20:20 30 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0193
  • RUB0.0232
TƏHLİL
Qısa URL
46 0 0

İyulun 20-də açılan MAKS-2021 silah sərgisində “Rostex” dövlət korporasiyası xarici partnyorlara dünya standartları sistemini alt-üst edəcək, Qərbin aparıcı dövlətlərinin aviasiya sənayesinin vəziyyətini sıfırlayacaq tam yeni qırıcı təqdim edəcək.

“Suxoy” şirkətinin yüngül, çoxhədəfli, beşinci nəsil qırıcısı aviasalonun sensasiyası olacaq. Bu ərəfədə “Rostex” ilk dəfə maraq doğuran foto və videoları dərc etdi, yeni təyyarənin konturlarını və cihaz panelini göstərdi.

Maraqlıdır ki, yüngül qırıcının ilk nümayiş “hədəfi” Britaniyanın “Defender” esminesinə bənzəyən xarici döyüş gəmisi oldu. Yüngül qırıcının premyerası MAKS-2021-in Moskva ətrafındakı Jukovski aerodromunda açılışına, iyulun 20-nə təsadüf edir.

Rusiyanın ilk birmühərrikli yüngül taktiki qırıcısı səsdən sürətlidir (2 MAX-dan çox), yüksək manevrliliyə, aşağı radiolokasiya aşkarlanmasına malikdir, uçuş çəkisi 18 tondur, mühərrikin dartısının itələmə vektoru sayəsində yaxşılaşdırılmış uçuş-enmə xarakteristikasına sahibdir (dartının çəkiyə nisbəti 1 vahiddən azdır).

Silahlanması – klassik raket-topdur, raketlər həm daxili bölmələrdə, həm də xarici asqılarda yerləşə bilər. Hipersəs raketləri yaxın kosmosdakı hədəfləri vura bilər. “Suxoy”un yeni şedevrinin hazırlanmasında Su-57-nin tematikası üzrə texnoloji bazadan istifadə olunub: radiodalğaları udan örtük, göyərtədə yerləşən radioelektron avadanlıq, silahlanma kompleksi, “30 məhsul” mühərriki.

Yeni maşın daha çox xarici bazara istiqamətlənib: demo-çarxda Argentina, Vyetnam, BƏƏ, Hindistan nümayəndələri görünürlər. Rusiya və BƏƏ dörd il əvvəl yüngül qırıcının - beşinci nəsildən başlayaraq istənilən nəsil maşının yığılmasının mümkün olduğu açıq platformanın yaradılmasını nəzərdə tutan müavilə imzalamışdılar.

Güman ki, perspektivdə çoxhədəfli birmühərrikli təyyarə ağır Su-57 qırıcısının, Amerikanın isə “çiy” F-35-nin əlverişli variantı kimi MDB də daxil dünyanın bir çox ölkələrini maraqlandıracaq. “Suxoy”un yeni maşınına xarici rəqiblərin marağı, gerçəkdən, böyükdür, üstəlik, “Rostex”in xüsusi saytındakı “sensasiyaya qədərki” gerisayımı da bu marağı qızışdırır. Jukovskidə dünyanın 65 ölkəsindən 120 nümayəndə heyəti var.

Əfsanənin doğulması

Ən yeni qırıcının texniki xarakteristikaları barədə tam məlumat verilmir, ancaq “portretə cizgilər” mütəxəssislərə çox şeyi deyir: müxtəlif diapazonlarda aşağı nəzərəçarpanlıq, yüksək dartı-çəki nisbəti, əhəmiyyətli döyüş yükü, aviasiya məhvetmə vasitələrinin aparıcı kompleksi, pilotlu və pilotsuz versiyalar.

Təxmin edilir ki, ordularda pilotlu zərbə təyyarələri ilə yanaşı onların pilotsuz klonlarının da peyda olması döyüş aviasiyasının strategiya və taktikasını dəyişəcək. Pilotlu qırıcı analoji konfiqurasiyaya malik dron qrupu ilə birlikdə hücuma keçəcək. Uçan aparatlar arasında daimi məlumat mübadiləsi olacaq. Kreyser hipersəs sürəti təhlükəli istiqamətdə döyüş təyyarələrinin sayını tez bir zamanda artırmağa imkan verəcək. Düşmənlə üz-üzə gəldikdə silahın tətbiqi qabaqlayıcı və arasıkəsilməz olacaq, bu isə cavab zərbəsi ehtimalını minimuma endirəcək.

