SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Gorus-Qafan yolu yenidən gündəmdə: İran səfiri Bakıda daha bir rəsmi ilə görüşdü

© AFP 2024Грузовик на трассе в Мегри, где пересекаются границы Азербайджана, Армении, Турции и Ирана, фото из архива
Грузовик на трассе в Мегри, где пересекаются  границы Азербайджана, Армении, Турции и Ирана, фото из архива - Sputnik Azərbaycan, 1920, 18.09.2021
Abunə olmaq
Seyid Abbas Musavi bölgədəki cari dəyişikliklər, xüsusən Azərbaycan Respublikası ilə Ermənistan arasındakı sərhəd bölgələrindəki yeni vəziyyət və digər əlaqəli mövzularda Azərbaycanın Baş nazirinin müavini ilə məsləhətləşib.
BAKI, 18 sentyabr — Sputnik. İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat İranın Azərbaycandakı Səfirliyinin rəsmi "Twitter" hesabında yerləşdirilib.
"Seyid Abbas Musavi bölgədəki cari dəyişikliklər, xüsusən Azərbaycan Respublikası ilə Ermənistan arasındakı sərhəd bölgələrindəki yeni vəziyyət və Gorus-Qafan yolunda yeni nəqliyyat şəraiti və digər əlaqəli mövzularda Azərbaycanın Baş nazirinin müavini cənab Şahin Mustafayev ilə məsləhətləşdi", - deyə məlumatda bildirilir.

Üç gündə baş tutan iki görüş

Sentyabrın 16-sı İran İslam Respublikasının Bakıdakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb. O, bu barədə Twitter səhifəsində paylaşım edib
"Bu həftə ikinci dəfə cənab Hikmət Hacıyevlə görüşmək şansım oldu. Səmimi müzakirələrimiz zamanı yaxşı münasibətlərimizin mövcud vəziyyəti, gələcəyi və maraq doğuran digər məsələləri nəzərdən keçirdik", - səfir yazıb.
Xatırladaq ki, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sentyabrın 13-də də İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşmüşdü.
O, öz Twitter hesabında yazmışdı ki, görüş zamanı gündəlikdə yer alan məsələlər ətrafında səmərəli müzakirələr aparılıb. Həmçinin, ikitərəfli münasibətlərin gələcək inkişafı yolları nəzərdən keçirilib.

Paşinyan da Azərbaycanın addımının düzgün olduğunu təsdiqləyib

Sentyabrın 15-i Ermənistanın Baş naziri Nikol Paşinyan Gorus-Qafan yolunda Azərbaycanın nəzarətində olan ərazidə İran yük maşınlarının yoxlanılmasının mümkün səbəbini açıqlayıb.
Paşinyan xatırladıb ki, 2020-ci ilin dekabrında Ermənistan Silahlı Qüvvələri Sovet Ermənistanından miras qalan sərhədə geri çəkilib: "Gorus – Qafan yolu iki hissədə Ermənistan Respublikası və ya Sovet Ermənistanının sərhədini keçir".
Paşinyan bildirib ki, dekabrda bu yolun nəqliyyat vasitələri tərəfindən sərbəst şəkildə istifadə edilməsi və malların tranziti üçün razılıq əldə edilib.
"Hesab edirəm ki, razılaşma mətnində xarici yüklərin keçidinə dair müddəa yer almadığından Azərbaycan bu mexanizmi tətbiq edir", - deyə Ermənistan Baş naziri vurğulayıb.
Paşinyanın sözlərinə görə, bölgədəki kommunikasiyaların açılmalı olduğunu qəbul edən Ermənistan, ölkə sərhədindən keçən xarici malların MDB-nin hüquqi çərçivəsinə uyğun olaraq gömrük, pasport və digər məntəqələrdən keçməli olduğunu qeyd edir.
Sentyabrın 13-ü Dövlət Gömrük Komitəsi məlumat yayaraq Azərbaycan Respublikasının ərazisindən keçən nəqliyyat vasitələrindən yol vergisi və digər gömrük ödənişlərinin alınması ilə bağlı bir sıra KİV-də yayılan məlumatlarla əlaqədar bildirib ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 210-cu maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisinə daxil olan və Azərbaycan Respublikasının ərazisini tərk edən zaman xarici dövlətlərin avtonəqliyyat vasitələri yol vergisinin vergitutma obyektidir.
Bu Məcəlləyə əsasən, avtonəqliyyat vasitələri yol vergisinə, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə əsasən, Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumuna cəlb edilir.
Hazırda gömrük orqanları tərəfindən qanunvericilikdə bu istiqamətdə nəzərdə tutulan müddəaların yerinə yetirilməsi bütün ölkə ərazisi üzrə təmin olunur.
Eləcə də oxuyun:
Paşinyan və Rəisi Düşənbədə görüşdü – Gündəmdə yük daşımaları da var
Ekspert: Azərbaycan xarici dövlətlərin mallarından gömrük rüsumu tutmaq hüququna malikdir
Hikmət Hacıyev son üç gündə iki dəfə İran səfiri ilə görüşüb: Mövzu Gorus-Qafan yoludur?
Gorus-Qafan yolundakı nəzarət-buraxılış məntəqəsi qaçaqmalçılığın qarşısını alacaq
Paşinyan niyə Azərbaycan toponimlərindən istifadə etdiyini açıqladı
Gorus-Qafan yolu ilə Azərbaycan ərazisinə qanunsuz keçən iranlı sürücülər saxlanılıblar
DGK Gorus-Qafan yolunda İran maşınlarından rüsum alınmasına münasibət bildirib
Xəbər lenti
0