Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyanın hipersəs raketləri niyə ABŞ-ın F-35 və F-22-lərinin "istismarına mane olur"

CC BY 2.0 / Official U.S. Navy Page / Andy WolfeИстребитель пятого поколения F-35 Lightning II
Истребитель пятого поколения F-35 Lightning II  - Sputnik Azərbaycan, 1920, 02.07.2021
Abunə olmaq
Su-57 və onun göyərtəsindəki silahlar F-35-ə nisbətən havada döyüşün aparılmasına daha çox uyğunlaşdırılıb. Təyyarə 2600 km/saat sürətlə 5500 km məsafə qət etmək iqtidarındadır.

BAKI, 2 iyul — Sputnik. Rusiyanın super silahları yüksək txnologiyalar sahəsində ən yaxın rəqiblərindən hiper-səs sürətilə uzaqlaşaraq dünya bazarında məhvedici zərbə endirməyə hazırlaşır və bunula da Qərbin bahalı silahlanma proqramlarını küncə sıxışdırır.

"İzvestiya" qəzetinin məlumatlarına görə, fizikanın yeni prinsiplərinə əsaslanan Rusiya silahları yaxın vaxtlarda perspektiv nümunələrin öyrənilməsi formatında deyil, döyüş ssenariləri əsasında keçiriləcək manevrlərdə sınaqdan çıxarılacaq. Söhbət lazer komplekslərindən, hiper-səs raketlərindən və süni intellektli döyüş robot texnikasından gedir.

"Avanqard" və "Kinjal" hiper-səs raket kompleksləri, "Peresvet" lazer kompleksi artıq uzun illərdir ki döyüş növbəsindədirlər. Hazırda S-500 zenit raket sisteminin və dənizdə yerləşdirilən "Sirkon" hiper-səs raketlərinn sınaqları başa çatmaq üzrədir.

"Sarmat" ağır qitələrarası ballistik raketi 2022-ci ildə strateji təyinatlı raket qoşunlarına təhvil veriləcək. "Poseydon" və "Burevestnik" nüvə sualtı qayıqları hazırlanmaqdadır.

İntriqa ondadır ki, Rusiya hərbi nazirliyi hələ ki ən yeni super döyüş texnikasının tam siyahısını açıqlamır. Lakin Qərbdəki "tərəfdaşlar" artıq Rusiyanın ən yeni silahlarının məlum imkanlarından ümidsizliyə qapılırlar.

Quruda və suda yerlşdirilən hiper-səs raketləri, beşinci nəsil Su-57 qırıcı təyyarəsi sübut edir ki, ABŞ-ın hətta ən bahalı silahlanma proqramları da ölkənin texnoloji və döyüş üstünlüyünü təmin etmir. Beynəlxalq silah bazarında ABŞ məhsulları üzərində buludlar qaralmaqdadır. Qeyd edək ki, Rusiya öz silahlarının üstünlüyünü qarşıya bir məqsəd kimi qoymayıb. Bu silahlar təcavüz üçün bir alət deyil, sadəcə olaraq Rusiyanın dünyada milli mraqlarının qorunması sistemidir.

Rusiya silahlı qüvvələri 2027-ci ilin sonuna qədər 76 ədəd beşinci nəsil Su-57 qırıcı təyyarələri alacaqlar. Bu nəhəng maşının silah spektri, mühərrikinin və kompüterinin xüsusiyyətləri sirr olaraq qalır. Lakin ABŞ-ın ixtisaslaşmış "Military Watch" jurnalı iyunun 29-da yazıb ki, Rusiyanın Su-57 təyyarəsinin silahları "ABŞ-ın F-35 təyyarələrinin istismarına mençilik tərədə bilər".

"Gözəgörünməz"lərin tam iflası

Məcmuənin məlumatlarına görə, beşinci nəsil Su-57 qrırcı təyyarəsində altıncı nəsil texnologiyalarından – süni intellekt, lazer silahı, iki növ hiper-səs raketləri, lazer müdafiə sistemi, üçölçülü dartı vektorlu Saturn-30 mühərriklərindən istifadə olunacaq. Su-57 təyyarəsinin silahlarının, konkret olaraq iki növ hiper-səs raketlərinin bu cür qiymətləndirilməsi amerikalılara ABŞ qırıcı təyyarələrinin hətta döyüş əməliyyatlarında olmaya-olmaya iflasa uğraya biləcəkləri barədə xəbərdarlıq edir. Mütəxəssislərin narahatlığı əsaslıdır.

Х-47М2 "Kinjal" (hava-səth) və R-37М (hava-hava) raketlərinin 2025-ci ildə Su-57-yə inteqrasiya olunaraq quraşdırılacağı gözlənilir. "Kinjal" raketləri 2018-ci ildən hava kosmik qüvvələrinin sərəncamındadır, onlar MiQ-31K qırıcıları və Tu-22M uzaqmənzilli bombardmançı təyyarələri ilə inteqrasiya olunub. Raket 10 Maxa qədər sürətlə 2000-3000 km məsafədə hədəfi vurmağa qadirdir ki, bu da həmin təyyarələri xarici bazalarda yerləşdirmədən Qərbi Avropa, Yaxın Şərq, habelə bütün Şərqi və Cənubi-Şərqi Asiyada hədəfləri vurmağa imkan verir. Hazırda mövcud olan heç bir raket hücumundan müdafiə sistemi "Kinjal" raketini vurmaq iqtidarında deyil.

