Qəzzada qorxulan oldu, qan su yerinə axır

© AFP 2021 / MAHMUD HAMSFələstində ABŞ-ın İsraildəki səfirliyini Qüds (Yerusəlim) şəhərinə köçürməsinə etiraz olaraq kütləvi aksiya
Fələstində ABŞ-ın İsraildəki səfirliyini Qüds (Yerusəlim) şəhərinə köçürməsinə etiraz olaraq kütləvi aksiya - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
İsrail ordusu ilə fələstinlilər arasında toqquşma nəticəsində 16 nəfər həlak olub, 390 nəfər yaralanıb

BAKI, 14 may — Sputnik. Fələstində ABŞ-ın İsraildəki səfirliyini Qüds (Yerusəlim) şəhərinə köçürməsinə etiraz olaraq kütləvi aksiyalar keçirilir. Bu barədə Sputnik Azərbaycan Anadolu Agentliyinə istinadən xəbər verir.

Государство Израиль - Sputnik Azərbaycan
ABŞ-ın bu addımı dünya müsəlmanlarını qəzəbləndirəcək

Məlumata əsasən, Qəzza zolağında etirazçılar və İsrail əsgərləri arasında toqquşma baş verib. Nəticədə İsrail əsgərləri odlu silahdan istifadə ediblər. İnsident zamanı 16 fələstinli öldürülüb, 390 nəfər isə yaralanıb.

Qeyd edək ki, bu gün Birləşmiş Ştatların Təl-Əvivdəki səfirliyi rəsmən Qüdsə köçürüləcək. Sputnik Azərbaycan xəbər verir ki, bu gün baş tutacaq açılış mərasiminə ABŞ və İsrail rəsmilərinin qatılacağı gözlənilir.

ABŞ prezidenti Donald Tramp ötən il dekabrın 6-da Qüdsü İsrailin paytaxtı kimi tanıdığını bəyan edib. Qərar dünya dövlətləri, xüsusilə də müsəlman ölkələrinin ciddi narazılığına səbəb olub.

Fələstinlilər isə Şərqi Qüdsü gələcək dövlətlərinin paytaxtı sayırlar. İsrail Qüdsün şərqini ilhaq edərək şəhəri öz vahid və bölünməz paytaxtı elan edib. İsrailin bu addımı dünya birliyinin etirazına səbəb olub.

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала