00:15 22 Avqust 2018
Canlı yayım
  • RUB0.0254
  • USD1.7000
  • EUR1.9602
Merkel, Makron, Tramp və Mey

Vaşinqton avropalı müttəfiqlərini terrorun ağuşuna atdı

© AFP 2018 / MANDEL NGAN
TƏHLİL
Qısa URL
Azər RƏŞİDOĞLU
354 0 0

Trampın Qüds qərarı ilə ABŞ bölgədə özünün vasitəçilik missiyasını itirdi

BAKI, 15 may — Sputnik. ABŞ-ın İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə köçürməsi dünya tərəfindən sərt etirazlara səbəb oldu. Hətta yaranmış durumla bağlı olaraq Türkiyə öz səfirlərini ABŞ və İsraildən geri çağırıb. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Ərdoğan bildirib ki, Fələstində son hadisələrdə Qəza bölgəsində İsrail hərbçiləri ilə qarşıdurma nəticəsində ölənlərlə bağlı fələstinlilərlə həmrəylik nümayiş etdirmək məqsədi ilə Türkiyədə üç günlük matəm elan olunub. Rəsmi Ankara Vaşinqton və Təl-Əvivdəki səfirlərini məsləhətləşmə üçün geri çağırıb. Ərdoğan, eyni zamanda, təcili olaraq İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin dövlət başçılarının sammitinin keçirilməsi təklifi ilə çıxış edib.

Əslində, Trampdan belə bir addım gözləmək mümkün idi. Hazırki situasiyada ABŞ-ın milli maraqları tələb edir ki, bu ölkənin Yaxın Şərqdə imperalist siyasətində əsas alət olan İsraili sərhədsiz müdafiə etsin. Vaşinqton üçün İsrail məsələsində beynəlxalq hüququn, Fələstin xalqının hüquqlarının heç bir önəmi yoxdur.

Qüdsdə ABŞ səfirliyini açmaqla, Tramp Birləşmiş Ştatların Yaxın Şərq siyasətində vasitəçilik rolunu heçə endirdi, müsəlman dünyasının, beynəlxalq hüquq sisteminin və dünyada ədalətin düşməni olduğunu ortaya qoydu. İsrail ABŞ-ın transmilli şirkətlərinin Yaxın Şərqdəki əsas dayağıdır və bu baxımdan Vaşinqton müsəlman dünyasının maraqlarını tapdalayır.

Qüdsdə ABŞ səfirliyinin açılmasına Fələstində açıq etiraz etdilər və onlarla insan qətlə yetirildi, yüzlərlə insan yaralandı. Bütün bu yaşananlara Türkiyə və İran istisna olmaqla, islam dünyası seyrçi qaldı. Bu da anlaşılandır. Ərəb dövlətlərinin mütləq əksəriyyəti ABŞ-ın əlində alətdir. Səudiyyə Ərəbistanı və Qətər isə açıq-aydın ABŞ-ın forpostu rolunu oynayır.

Avropa ölkələri bu məsələdə ərəb ölkələrindən daha çox etiraz edir. Lakin ABŞ üçün nə BMT, nə də beynəlxalq hüquq önəmli deyil.

Trampın bu sərsəm qərarı Avropanı və ABŞ-ı terrorun ağuşuna ata bilər. Belə ki, bəzən terror ədalətdən məyus olan, ədalətin bərqərar olacağı ümidini itirən insanların çarəsizlikdən əl atdığı intihar üsuludur. Əslində, terror ağılsız insanların silahıdır. Lakin terrora o adamlar əl atırlar ki, dünyada ədalətin olmadığını görürlər.

Qüds qərarı ilə Tramp terrorizmin mənəvi dayaqlarını gücləndirdi. Əslində, terror təşkilatlarının əksəriyyətinin arxasında elə Vaşinqton özü dayanır. Terrorçulara geniş maliyyə axını, silah Vaşinqtondan gedir. "Əl-Qaidə", İŞİD, "Taliban" və habelə, Səudiyyə Ərəbistanı və Qətər kimi kimi ölkələr birbaşa ABŞ tərəfindən idarə edilir.

İsrailin Qüdsü öz paytaxtı elan etməsinin arxasında sionist ideologiyasının durduğu birmənalıdır. Sionist ideologiyasına görə, Qüds İsrailin bütöv, bölünməz paytaxtıdır. Onlar İsrailin Qüdsün hamısını tutmasını qarşılarına məqsəd qoyub. Amerika da Qüdsü İsrailin paytaxtı kimi tanımaqla, bu sionist ideologiyaya dəstək verir.

Trampın Qüds qərarı ilə ABŞ bölgədə özünün vasitəçilik missiyasını itirir. Buna paralel olaraq, Rusiya Orta Şərqdə, Suriyadan İrana və Misirə qədər öz rolunu sistematik olaraq artırır.

Bu məsələdə müsəlman ölkələri arasında parçalanma Qüds qərarında təsirli olub. Liviya, Yəmən, Suriya və İraq hadisələri nəticəsində müsəlman ölkələri arasında dərinləşən parçalanma vahid mövqedən çıxış etməyə imkan vermir. Əhalisinin əksəriyyəti müsəlman olan 56 ölkənin təxminən 1.5 milyardlıq əhalisi bu məsələdə də birləşə bilmir.

Digər tərəfdən, Qüdsün İsrailin paytaxtı kimi tanınması dünyada radikalizmi gücləndirəcək və eyni zamanda bu radikalizm "qisas" kimi ABŞ və Avropaya da çata bilər. ABŞ prezidneti Tramp bu amili nəzərə almalı idi. Bunun əksinə olaraq, Tramp adıçəkilən qərarı ilə dünyaya meydan oxumaq, Yaxın Şərqi qarışdırmaq, bu bölgədə yeni münaqişə alovlandırmaq yolunu seçdi.

Trampın qərarına qarşı BMT, Böyük Britaniya, Almaniya, Rusiya, İran və Türkiyə çıxış edir. Bu, həm də onun göstəricisidir ki, Vaşinqtonun milli maraqları bütün dünyanın milli maraqlarına qarşıdır. Artıq insanlar Birləşmiş Ştatları demokratiyanın zəmanətçisi kimi deyil, terroru dəstəkləyən ölkə kimi qiymətləndirməyə başlayıblar. Bu isə Vaşinqtonun öz maraqları prizmasından da çox təhlükəli tendensiyadır…

Əlaqədar

Tramp ABŞ səfirliyinin açılışına görə İsrailə gəldi
Trampın son qərarları və bölgənin başının üzərini alan müharibə qorxusu
Tramp dünyanı bəlaya sürükləyən qərarını açıqladı: Çəkilirəm
Trampı inadından döndərmək mümkün olmadı, radikal qərar gözlənilir
Teqlər:
BMT, vasitəçilik missiyası, beynəlxalq hüquq, Yaxın Şərq, ölkə, Avropa, İran, ərəb, dünya, Türkiyə, Fələstin, Donald Tramp, qərar, Qüds, Təl-Əviv, səfirlik, İsrail, ABŞ

Əsas mövzular