BAKI, 13 may - Sputnik, Kəmalə Əliyeva. Rusiyanın Azərbaycan əsilli ifaçıları Rauf və Faiq Mirzəyevlər "Ramazan" adlı yeni kompozisiyalarının klipini təqdim ediblər.
Sputnik Azərbaycan-ın məlumatına görə, mahnının müəllifləri Mirzəyev qardaşlarının özüdür. Onlar mahnını bütün müsəlmanlara həsr ediblər.
Azərbaycanda Ramazan bayramı iki gün bayram edilir və ölkə qanunvericiliyinə görə, bu günlər qeyri-iş günüdür. Bu il bayram ölkəmizdə mayın 13-ü və 14-də qeyd olunur.
Ramazan - müsəlman təqviminin doqquzuncu ayıdır. İslam qanunlarına görə, bu ayda müsəlmanlar günün işıqlı vaxtında oruc tutur - qidadan imtina edir, dualar oxuyur, savab işlər görürlər.
Azərbaycanda əhalinin təxminən 99%-i müsəlmandır.
Rauf və Faiq Mirzəyevlər əkizdirlər. Onlar İjevsk şəhərində doğulublar. Uşaq yaşlarından musiqiyə həvəs göstəriblər. Yerli Yaradıcılıq evindəki vokal studiyada, sonra isə estrada studiyasında təhsil alıblar. 2018-ci ildə qardaşlar 17 mahnıdan ibarət debüt albom buraxıblar. 2021-ci ildə Niletto ilə ifa etdikləri "Əgər qüssəli olsan" ("Если тебе будет грустно") mahnısına görə "Jara" beynəlxalq musiqi mükafatına layiq görülüblər.
Eləcə də oxuyun:
* Bu gün Azərbaycanda Ramazan bayramıdır
* Şuşada bayram namazı - VİDEO
* Bu gün bizdə iftara: axşam yeməyi üçün faydalı və doyumlu menyu