Su-57 təyyarəsi ilə inteqrasiya prosesində Х-47М2 raketinin ölçüləri bir qədər azaldılacaq. Analoji olaraq "hava-hava" tipli, uzaq mənzilli, "atəşdən sonra yaddan çıxarmağa" imkan verən R-37М raketinin də ölçülərini azaltmaq lazım olmuşdu. Göyərtəsində "Kinjal" raketinin olması Su-57 təyyarəsini gəmilərə, komanda mərkəzlərinə, aeodromlara, logistika qovşaqlarına və düşmən arxasının dərinliklərindəki digər fövqəladə vacib obyektlərə hiper-səs ballistik raketlərlə zərbə endirməyə imkan verən yeganə təyyarəyə çevirir.

Döyüş qabiliyyətinin yüksəkliyi və uzaq məsafələrə uçmaq qabiliyyəti Su-57-yə hələ münaqişənin əvvəlində uçuş-enmə zolaqlarını (təyyarədaşıyan gəmilər) sıradan çıxarmağa və uçuş zolağında çoxlu sayda düşmən təyyarəsini neytrallaşdırmağa (məhv etməyə) imkan verir.

Əgər ABŞ təyyarədaşıyan gəmiləri "Kinjal" raketlərinin uçuş məsafəsində hərəkət etsələr (2000 km-ə qədər), o zaman onların göyərtəsindəki gözəgörünməz qırıcılar Su-57 üçün çox asan hədəfə çevriləcəklər.

Burda həmçinin ABŞ gözəgörünməz qırıcılarına texniki xidmətə və onların uçuş-enmə zolaqlarının qüsursuz olmasına dair tələblərin yüksək olmasını da nəzərə almaq lazımdır. F-35 və F-22 təyyarələrinə xidmət göstərənlər həyatının çox hissəsini yerdə (gəminin göyərtəsində) keçirir və bu təyyarələrin xidmət infrastrukturunun dağıdılması onlar üçün kritikdir. Qeyd edək ki, Su-57 təyyarəsi minimum rabitə və naviqasiya ilə təmin olunmuş səhra aerodromlarından qalxıb enməyə qadirdir.

Hamıdan uzağa və hamıdan sürətli

Su-57 və onun göyərtəsindəki silahlar F-35-ə nisbətən havada döyüşün aparılmasına daha çox uyğunlaşdırılıb. Təyyarə 2600 km/saat sürətlə 5500 km məsafə qət etmək iqtidarındadır. Ehtimal olunur ki, bu təyyarənin göyərtəsində altı ədəd "hava-hava" tipli R-37М raketi daşıya bilər (MiQ-31BM-də məhz bu qədər raket yerləşir). "Military Watch" məcmuəsi qeyd edir ki, hiper-səs R-37М raketi hazırda ən yüksək döyüş qabiliyyətli raketdir və onlara ABŞ və Çinin ancaq perspektiv AIM-260 və PL-XX raketləri, o da hamin raketlər hazır olduqdan sonra rəqabət göstərə bilərlər.

Su-57 təyyarəsinin güclü xəbərdarlıq sistemindən istifadə etməklər, startda çəkisi 510 kq olan Rusiyanın R-37М (hava – hava) raketi düşmən təyyarələrini 400 km məsafədə vurmağa qadirdir. 6 Мах sürətə və yüksək manevretmə qabiliyyətinə malik olan raketdən qaçmaq demək olar ki mümkün deyil. Bu raketdən 200 km məsafədə gözəgörünməz qırıcıların məhv edilməsi üçün istifadə oluna bilər, lakin R-37М həmçinin yanacaqdolduran və uzaq radiolokasiya aşkaretmə sistemi ilə təmin olunmuş təyyarələri də vurmağa qadirdir ki, onlar da F-35 və F-22 təyyarələrinə dəstək üçün çox vacibdir. F-35 təyyarəsinin uçuş məsafəsinin nisbətən az olması o deməkdir ki, havada əlavə yanacaq doldurulmadan onların hücum əməliyyatlarında iştirakı mümkün deyil. Beləliklə, Su-57 hətta düşmənin həmlə aviasiyasına birbaşa zərbə endirmədən də onun döyüş planlarını pozmağa qadirdir.

"Military Watch" yazır: "Bu cür universallıq beşinci nəsil qırıcıların heç birində yxdur: F-35A təyyarəsinin bunula müqayisə oluna biləcək silahları yoxdur, F-22 və Çinin J-20 təyyarələrinin isə "hava-yer" və gəmi əleyhinə imkanları əhəmiyyətsiz dərəcədə azdır. Həm də Rusiya istehsalı olmayan təyyarələrdən heç biri "hava-hava" tipli hiper-səs raketlərindən istifadə etmir".

