19:00 27 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0067
  • RUB0.0231
RUSİYA
Qısa URL
58 0 0

Rusiyanın müdafiə sənayesi kompleksinin texnoloji səviyyəsi yaxın və uzaq xaricdəki bir çox ölkələri müasir, rəqabət qabiliyyətli pilotsuz uçuş aparatları (PUA) ilə təmin etməyə imkan verir.

 

BAKI, 3 iyul — Sputnik. Rusiyada ilk dəfədir ki PUA-ların kütləvi istehsalına başlanır. Belə ki, "Kronştadt" şirkətlər qrupunun məhsulu olan "Orion" PUA-larının istehsal xətti elm şəhəri olan Dubnada qurulur. Zavod rekord şəkildə qısa müddətdə inşa edilir və 2021-ci ilin noyabrında artıq işə başlayacaq. "Kronştadt" şirkətlər qrupunun dronlarının ixrac üçün istehsalı isə 2022-ci ildə başlanacaq.

Hesab olunur ki, Rusiyanın beynəlxalq PUA-lar bazarında ilk debütü Myanmaya "Orlan-10" aparatlarının satışı ilə bağlı müqavilədir. Lakin Rusiya prezidentinin hərbi-texniki əməkdaşlıq məsələləri üzrə köməkşisi Vladimir Kojin 2017-ci ilin payızında bildirirdi ki, Rusiya xaricə PUA-ların satışı ilə bağlı 5-dən çox müraciəti nəzərdən keçirir. Həmi vaxt pilotsuz texnikanın Rusiyanın ümumi silah ixracında cəmi 3%-lik payı vardı. Son üç ildə çox şey yaxşıya doğru dəyişib, hazırda Rusiyanın yüksək texnologiyalara əsaslanan PUA-larının yaxın və uzaq xaricdə zəfər ekspansiyası labüddür.

PUA-ların istehsalı dünyada ən yüksək texnoligiyalara əsaslanan və güclü inkişaf edən istiqamətdir. Rusiyanın da bu istiqamətə ciddi diqqət yetirməsi qanunauyğun haldır. Nəticələr göz qabağındadır – fevral ayında Əbu-Dabidə keçirilən IDEX 2021 beynəlxalq sərgisində xarici tərəfdaşların Rusiya stendlərində əsasən kəşfiyyat və həmlə təyinatlı pilotsuz texnikaya marağını aşkar etdi.

Silah ixracında Moskva ənənəvi olaraq dünyada ikinci yeri tutur ki, bu da bazarın 15%-i deməkdir, Rusiya istehsalı olan məhsullar isə taktiki-texniki göstəricilərinə görə Qərb məhsullarından geri qalmır, qiymətdə isə daha ucuzdur. "Rostex"in rəhbəri Sergey Çemezovun sözlərinə görə, Rusiya PUA-larının fərqli cəhəti onlara süni intellektin inteqrasiya olunmasıdır. Məsələn, həmlə PUA-sı hədəfi müstəqil şəkildə müəyyən etməyə, nişan almağa və bombardman etməyə qadirdir.

Müqayisə üçün deyək ki, Qarabağdakı döyüş əmliyyatları fonunda populyarlaşmış, Türkiyənin "Bayraktar" PUA-ları operator tərəfindən sabit radiosiqnal məsafəsindən idarə olunur və onun elektron beyni yoxdur, texnoloji kamilliyin zirvəsi deyil və "Rusiyanın qarşısının alınması" planlarında təqribən yay və oxla yanaşı dura bilər.

"Orlan-10" – bapbalaca boyu var, dam dolusu toyu var

Suriya ərazisindəki döyüş əməliyyatlarında özünü yaxşı göstərmiş "Orlan-10" PUA-sı 2010-cu ildən Rusiya ordusunun istifadəsindədir. Bu aparat 18 saat ərzində havada qalmağa qadirdir. 110 km/saatlıq kreyser sürəti olan etibarlı və effektiv PUA-nın qanadlarının açıq vəziyyətdə uzunluğu 3 m, maksimum qalxma çəkisi 1 kq və faydalı yük götürmə qabiliyyəti isə 4,5 kq-dır (o cümlədən bomba yükü).

"Orlan-10"un kəşfiyyatçı variantı 140 km məsafədə məlumatların etibarlı şəkildə ötürülməsini təmin edir. Onun faydalı yük bölməsində müxtəlif cihazlar, gündüz və infraqırmızı kameralar, üçölçülü kartoqrafik çəkilişlər üçün avadanlıq və artilleriya atəşinin korreksiya edilməsi və raket sistemlərinin hədəfi nişana alması üçün lazer nişanlayıcıları yerləşdirilə bilər. Bütün bunlardan əlavə, "Orlan-10" kompleksinin (üç dron, yük avtomobili və yerdən idarəetmə stansiyası) qiyməti də ucuzdur.

