902-si isə ikinci doza üçün istifadə edilib. Hazırda səyyar briqadalar "Əhmədli" və "Koroğlu" metro stansiyaları yaxınlığındakı "Bravo" hipermarketlərində, həmçinin "Dəniz Mall" və "28 Mall"da təşkil edilib. Tələbatdan asılı olaraq səyyar briqadaların fəaliyyət müddəti uzadıla bilər.

TƏBİB-in əməkdaşının sözlərinə görə, səyyar vaksinasiyada yalnız Çin istehsalı olan "Sinovac" peyvəndindən istifadə olunur. Vətəndaşlar, həmçinin müvafiq saytda onlayn qeydiyyatdan keçərək də vaksinasiyada iştirak etmək şansı əldə edə bilərlər. Səyyar briqadalar tibb məntəqələrində sıxlığın qarşısının alınması, vaksinasiya prosesinin daha da sürətləndirilməsi məqsədilə aprelin 2-dən etibarən fəaliyyətə başlayıb.

Məlumata əsasən, bu günə qədər səyyar briqadanın ünvanına yüzlərlə dövlət və özəl müəssisələrindən və idarələrdən vaksinasiya ilə bağlı müraciətlər daxil olub.

Ölkəmizdə koronavirus əleyhinə peyvəndləmə aksiyasına 2021-ci il yanvarın 18-də start verilib

Xatırladaq ki, ölkəmizdə koronavirus əleyhinə peyvəndləmə aksiyasına 2021-ci il yanvarın 18-də start verilib. Vaksinasiya Strategiyasına uyğun olaraq, ilk növbədə, səhiyyə işçilərinin peyvəndlənməsinə başlanılıb. Fevralın 8-dən 65 yaşdan yuxarı vətəndaşlar, fevralın 17-dən etibarən isə yaşı 50 və yuxarı şəxslər vaksinasiya olunublar. Martın 22-dən 40 yaşdan yuxarı, mayın 10-dan isə 18 yaşdan yuxarı vətəndaşların vaksinasiyası həyata keçirilir.

Qeyd edək ki, koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesinin yüksək keyfiyyətlə təşkil edilməsi üçün bütün zəruri tədbirlər görülür.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 3 milyon 80 min 340-a bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 993 min 612, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 82 min 728 nəfərdir.

Koronavirus bəlası

2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərində koronavirusun (COVID) yayılması dünyanın düzənini dəyişdi. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yayılan virusu pandemiya elan etməsindən sonra dünya bu virusla mübarizəyə başladı. Dünyanın əksər ölkələrində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bir sıra qadağaların tətbiqinə başlandı. Azərbaycanda COVID-19-la mübarizəyə 2020-ci ilin fevral ayının 27-dən başlandı.

Koronavirus pandemiyasının səbəb ola biləcəyi təhlükənin qarşısını almaq, profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Fevralın 28-də ölkədə COVID-19-un ilk müsbət halı təsdiqləndi.

Hazırda ölkəmizdə koronavirus əleyhinə vaksinasiya uğurla davam etdirildiyindən ölkəmizdə karantin qaydalarının yumşaldılması davam edir. Bu il mayın 31-dən açıq havada maska qadağası yığışdırılıb, metronun fəaliyyətinə icazə verilib. İyunun 10-dan məscidlərə, idman zallarına, ticarət mərkəzlərinə, çimərliklərə qoyulan qadağalar müəyyən şərtlər əsasında götürülüb. İyulun 1-dən toy mərasimlərinin küçirilməsinə icazə veriləcək.

Eləcə də oxuyun:

  • Vaksinasiya prosesi epidemioloji vəziyyətə təsir edə biləcəkmi?- həkim şərhi

  • Koronavirusa qarşı hansı vaksini vurdurmaq daha yaxşıdır? Mütəxəssisdən faydalı fikirlər

  • Bu şəxslər vaksinasiyadan azaddırlar

  • Azərbaycan vaksinasiyada MDB lideridir

Xəbər lenti
0