CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tovuzluların "Big Ben"i, Bağırovun inanılmaz reaksiyası və ekoloji bəhanə - FOTO

© Sputnik / Ilham MustafayevKöhnə sement zavodu
Köhnə sement zavodu - Sputnik Azərbaycan
Abunə olmaq
Burada 7 rəngdə sement istehsal olunub. Dünyanın 40-dan artıq ölkəsinə hazır məhsul göndərilib. Moskva metrosunun, Lenin mavzoleyinin, Leninqradın dekorativ işlərinin, İraqda, Misirdə su bəndlərinin tikintisində istifadə olunan ən yüksək markalı sement Tovuzdan gedib

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 16 avqust — Sputnik. Bir vaxtlar SSRİ-nin ən böyük sement zavodlarından olan Tovuz sement istehsalı müəssisəsi rayon ərazisində 70 il fəaliyyət göstərib. 1912-ci ildə Bakı neftxudası Mantaşovun təşəbbüsü ilə tikilən zavodda işlədiyi bütün dövrlərdə yüksək keyfiyyətli sementi istehsal olunub.

Rayonun bir çox sahələrinin inkişafında, əhalinin maariflənməsi və avropa yönlü inkişafında sement zavodunun böyük xidməti olub. Belə ki, bir çox ölkələrdən buraya insanlar iş üçün gəlib, yerli əhali ilə birlikdə çalışaraq qaynayıb-qarışıblar. Ötən əsrin 80-ci illərindən sonra işini dayandıran zavod hazırda yararsız vəziyyətə düşsə də 40 metrdən artıq hündürlüyü olan möhtəşəm qülləsi hələ qalmaqdadır. Bu gün tikili rayon sakinlərinin, eləcə də qonaqların və turistlərin maraqla seyr etdiyi məkanlardan birinə çevrilib.

© Sputnik / Ilham MustafayevTovuz sement istehsalı müəssisəsi
Tovuzluların Big Beni, Bağırovun inanılmaz reaksiyası və ekoloji bəhanə - FOTO - Sputnik Azərbaycan
Tovuz sement istehsalı müəssisəsi

Sputnik Azərbaycan-ın bölgə müxbirilə söhbətində araşdırmaçı Bəhruzər Rüstəmov burada yerli əhali ilə yanaşı, alman, rus, ukrayna və digər millətlərin nümayəndələrinin də çalışdığını, SSRİ-nin xarici ölkələrdə gördüyü tikinti işlərində məhz Tovuz sementindən istifadə olunduğunu danışıb.

“Burada 7 rəngdə sement istehsal olunub. Dünyanın 40-dan artıq ölkəsinə hazır məhsul göndərilib. Moskva metrosunun, Lenin mavzoleyinin, Leninqradın (Sankt-Peterburq) dekorativ işlərinin, İraqda, Misirdə su bəndlərinin tikintisində istifadə olunan ən yüksək markalı sement Tovuzdan gedib”, - deyə B.Rüstəmov məlumat verib.

© Sputnik / Ilham MustafayevAraşdırmaçı Bəhruzər Rüstəmov
Tovuzluların Big Beni, Bağırovun inanılmaz reaksiyası və ekoloji bəhanə - FOTO - Sputnik Azərbaycan
Araşdırmaçı Bəhruzər Rüstəmov

Araşdırmaçı rayonda ilk elektrik enerjisinin burada istifadə edildiyini, sonradan bir çox dövlət idarələrinə də işıq verildiyini bildirib. Eyni zamanda 6 kilometr məsafədən kəhriz gətirilib. Zavodun SSRİ dövründə fəaliyyəti müddətində bir çox respublikadan buraya mütəxəssis və işçilər gələrək işləyiblər. Onların Tovuzda yaşaması üçün böyük qəsəbə də salınıb. Xalq arasında o ərazi hələ də “Semzavod” adlandırılır.

B.Rüstəmov zavodla bağlı rayonda bir çox xatirə dolaşdığını, buranın Tovuz sakinlərinin həyatında önəmli yer tutduğunu da bildirib:

“O vaxt zavodun bir çox işləri fit səsilə tənzimlənirdi. Hər növbə dəyişəndə, nahar fasiləsinə çıxılanda fit çalınaraq bəyan edilirdi. Tovuz sakinləri də işlərini hər gün eşitdikləri bu səslə qururdular. O işlə nahara çıxırdılar, qoyun-quzunu örüşdən qaytarırdılar, qonaq gedirdilər. Hamı işini onun üstə qururdu”.
© Sputnik / Ilham Mustafayev
Tovuz sement istehsalı müəssisəsi - Sputnik Azərbaycan
1/5
Tovuz sement istehsalı müəssisəsi
© Sputnik / Ilham Mustafayev
Tovuz sement istehsalı müəssisəsi - Sputnik Azərbaycan
2/5
Tovuz sement istehsalı müəssisəsi
© Sputnik / Ilham Mustafayev
Tovuz sement istehsalı müəssisəsi - Sputnik Azərbaycan
3/5
Tovuz sement istehsalı müəssisəsi
© Sputnik / Ilham Mustafayev
Tovuz sement istehsalı müəssisəsi - Sputnik Azərbaycan
4/5
Tovuz sement istehsalı müəssisəsi
© Sputnik / Ilham Mustafayev
Tovuz sement istehsalı müəssisəsi - Sputnik Azərbaycan
5/5
Tovuz sement istehsalı müəssisəsi
1/5
Tovuz sement istehsalı müəssisəsi
2/5
Tovuz sement istehsalı müəssisəsi
3/5
Tovuz sement istehsalı müəssisəsi
4/5
Tovuz sement istehsalı müəssisəsi
5/5
Tovuz sement istehsalı müəssisəsi

Araşdırmaçı zavodun çox ciddi nizam-intizamla çalışdığını, hətta o vaxt Azərbaycan Kommunist partiyasının birinci katibi olan Mircəfər Bağırovun buraxılışı olmadığına görə zavoda girə bilmədiyini də söyləyib.

“Çox ciddi nizam-intizam olub bu zavodda. Giriş-çıxışa yalnız xüsusi buraxılış sənədilə icazə verilib. Hətta Mircəfər Bağırov birinci katib olan vaxt zavodu yoxlamağa gəlib. Lakin buraxılışı olmadığına görə gözətçi onu zavoda buraxmayıb. Nə qədər desələr ki, ölkənin rəhbəridir, gözətçi xüsusi buraxılışı olmayan heç kimi buraxa bilməyəcəyini bildirib. Hər kəs sonradan gözətçinin cəzalandırılacağını gözləsə də, iclasda Bağırov məsuliyyətinə görə onun işini qiymətləndirib”, - deyə araşdırmaçı yaddaşlara həkk olan xatirəni bölüşüb.

© Sputnik / Ilham MustafayevTovuz sement istehsalı müəssisəsi
Tovuzluların Big Beni, Bağırovun inanılmaz reaksiyası və ekoloji bəhanə - FOTO - Sputnik Azərbaycan
Tovuz sement istehsalı müəssisəsi

Tovuz sement zavodu ekoloji tarazlığı pozma bəhanəsilə 1982-ci ildə bağlanıb. Ondan sonra dağılma prosesi başlayan zavodun hazırda yalnız 40 metrədək hündürlüyü olan möhtəşəm qülləsi qalıb. Qüllə tarixi abidə kimi qeydiyyata alınıb və dövlət tərəfindən qorunur.

Xəbər lenti
0