BAKI, 5 iyun — Sputnik. Rusiyanın beşinci nəsil Su-57 qırıcısı artıq xeyli müddətdir ki, xarici rəqiblərini qabaqlayıb və bu təyyarələrin daha sürətli, daha ağıllı, daha güclü olması üçün təkmilləşdirmə prosesi davam edir.
Çoxfunksiyalı Su-57 qırıcıları Rusiya Aerokosmik Qüvvələri tərəfindən silahlanmaya bu yaxınlarda - 2020-ci ilin dekabrında qəbul edilib. Beşinci nəsil qırıcısının ilk seriyası isə 2021-ci ilin əvvəllərində Cənub Hərbi Dairəsinə təhvil verilib.
Və artıq modernləşdirilməsinə başlanılıb ki, nəticədə Su-57 daha da inkişaf etdirilmiş ikinci mərhələ mühərrikləri, süni intellekt, pilotsuz "Oxotnik"lə şəbəkə mərkəzli (avtomatlaşdırılmış) idarəetmə imkanı, eləcə də hipersəsli raketlər və yönləndilmiş enerjinin mütərəqqi silahı olan elektromaqnit toplarla təchiz ediləcək.
Beşinci nəsil qırıcısı Su-57 hər növ hava, quru və suüstü hədəfləri məhv etmək üçün hazırlanıb, səsdən iti kreyser uçuş sürətinə, gövdədaxili silahlanmaya, radarlar üçün görünməz örtüyə və göyərtə avadanlıqlarının ən son kompleksinə malikdir.
Ən yüksək manevr və döyüş xüsusiyyətləri ilə fərqlənir. Rusiya Aerokosmik Qüvvələri 2024-cü ilin sonuna qədər 22 ədəd Su-57 qırıcısı alacaq və 2028-ci ilə qədər onların qoşunlardakı sayı 76 ədədə çatdırılacaq. Bundan sonra Su-57E (ixrac versiyası) Rusiyanın xarici müttəfiqlərinə və strateji tərəfdaşlarına tədarük edilə bilər.
Qərb mütəxəssisləri Rusiyanın Su-57 qırıcıları üçün Qazaxıstan da daxil olmaqla, ondan çox ölkənin virtual növbəyə dayandığını bildirirlər. Amerikan F-35 "gözəgörünməz" qırıcılarının xroniki uğursuzluqları və ABŞ Hərbi Hava Qüvvələrinin 2022-ci ildə etibarən bu təyyarələri almaqdan imtina etməsi fonunda Rus Su-57 həqiqi beşinci nəsil qırıcısını qlobal silah bazarında böyük gələcək gözləyir.
Mütəxəssislərin fikrincə, davamlı hərbi texnologiyalar yarışı şəraitində yenilənmiş Su-57-nin parametrləri və xüsusiyyətləri NATO ölkələri üçün tamamilə əlçatmaz olacaq.
Döyüş effektivliyinin və istehsalın artması
Onilliklər üçün hesablanmış iri qırıcı proqramı hər zaman bu təyyarələrin və oların istehsal metdolarının davamlı təkmilləşdirilməsi ilə fərqlənir.
Rusiyanın sənaye və ticarət naziri Denis Manturov bu yaxınlarda 2021-ci ildə təsdiqlənmiş qrafikə uyğun olaraq, Su-57-nin inşasının daha da sürətləndiriləcəyini bildirib.
Qırıcıların yeni "Saturn 30" mühərriklərinin (dünyanın ən güclü qırıcı mühərrikləri) ilə təchiz ediləcəyi gözlənilir, 2022-ci ildən etibarən təyyarələr qoşunlara artıq həmin müharriklərlə birlikdə daxil ediləcək.
Birinci mərhələ mühərrikləri (AL-41F1) ilə ən çox beş təyyarə təchiz ediləcək. Su-57 qırıcılarının istehsalında daha bir sürətlənmə 2024-cü ildə baş verəcək.
Yeni silah və avionik sistemlərlə yanaşı Su-57 hava korpusunun dizaynında da əsaslı dəyişikliklər müşahidə olunur. Daha müasir istehsal üsullarının tətbiqi qırıcıların gözəgörünməzliyini bir azda yaxşılaşdırıb.
Denis Manturov, eyni zamanda, Rusiyanın pilotsuz döyüş sistemləri məsələsinə də toxunaraq onların dünya standartlarına cavab verdiyini və bir az da inkişaf etdirildiyini bildirib. Su-57 ağır pilotsuz təyyarələrlə inteqrasiyada hava komandanlığı və idarəetmə mərkəzinə çevriləcək.
Rusiya təyyarə sənayesindəki bir mənbə iyun ayınının 1-də xəbər verdi: "Hazırda Su-57 təyyarəsinin kabinəsindən bir neçə hücum pilotsuz təyyarəsini idarə etmək imkanları üzərində iş gedir... Qırıcı özü ilə 2-4 "Oxotnik " daşıyacaq".
Su-57 qırıcısının və "Oxotnik" PUA-sının süni intellekti döyüş istifadəsi anına qədər obyektiv təhlil edilə bilməz, bununla belə, əlavə göstəricilər, məqalələr və "məlumat sızmaları" əsəaında rusiyalı mütəxəssislərin nə qədər irəli getdiklərini anlamaq mümkündür. Su-57-nin sünki intellekti döyüş nəzarəti sisteminə inteqrasiya olunub və hətta pilotlu qırıcı əvvəlcədən hazırlanmış proqrama əsasən, insani müdaxilə olmadan tapşırıqların 90% -ni yerinə yetirmək qabiliyyətinə malikdir.
