02:16 25 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
YAZARLAR
Qısa URL
Azərbaycanın görməli yerləri, turizm obyektləri (55)
71430

Lerik yeganə rayondur ki, burada həftənin bazar günləri bazar işləmir. Yəni bazar işçiləri də bazar günü istirahət edirlər. Amma bazar işçilərinin istirahət vaxtları təkcə bazar günü də deyil

BAKI, 18 avqust — Sputnik. Azərbaycan həm təbiəti, həm də etnik çeşidliliyinə görə dünyanın ən zəngin ölkələrindən biridir. Flora və faunası ilə “Qırmızı Kitab”da, uzunömürlülərinə görə Ginnesin Rekordlar Kitabında yer alan Lerik rayonu bu təbii zənginliyi qoruyub saxlayan bölgələrdəndir. Lerik dağlarında nəsli kəsilməkdə olan dəmirağacı və nadir bəbir növlərindən olan Qafqaz bəbiri yaşamaqdadır ki, onların ikisi də “Qırmızı Kitab”a düşüb. Burada 168 il ömür yaşamış Şirəli Müslümov dünyanın uzunömürlü sakinlərindən biri olaraq Ginnesin Rekordlar Kitabına düşmüşdür.

Köhnə Balaxanının yeni həyatı: Bakı kəndi tamamilə dəyişib – video
© Sputnik / Kamilla Əliyeva / Leyla Orucova / Taleh Mahmudov

Bütün bu fərqlilikləri ilə bərabər, Lerik rayonunun bəzi qəribəlikləri də mövcuddur. Lerik yeganə rayondur ki, burada bircə ədəd belə işıqfor yoxdur. Rayon mərkəzində çoxlu yol kəsişmələrinin, yol qovşaqlarının olmasına rəğmən, Lerikdə heç vaxt işıqfor olmayıb.

Lerik yeganə rayondur ki, burada həftənin bazar günləri bazar işləmir. Yəni bazar işçiləri də bazar günü istirahət edirlər. Amma bazar işçilərinin istirahət vaxtları təkcə bazar günü də deyil. Onlar həftənin əksər günlərində və əksər saatlarında istirahət edirlər. Lerik rayonunda bazar yalnız 1-ci, 3-cü və 5-ci günlər saat 09:00-dan 11:00-a qədər işləyir. Görünür, uzunömürlü olmağın bir sirri də bu olsa gərək.

Lerik rayonunda bircə nəfər belə, dilənçi yoxdur. Rayonun mərkəzindən kəndlərinə qədər, heç bir yerində dilənçiyə rast gəlinmir. Əhalinin ən yoxsul təbəqəsinin də əkin-biçinlə, heyvandarlıqla məşğul olması və görünür, dağ adamının qüruru burada dilənçilərin olmasına imkan yaratmır.

Lerik yeganə rayondur ki, 100 000 nəfərə yaxın əhalinin məskunlaşdığı bu rayonda cəmi 3 aptek fəaliyyət göstərir. Lerikin heç bir kəndində aptek yoxdur. Fəaliyyət göstərən hər üç aptek rayonun mərkəzində yerləşir.

Lerik yeganə rayondur ki, 168 il, 156 il, 148 il, 136 il ömür sürən adamların hamısı bu rayonda yaşayıblar və hal-hazırda yaşı bir əsri ötmüş çoxsaylı uzunömürlülərə ev sahibliyi edir. Qəribəsi odur ki, yaşı 100-ü ötmüş bu adamların böyük əksəriyyətinin hələ də əmək qabiliyyəti var.

Bütün Lerik ərazisində bitən şümşad ağaclarının hamısı yalnız ziyarətgahların əhatəsində yerləşir. Görünür, şümşad ağaclarının bitdiyi yerlərdə pirlərin salınması qədim adətlərdən irəli gəlib. Bu şümşad ağaclarının ziyarətgahların ziyarət edilməsində heç bir əhəmiyyəti olmasa da, insanlar bu ağacların məhz ziyarətgahların ətrafında bitməsinə görə onun yarpaqlarını öpür, özləri ilə götürüb evlərinə aparır və bu yarpaqların ruzi-bərəkət gətirəcəyinə inanırlar.

Qurani-Kərimdə Ali-İmran surəsinin 198-ci ayəsində buyurulur ki, “Öz Rəbbindən qorxanları ağacları altından çaylar axan Cənnət bağları gözləyir”. Burada qeyd edilən “altından” ifadəsi Quran təfsirçiləri tərəfindən bildirilənə görə, ərəb dilinin məntiqi ilə yazılmış və türk dilinin məntiqi ilə ağacların arasından, yanından axan çaylar kimi başa düşülməlidir. Qəribəsi budur ki, Lerik rayonunda həqiqətən də ağacların altından axan çaylar var.

Mövzu:
Azərbaycanın görməli yerləri, turizm obyektləri (55)

Əlaqədar

Vətənimin seyrinə çağırıram elləri - Onun sayəsində dünya ölkəmizin gözəlliklərini tanıyır
Gizli oazis: Qobustan rayonunda gözlərdən uzaq istirahət məkanı - FOTO
Yaz və payız yoxa çıxır - Bəs şairlər nəyi vəsf edəcəklər?
Odlar diyarının simvolu olan məkanın ərazisi kiçildildi: evi olanlar dincəldilər
Dərd-bəla nə birdir, nə də iki - Bölgə sakinləri indi də təbiətin oyununa düşüblər

Əsas mövzular