Hətta Rusiya müdafiə sanayesi kompleksinə tərif yağdırmağa meylli olmayan "Forbes" jurnalı da Rusiyanın döyüş şəraitində sınaqdan şıxmış "Orlan-10" dronunu "işlək at" hesab edir.

Orta hündürlüklərdə uçan "Orion"

Rusiyanın "Orion-E" həmlə PUA-sını mütəxəssislər "Türkiyə Bayraktarlarının bazarda qatili" və "qiymət-keyfiyyət-intellekt" göstəricilərinə görə beynəlxalq bazarda ən yaxşı təklif adlandırırlar. "İnoxodes" adlanan bu kompleks Rusiya ordusunun istifadəsindədir və döyüş şəraitində – Suriya Ərəb Respublikasında terrorçulara hava zərbələrində sanaqdan çıxarılıb.

"Orion" orta hündürlüklərdə və daha uzun müddət – 24 saata qədər havada qala bilən aparatdır. Onun həmlə modifikasiyası universal komplekslə – idarə olunmayan və korreksiya olunan aviabombalarla, yerdəki stasionar və hərəkətdə olan hədəfləri, zirehli texnikanın, nəqliyyat vasitəsinin və düşmənin canlı qüvvəsinin məhv edilməsi üçün müxtəlif idarə olunan raketlərlə təchiz oluna bilər. Onun havaya qalxa biləcəyi maksimum çəkisi – 1150 kq, sürəti 200 km/saat, maksimum uçuş hündürlüyü 7 km-dir. Aparatın döyüş üçün yükgötürmə qabiliyyəti 200 kq-dır. "Rosoboroneksport"da qeyd edirlər ki, "Orion" unikal taktiki-texniki xüsusiyyətlərə və döyüş imkanlarına, eləcə də böyük ixrac potensialına malikdir. Drona, böyük ehtimal ki, MDB ölkələrində böyük tələbat olacaq.

Ağır "Altius"

Rusiyaya məxsus yeni, ağır "Altius" PUA-sı ilk dəfə məhvetmə vasitələrini iyunun 25-də tətbiq edib – poliqon sınaqları zamanı yerdəki hədəflərə bomba zərbəsi endirib. Hazırda aparatın tankların, yüngül zirehli texnikanın, artilleriya mövqelərinin, bir yerə cəmlənmiş canlı qüvvənin müxtəlif tipli sursatlarla məhv edilməsi imkanları sınaqdan çıxarılır. "Altius"un arsenalında sərbəst düşən, nizamlanan və idarə olunan kiçik çaplı aviabombalar, idarə olunan raketlər var.

Bu "ağır" tipli PUA orta hündürlüklərdə uçan və uzun müddət– iki sutkaya qədər havada qala bilən aparatlar qismindəndir. O havaya qalxarkən maksimum çəkisi 6 tondur və göyərtəsində 1 tona qədər faydalı yük daşımağa qadirdir. İki turbinli mühərriklə təchiz olunmuş PUA-nın qanadlarının uzunluğu 30 m-dir və o, 14 km-ə qədər hündürlükdə uça bilir.

"Altius" PUA-sının bir neçə modifikasiyası var. PUA onu qlobal məsafələrdə idarə etməyə imkan verən peyk rabitəsi sistemi ilə təchiz olunub. Onun döyüş radiusu 500 km-ə qədərdir. Mütəxəssislərin proqnozlarına görə, inkişaf etmiş silahları ilə birlikdə bu aparat həm səmada, həm də beynəlxalq bazarda ən yaxşı analoqları ötüb keçməyə qadirdir.

Güclü "Oxotnik"

Rusiya istehsalı olan "Oxotnik" PUA-sı bu yaxınlarda istifadəyə verilib, hələ ki intellekt və həmlə imkanlarını inkişaf etdirir, amma yenə də, analoji aparatların şərti Olimpində uçuş və döyüş xüsusiyyətlərinə görə bütün rəqiblərini geridə qoyur. Beləliklə, bu aparat həmlə aviasiyasının strategiya və taktikasını yenidən yazmağa qadirdir.

