16:10 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
MƏDƏNİYYƏT
Qısa URL
35

Rauf və Faiq Mirzəyevlər özlərinin Youtube kanallarında dünya müsəlmanlarına ünvanlanmış yeni kompozisiyalarını təqdim ediblər. Mahnı ingiliscədir.

BAKI, 13 may - Sputnik, Kəmalə Əliyeva. Rusiyanın Azərbaycan əsilli ifaçıları RaufFaiq Mirzəyevlər "Ramazan" adlı yeni kompozisiyalarının klipini təqdim ediblər. 

Sputnik Azərbaycan-ın məlumatına görə, mahnının müəllifləri Mirzəyev qardaşlarının özüdür. Onlar mahnını bütün müsəlmanlara həsr ediblər. 

Azərbaycanda Ramazan bayramı iki gün bayram edilir və ölkə qanunvericiliyinə görə, bu günlər qeyri-iş günüdür. Bu il bayram ölkəmizdə mayın 13-ü və 14-də qeyd olunur. 

Ramazan - müsəlman təqviminin doqquzuncu ayıdır. İslam qanunlarına görə, bu ayda müsəlmanlar günün işıqlı vaxtında oruc tutur - qidadan imtina edir, dualar oxuyur, savab işlər görürlər. 

Azərbaycanda əhalinin təxminən 99%-i müsəlmandır. 

Rauf və Faiq Mirzəyevlər əkizdirlər. Onlar İjevsk şəhərində doğulublar. Uşaq yaşlarından musiqiyə həvəs göstəriblər. Yerli Yaradıcılıq evindəki vokal studiyada, sonra isə estrada studiyasında təhsil alıblar. 2018-ci ildə qardaşlar 17 mahnıdan ibarət debüt albom buraxıblar. 2021-ci ildə Niletto ilə ifa etdikləri "Əgər qüssəli olsan" ("Если тебе будет грустно") mahnısına görə "Jara" beynəlxalq musiqi mükafatına layiq görülüblər. 

 

Eləcə də oxuyun: 

Bu gün Azərbaycanda Ramazan bayramıdır

* Şuşada bayram namazı - VİDEO

Bu gün bizdə iftara: axşam yeməyi üçün faydalı və doyumlu menyu

 

Teqlər:
video, klip, müğənni, Azərbaycan, Rusiya, Ramazan bayramı

Əsas mövzular