Amerikaya məxsus beşinci nəsil F-22 "Raptor" təyyarəsi havada dar çərçivədə üstünlüyün təmin olunması məqsədləri üçün yaradılıb. Daha sonra isə yerdəki hədəfləri də vura bilmək üçün modofokasiya edilib. Lakin o çox azsaylı "hava-yer" raketlərindən istifadə edə bilər ki, bu da onu möhkəmləndirilmiş komanda məntəqələri və rəqib gəmiləri ilə mübarizəyə yararsız edir. Rusiyanın Su-57 təyyarəsinin rəqibi yoxdur. Müasir hava döyüşündə hətta 4++ nəsil Su-35 təyyarəsi də ABŞ-ın F-22 təyyarəsindən üstündür.

Elə təəssürat yaranır ki, amerikalılar elə əvvəldən F-22 və F-35 təyyarələrini geridə qalmış ölkələrlə və ya Yaxın Şərqdən olan, "cihad-mobil"lərlə hərəkət edən "üsyançılarla" mübarizə üçün hazırlayıblar. İndi isə ətalətin təsiri altında kamillikdən uzaq olan maşınlarını yüksək texnologiyalara malik rəqibə qarşı istifadə etməyə çalışırlar. Təsadüfi deyil ki, ABŞ konqresində digər layihələrin xeyrinə olaraq heç bir ümid doğurmayan F-35 proqramının dondurulması müzakirə olunur.

Bazarda sarsıdıcı zərbə

Birləşmiş Ştatlarda anlayırlar ki, F-35 qırıcı təyyarəsi tezliklə beynəlxalq silah bazarında Rusiyanın Su-57 təyyarəsinin timsalında çox güclü bir rəqiblə toqquşacaq. Artıq Əlcəzair regional qonşularının hərbi-hava qüvvələrnin güclənməsi fonunda Rusiyadan 14 ədəd Su-57E təyyarəsinin alınması barədə sifariş verib. Müqavilənin qiyməti 2 milyard dollardır. Qərb ekspertləri Rusiyanın Su-57 təyyarəsi üçün virtual növbədə ondan çox ölkənin, o cümlədən Qazaxıstanın olduğunu bildirirlər. Məsələn, Vyetnam da 24 ədəd beşinci nəsil təyyarə almaq niyyətindədir.

Su-57-nin ixrac variantı ilk dəfə 2019-cu ilin avqustunda Jukovsk beynəlxalq aviasalonunda nümayiş olunub. İyunun 16-da beşinci nəsil Su-57 təyyarəsinin iki yerlik ixrac variantının olması da məlum olub. Bununla bağlı olaraq baş nazirin müavini Yuri Borisov bildirib: "Bu təyyarəyə maraq var və bu maraq ildən-ilə artacaq".

Təyyarənin iki yerlik versiyası pilotlar üçün döyüş tapşırıqlarının yerinə yetirilməsini asanlaşdıracaq, yeni hiper-səs raketləri isə Su-57-nin zərbələrini qarşısıalınmaz edəcək.

Rusiya döyüş aviasiyasının Suriya səmasında uğurları və texnoloji mükəmməlliyi, habelə Rusiya uistehsalı olan S-400 və S-500 zenit raket sistemlərinin mütləq üstünlüyü fonunda ABŞ-ın texnoloji cəhətdən geri qalması daha da çox gözə çarpır. "Petriot" zenit-raket komplekslərinin Səudiyyə Ərəbistanındakı "Skad" Sovet operativ taktiki raketlərinin analoqları olan, Yəmənə məxsus, köhnəlmiş raketlərlə mübarizədə uğursuzluqları artıq xroniki hal alıb.

2020-ci ildə Pentaqonun İraqdakı bazalarına endirilmiş raket zərbələri zamanı ABŞ HHM sistelərinin tam fiaskosu aşkardır. Bu ona gətirib çıxarıb ki, ancaq Polşa kimi sadiq təəbəlik edən edən ölkələr uçuş məsafəsi 100 km-ə qədər olan "Petriot" ZRK-nın iki divizionunu alır (16 buraxılış qurğusu) və buna 4,75 milyard dollar vəsait xərcləyir. Müqayisə üçün deyək ki, Türkiyə 2,5 milyard dollara Rusiyadan uçuş məsafəsi 400 km-ə qədər olan, dairəvi müşahidə sistemi ilə təchiz olunmuş dörd divizion S-400 "Triumf" zenit raket sistemi alıb (32 buraxılış qurğusu).

ABŞ-ın bütün kölələrini isə Rumıniya vurub keçib. Belə ki, rumınlar bu yaxınlarda təqribən bir milyard dollara 12 ədəd qırx illik F-16 təyyarəsini alıblar. Həmin pula Rusiyanın ən yeni qırıcı təyyarələrindən olan Su-35 təyyarələrini həqiqətən azad bazarda almaq olardı. Texnologiyaların mübarizəsi davam edir.

Həmçinin oxuyun:

Rusiya Qara dənizdə daha bir NATO gəmisinin "dərsini verib" – regionda nə baş verir?

Nədən Rusiya Britaniya qırıcı gəmisinin təxribatına bu qədər sərt cavab verdi?

Xəbər lenti
0