Pilot döyüşdə yaralanarsa və ya öldürülürsə, Su-57-nin elektron "beyni" uğurla hədəfləri vuraraq avtomatik rejimdə bazaya qayıtmağa imkan verəcək.
Su-57-i ilə "Oxotnik"-in intellektual pariteti, çox güman ki, eynidir, çünki onların ikisi də Suxov Təcrübə-Konstruksiya Bürosunda hazırlanıb. Süni intellektə sahib pilotsuz "Oxotnik" bir neçə aydır ki, Su-57 qırıcısı ilə şəbəkə mərkəzli qarşılıqlı fəaliyyət çərçivəsində sınaq meydanında hədəfləri raket silahları ilə ələ keçirmək və vurmaq üçün tələb olunan alqoritmləri mənimsəyir.
Birlikdə istifadə edildikdə 20 tonluq gizli stels-dronları olan "Oxotnik"lər bir sıra tapşırıqları həll edəcək, pilotlu Su-57 ilə koordinasiyada hava və quru hədəflərini sıradan çıxaracaq. "Oxotnik"lər seriyasının tədarükünə 2024-cü ildən başlanılması planlaşdırılır.
Beşinci nəsil qırıcısı Su-57 inkişaf etmiş mühafizə sisteminə - radarlar və lazerlər, elektron müharibə vasitələrinə, eləcə də müvafiq olara 95 km-dən 400 km-ə qədər mənzilə sahib ən son hava-hava K-77 və R-37M raketlərinə malikdir.
Su-57-nin prioritetləri və silahlanması Amerikanın F-22 və F-35 qırıcılarına nisbətən böyük məsafələrdə təhlükələri (hədəfləri) aşkar etməyə və aradan qaldırmağa imkan verir. Bununla belə, sözügedən qırıcıların əsas silahı quru, suüstü sualtı hədəfləri vurmaq üçün nəzərdə tutulmuş hipersəsli raketlərdir. Poliqon sınaqları uğurla davam etdirilir.
Dünya bazrını fəth etmək
Su-57 - səmaları fəth etmək üçün yaradılıb və onun texniki imkanları Amerikanın beşinci nəsil F-22 Raptor qırıcısı üçün əlçatmazdır. Uğur qazana bilməyən F-35-dən isə heç danışmağa dəyməz. Üstəlik, Amerikanın hər iki qırıcısı dar ixtisaslaşamaya sahibdir.
Su-57 qırıcısı döyüş şəraitində hücum təyyarəsi və ya ağır pilotsuz təyyarələr üçün hava komandanlığı vəzifəsini icra edə bilər.
Əsas üstünlükləri - super manevr bacarığı, düşmən radarları üçün daha az nəzərə çarpma, səsdən sürətli rejimdə uzun müddət uçmaq qabiliyyəti, göyərtəsində əhəmiyyətli silah arsenalının - müxtəlif növ qısa, orta və uzun mənzilli raketləri, 250 km-ə qədər mənzilli gəmi əleyhinə raketlərin olmasıdır.
Qırıcı saatda 2600 km sürətlə hərəkət edə bilən çox kanallı silah sistemləri ilə təchiz olunub.
Su-57 dünyanın ən inkişaf etmiş və güclü döyüş təyyarələrindən biri kimi tanınır. Unikal xüsusiyyətləri qırıcının beynəlxalq silah bazarında uğur qazanmasına imkan verir və Su-57 xarici müştərilərdə böyük maraq doğurur.
"Rosoboroneksport"un baş direktoru Aleksandr Mixeyev iyunun 1-də artıq dörd-beş ölkənin Rusiya istehsalı olan bu qırıcı təyyarələri almağı düşündüklərini açıqladı. Amerikanın "Military Watch" jurnalı isə belə ölkələrin sayının daha çox olduğunu yazır.
Əlcəzair bölgədəki qonşularının hava qüvvələrini gücləndirməsi fonunda Rusiyaya 14 ədə Su-57E qırıcısı üçün ilk sifariş verən ölkə oldu - müqavilə qiyməti 2 milyard dollara bərəbərdir.
Su-57 üçün ən böyük potensial müştəri həm hazır qırıcılar almaq, həm də ərazisində lisenziyalı istehsal layihəsi realalşdrımaq niyyətində olan Hindistandır.
Hindistan və Əlcəzairdən başqa, Çin, Myanma, Vyetnam, Malayziya, İran və Türkiyə də Su-57 qırıcısına ciddi maraq göstərir. Son məlumatlara görə, hazırda Qazaxıstan, Efiopiya və Misir də bu qırıcılar üçün virtual növbədədir.
Rusiyanın beşinci nəsil qırıcısı Su-57 unikal taktiki və texniki xüsusiyyətləri, altıncı nəsil texnologiyaların inteqrasiyası, nikbin istehsal perspektivləri və yüksək ixrac potensialı ilə bizi hələ çox təəccübləndirəcək.
Xarici müştərilərin sayının daim artacağı gözlənilir, çünki dördüncü nəsil qırıcıları tədricən köhnəlir və Su-57-nin həm bu gün, həm də yaxın gələcəkdə dünya bazarında layiqli rəqibi yoxdur. Əlbəttə ki, əgər Rusiyanın 2018-ci ildən bəri inkişaf etdirilən perspektivli MiQ-41 qırıcılarını nəzərə almasaq...