Pilotsuz aparatların süni intellekti (burada Rusiya çoxdan Qərbi üstələyib) istiqaməti müəyyənləşdirəcək, kəşfiyyat aparacaq, pilotlu maşını düşmənin qırıcılarından və HHM vasitələrindən qoruyacaq.

Yeni nəsil radioelektron mübarizə sistemləri isə əlavə müdafiəni təmin edəcək. Yeni maşın radiolokasiya rejimində (infraqırmızı və ultrabənövşəyi şüalanma) arasıkəsilməyən sferik müşahidəni və uzaq məsafədən aşkarlanmanı təmin edir. Platformanın açıqlığı hətta altıncı və yeddinci nəsil qırıcılarının yaradılmasına imkan verir.

Birmühərrikli qırıcılar dünyada istehsal olunan hərbi təyyarələr arasında azlıq təşkil edir, onlar elə layihələndirilir ki, istehsal ucuz başa gəlsin, xidmət ehtiyacları və istismar xərcləri isə ikimühərriklilərdən aşağı olsun. Gözlənilir ki, Rusiyanın yeni qırıcısı ixrac bazarlarına istiqamətlənəcək, orada onun əsas rəqibləri isə Amerikanın F-35A və Çinin J-10C təyyarələridir. Qərbdə hesab edirlər ki, “Suxoy”un ən yeni maşınının potensial alıcıları Belarus, Misir, İran və Hindistan olacaq.

Qərb çata bilməyəcək

Örtüyün içində olan təyyarənin uzaqdan-uzağa qiymətləndirilməsi tam obyektiv sayıla bilməz, amma xüsusiləşmiş The Drive nəşri rus konstruktorlarının xərclərə və az nəzərəçarpanlığa balanslı yanaşdıqlarını qeyd edib: “görünməzlikdə” əsas vurğu alın proyeksiyasına (üzbəüz görüntü) düşür (bu prinsipdən “Suxoy”un bazarda rəqabət aparmağa hazırlaşdığı Çin, Türkiyə, Cənubi Koreya istifadə edirlər).

Nəşr həmçinin şassilərin əsas dayaqlarının qarşısında (Su-57 konstruksiyasının analogiyasına uyğun) yerləşdirilmiş qısa məsafəli “hava-hava” raketləri üçün əlavə bölmələri də “görüb.

Military Watch jurnalı isə qeyd edir ki, Rusiyanın sirli təyyarəsinin ikiləşən, xaricə doğru əyilən quyruğu var və bununla da dünyada yeganə birmühərrikli, görünməyən qırıcı sayılan F-35-ə bənzəyir. Nəşr ehtimal edir ki, yüksək manevrliliyi və superkruiz imkanları sayəsində Rusiya qırıcısı F-35-i üstələyəcək. Üstəlik, bu təyyarənin ölçüləri də kiçikdir, istismar xərcləri də xeyli azdır. Hesab edilir ki, yeni “gözəgörünməz” Rusiyanın bütün MİQ-29 parkını əvəz edə bilər və yüksək daxili tələbat üçün aşağı xərcli istehsal xətləri yaratmağa imkan verər.

Analitik The National Interest nəşri “Suxoy”un yeni təyyarəsinin enerji silahlanmasını (18 ton çəki və 2 MAX sürət) Amerikanın stels texnologiyalı F-22 (20 ton və kreyser 1 MAX sürəti) və F-35 (13 ton və 1.6 MAX – 60 saniyədən az) təyyarələri ilə müqayisə edib. Müqayisə ABŞ texnologiyalarının xeyrinə deyil.

Rusiya qırıcısının dartı vektorunun idarə olunması pilota reaktiv mühərrikin dartısını hərəkət trayektoriyasından asılı olmadan istiqamətləndirməyə imkan verir, bu isə yaxın döyüşdə əlavə üstünlükdür (hətta F-22-də dartı yalnız şaquli oxla tənzimlənir).

Amerikalılar Rusiyanın ən yeni birmühərrikli qırıcısının üstünlüyündən pərişandırlar, həm döyüş xarakteristikası, həm də kommersiya baxımından.

Eləcə də oxuyun:

  • Rusiya həmlə PUA-larının ixracına 2022-ci ildə başlayacaq: ən yaxşı nümunələr

  • Rusiyanın hipersəs raketləri niyə ABŞ-ın F-35 və F-22-lərinin "istismarına mane olur"

  • Zaman məsələsi: Rusiyanın Su-57-ləri Amerika təyyarələrini silah bazarında sıxışdıracaq

  • Pentaqon nə üçün F-35A qırıcılarından və Reaper həmlə PUA-larından imtina edir

Teqlər:
Rusiya, qırıcı, təyyarə

Əsas mövzular