Dünyada ciddi qalmaqallara səbəb olacaq hadisə baş verdi

© REUTERS / Ronen ZvulunQüdsdə ABŞ səfirliyinin açılış mərasimi, 14 may 2018-ci il
Qüdsdə ABŞ səfirliyinin açılış mərasimi, 14 may 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Birləşmiş Ştatların Təl-Əvivdəki səfirliyi rəsmən Qüdsə köçürülüb

BAKI, 14 may — Sputnik. İsrailin Qüds şəhərində ABŞ səfirliyinin açılması mərasimi keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, mərasimdə ABŞ və İsraildən olan nümayəndələri iştirak ediblər.

Qəzzada toqquşmalar, 14 may 2018-ci il - Sputnik Azərbaycan
Qəzzada qanlı toqquşmalar: 40-dan çox ölü, 1700-dək yaralı

ABŞ prezidenti Donald Tramp video-müraciət vasitəsilə mərasim iştirakçılarını salamlayaraq səfirliyin Qüdsə köçürülməsi münasibəti ilə təbrik edib: "Bu, həqiqətən böyük səylər tələb edirdi. İsrailin bütün digər ölkələr kimi öz paytaxtını seçmək hüququ var".

İsrailin onsuz da Qüdsdən idarə olunduğunu qeyd edən Tramp bunun qəbul edilməli olduğunu və Qüdsün İsrailin paytaxtı olması barədə qərarın məhz ona aid olduğunu diqqəti çəkib. O, eyni zamanda Qüdsü İsrailin vahid və bölünməz paytaxtı adlandırıb. Tramp vurğulayıb ki, ABŞ daim İsrailin dostu və tərəfdaşı olacaq.

ABŞ-ın Qüdsdəki səfiri David Fridman öz növbəsində ABŞ-ın İsrailin müstəqilliyini tanıyan ilk ölkə olduğunu vurğulayıb: "David Ben Qurion İsrailin müstəqilliyini elan etdikdən 11 dəqiqə sonra prezident Harri Truman onun müstəqilliyini tanıdı. Bu gün də ABŞ İsraildə səfirlik açan ilk dövlət olur".

ABŞ tərəfini mərasimdə maliyyə naziri Stiven Mnuçin, dövlət katibinin köməkçisi Con Sallivan, prezident Donald Trampın qızı İvanka Tramp və Cared Kuşner təmsil edib.

Mərasimdə çıxış edən İsrail prezidenti Reuven Rivlin isə qeyd edib ki, ABŞ prezidentləri öz seçkiqabağı kampaniyaları zamanı Qüdsün İsrailin paytaxtı kimi tanıyacağına dair vədlər verirdilər: "Lakin bütün bunlar vəd olaraq qalırdı. ABŞ prezidenti Donald Tramp isə öz vədinə əməl etdi".

Вид с башни Давида на Иерусалим, фото из архива - Sputnik Azərbaycan
Tramp ABŞ səfirliyinin açılışına görə İsrailə gəldi

"Biz İsrail xalqı olaraq məhz buna görə prezident Trampa öz təşəkkürümüzü bildiririk. İnanırıq ki, digər ölkələr də ABŞ-ın atdığı bu addımı təkrarlayacaqlar", — deyən Rivlin, eyni zamanda Trampın sözlərini xatırladaq bir daha qeyd edib ki, onsuz da İsrail dövləti Qüdsdən idarə olunurdu: "İsrailin prezidenti, hökumət, İsrail Knesseti bu şəhərdə yerləşir".

Qeyd edək ki, bu gün Birləşmiş Ştatların Təl-Əvivdəki səfirliyi rəsmən Qüdsə köçürülüb.

ABŞ prezidenti Donald Tramp ötən il dekabrın 6-da Qüdsü İsrailin paytaxtı kimi tanıdığını bəyan edib. Qərar dünya dövlətləri, xüsusilə də müsəlman ölkələrinin ciddi narazılığına səbəb olub.

Fələstinlilər isə Şərqi Qüdsü gələcək dövlətlərinin paytaxtı sayırlar. İsrail Qüdsün şərqini ilhaq edərək şəhəri öz vahid və bölünməz paytaxtı elan edib. İsrailin bu addımı dünya birliyinin etirazına səbəb olub.

Xəbər lenti
0