O, "ağır" tipli İsrail istehsalı olan "IAI Eitan", Türkiyə istehsalı olan "Bayraktar Akıncı" və ABŞ-ın MQ-9А "Reaper" aparatları ilə müqayisə olunmalıdır. Lakin uçuş məsafəsi, sürət və həmlə imkanlarına görə bu müqayisədə rəqiblər məğlub olacaq. Aparatın bənzərsiz uçuş məsafəsi və müxtəlif silahları var. O daxili bölmələrində 5000 km məsafəyə kəşfiyyat vasitələri, 6 ton bomba və ya "hava-səth" və "hava-hava" tipli raketlər daşımaq qabiliyyətindədir. Yükgötürmə qabiliyyətinə görə ona bir qədər yaxın olan IAI Eitan göyərtəsinə cəmi 2 ton sursat götürməyə qadirdir (yəni, düşmənin radarlarında aşkar olunacaq). Yəni döyüş şəraitində "Oxotnik" İsrail, Türkiyə və ABŞ-ın üç ədəd bu cür aparatını əvəz etməyə qadirdir. Bu gözəgörünməz aparatın döyüş təyinatı uzaq məsafələrə kəşfiyyat uçuşları və düşmənin müdafiəsinin dərinliklərindəki obyektlərə yüksək dəqiqliklə zərbələrin endirilməsidir.

© Photo : RUSSIA DEFENCE MINISTRY
"Oxotnik" PUA

"Oxotnik" turboreaktiv (turbinli deyil) mühərriklə təchiz olunub və uçan qanad formasındadır. Uzunluğu 14, qanadlarının uzunluğu 19 m olan bu aparatın havaya qalxma çəkisi 20 tondur. Sürəti 1000 km/saata çatan bu aparat ən yaxın rəqibi olan MQ-9А Reaper-i (480 km/saat) ən azı iki dəfə geridə qoyur. Onun ehtimal olunan maksimum uçuş hündürlüyü 20 km təşkil edir. "Oxotnik"in əsas xüsusiyyəti isə beşinci nəsil Su-57 təyyarəsinə dəstək göstərmək qabiliyyətidir.

Bir müddət əvvəl "Forbes" yazıb: ABŞ-ın MQ-9 Reaper PUA-sından fərqli olaraq, Rusiyanın kəşfiyyat-həmlə dronu heç bir HHM sistemləri olmayan üsyançılarla mübarizə üçün deyil, tam miyaslı hərbi münaqişələr üçün nəzərdə tutur. Bu PUA üçün daxili hipersəs "hava-hava" və "hava-səth" raketləri hazırlanmaqdadır. 2021-ci ildə Rusiyanın döyüş aviasiyası yüksək dəqiqliyə malik sursatlar alacaq. Hərbi sənaye kompleksinin rəhbəri Yuri Slüsarın sözlərinə görə, Rusiya hava-kosmik qüvvələri "Oxotnik"ləri kütləvi şəkildə 2024-cü ildən almağa başlayacaq. Bundan sonra isə PUA da Su-57 kimi ixrac modifikasiyasında dünya silah bazarına çıxa bilər.

Rusiya ixracının perspektivləri

Bütün dünyada pilotsuz aviasiyanın inkişafı ABŞ və İsrail ordusunu Fars körfəzi, Yuqoslaviya, Yaxın Şərqdəki hərbi əməliyyatlarda bu cür aparatların tətbiqinə təhrik edib. Hazırda dronları 50-dən ölkə istehsal edir və yaxın vaxtlara qədər pilotsuz aviasiyanın vətəni İsrail və ABŞ hesab olunurdu. Tarixən belə alınıb ki, Rusiya Hava-kosmik qüvvələrinin maraqları naminə pilotsuz aparatlar mövzusunu "uzun müddət yəhərləyib", lakin silahlanmanın XXI əsrdə prioritet təşkil edən bu istiqamətini qətiyyətlə inkişaf etdirməkdədir.

Gələcəkdə dünya PUA bazarında payın həcmi hərbi əhəmiyyət kəsb edəcək. Burada gərgin texnoloji və marketinq mübarizəsi gözlənilir, lakin Rusiyanın PUA-ların vacib tədarükçüsünə çevriləcəyi dəqiqdir.

Eləcə də oxuyun:

  • Azərbaycanda yaradılan yeni PUA cinayətkarları təqib edəcək

  • Azərbaycan Ordusu Ermənistan SQ-nin PUA-sını ələ keçirdi

  • PUA-lar kəşfiyyat üçün havaya qalxdı - Hərbi təlimlərdən möhtəşəm görüntülər

  • Türkiyə "Pantsir-S1"-ə bənzəyən hədəfin məhv edildiyi video nümayiş etdirib

  • Azərbaycanda PUA-ların aşkarlanması üçün akustik sistem hazırlanır

Teqlər:
Rusiya, istehsal, PUA

Əsas mövzular