Balaxanının hər küncü, hər bucağı sanki tarix kitabının səhifəsidir. Bu gün isə o, yeni dirçəliş dövrünü yaşayır.
Balaxanı kəndinin əsas küçələrində bərpa və abadlıq işləri artıq başa çatıb. Gələcək planlarda bu qəsəbəni populyar turistik məkana çevirmək, yüzə yaxın kiçik müəssisə açmaq, bununla da sənətkarlığın, xalçaçılığın, dulusçuluğun, milli kostyum, suvenir, keramika, musiqi alətləri, milli şirniyyatların hazırlanmasının inkişafına təkan vermək var.
Bütün rekonstruksiya işləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Dövlət Turizm Agentliyi və Bakı Abadlıq Xidməti MMC tərəfindən aparılır.