https://sputnik.az/20210916/Hikmt-Hacyev-son--gnd-ikinci-df-ran-sfiri-il-grd-427934648.html
Hikmət Hacıyev son üç gündə iki dəfə İran səfiri ilə görüşüb: Mövzu Gorus-Qafan yoludur?
Hikmət Hacıyev son üç gündə iki dəfə İran səfiri ilə görüşüb: Mövzu Gorus-Qafan yoludur?
Sputnik Azərbaycan
İran səfiri yazıb ki, səmimi müzakirələrimiz zamanı yaxşı münasibətlərimizin mövcud vəziyyəti, gələcəyi və maraq doğuran digər məsələləri nəzərdən keçirdik. 16.09.2021, Sputnik Azərbaycan
2021-09-16T12:00+0400
2021-09-16T12:00+0400
2021-09-16T12:08+0400
xəbərlər
https://cdnn1.img.sputnik.az/img/07e5/09/10/427934684_0:0:1025:577_1920x0_80_0_0_c7a142de074fac7f939c40838a74a068.jpg
BAKI, 16 sentyabr - Sputnik. İran İslam Respublikasının Bakıdakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.Sputnik Azərbaycan xəbər verir ki, o, bu barədə Twitter səhifəsində paylaşım edib."Bu həftə ikinci dəfə cənab Hikmət Hacıyevlə görüşmək şansım oldu. Səmimi müzakirələrimiz zamanı yaxşı münasibətlərimizin mövcud vəziyyəti, gələcəyi və maraq doğuran digər məsələləri nəzərdən keçirdik", - səfir yazıb.Xatırladaq ki, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sentyabrın 13-də də İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşmüşdü.O, öz Twitter hesabında yazmışdı ki, görüş zamanı gündəlikdə yer alan məsələlər ətrafında səmərəli müzakirələr aparılıb. Həmçinin, ikitərəfli münasibətlərin gələcək inkişafı yolları nəzərdən keçirilib.Qeyd edək ki, son dövrlərdə Azərbaycan tərəfi Ermənistana qanunsuz mal daşıyan İran maşınlarını və sürücüləru saxlayır. Gorus-Qafan yolu ilə gedən İran yük maşınlarının sürücüləri saxlanılıbErməni mətbuatında da Gorus-Qafan avtomobil yolunda İrandan gələn iki yük maşınının sürücüsünün Azərbaycan polisləri tərəfindən saxlanılması ilə bağlı məlumatlar yayılıb.Ötən gün məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, Ehsan Zahidov Sputnik Azərbaycan-a bildirib ki, saxlanılan sürücülər qanunsuz yollarla Azərbaycan ərazisinə daxil olublar."Ermənistandan qanunsuz yollarla Azərbaycan ərazisinə keçən avtomobillər Daxili İşlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb", - o, deyib.Zahidov bildirib ki, həmin avtomobillərin sürücüləri barəsində Azərbaycan Respublikasının qanunlarına uyğun müvafiq tədbirlər görüləcək.DGK: Yol vergisi verməlidirlərDövlət Gömrük Komitəsi (DGK) də Gorus-Qafan avtomobil yolunda İran maşınlarından rüsum alınmasına dair ötən gün bir sıra kütləvi informasiya vasitələrində yayılan məlumatlarla bağlı açıqlama yayıb.Bildirilib ki, Vergi Məcəlləsinin 210-cu maddəsinə əsasən, ölkə ərazisinə daxil olan və ölkə ərazisini tərk edən zaman xarici dövlətlərin avtonəqliyyat vasitələri yol vergisinin vergitutma obyektidir.Bu məcəlləyə əsasən, avtonəqliyyat vasitələri yol vergisinə, "Dövlət rüsumu haqqında" qanunun 24-cü maddəsinə əsasən, ölkə ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumuna cəlb edilir. Hazırda gömrük orqanları tərəfindən qanunvericilikdə bu istiqamətdə nəzərdə tutulan müddəaların yerinə yetirilməsi bütün ölkə ərazisi üzrə təmin olunur.Paşinyan da Azərbaycanın addımının düzgün olduğunu təsdiqləyibErmənistanın Baş naziri Nikol Paşinyan Gorus-Qafan yolunda Azərbaycanın nəzarətində olan ərazidə İran yük maşınlarının yoxlanılmasının mümkün səbəbini açıqlayıb. O ötən gün xatırladıb ki, 2020-ci ilin dekabrında Ermənistan Silahlı Qüvvələri Sovet Ermənistanından miras qalan sərhədə geri çəkilib: "Gorus – Qafan yolu iki hissədə Ermənistan Respublikası və ya Sovet Ermənistanının sərhədini keçir".Paşinyan bildirib ki, dekabrda bu yolun nəqliyyat vasitələri tərəfindən sərbəst şəkildə istifadə edilməsi və malların tranziti üçün razılıq əldə edilib."Hesab edirəm ki, razılaşma mətnində xarici yüklərin keçidinə dair müddəa yer almadığından, Azərbaycan bu mexanizmi tətbiq edir", - deyə Ermənistan Baş naziri vurğulayıb.Həmçinin oxuyun:* Gorus-Qafan yolu ilə Azərbaycan ərazisinə qanunsuz keçən iranlı sürücülər saxlanılıblar* DGK Gorus-Qafan yolunda İran maşınlarından rüsum alınmasına münasibət bildirib* Paşinyan Azərbaycanın qərarını dəstəklədi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/10/427934684_0:0:1025:769_1920x0_80_0_0_76dfa39a709a13cf4db27aad472e3550.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
xəbərlər
Hikmət Hacıyev son üç gündə iki dəfə İran səfiri ilə görüşüb: Mövzu Gorus-Qafan yoludur?
12:00 16.09.2021 (Yenilənib: 12:08 16.09.2021) İran səfiri yazıb ki, səmimi müzakirələrimiz zamanı yaxşı münasibətlərimizin mövcud vəziyyəti, gələcəyi və maraq doğuran digər məsələləri nəzərdən keçirdik.
BAKI, 16 sentyabr - Sputnik. İran İslam Respublikasının Bakıdakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
Sputnik Azərbaycan xəbər verir ki, o, bu barədə Twitter səhifəsində paylaşım edib.
"Bu həftə ikinci dəfə cənab Hikmət Hacıyevlə görüşmək şansım oldu. Səmimi müzakirələrimiz zamanı yaxşı münasibətlərimizin mövcud vəziyyəti, gələcəyi və maraq doğuran digər məsələləri nəzərdən keçirdik", - səfir yazıb.
Xatırladaq ki, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sentyabrın 13-də də İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşmüşdü.
O, öz Twitter hesabında yazmışdı ki, görüş zamanı gündəlikdə yer alan məsələlər ətrafında səmərəli müzakirələr aparılıb. Həmçinin, ikitərəfli münasibətlərin gələcək inkişafı yolları nəzərdən keçirilib.
Qeyd edək ki, son dövrlərdə Azərbaycan tərəfi Ermənistana qanunsuz mal daşıyan İran maşınlarını və sürücüləru saxlayır.
Gorus-Qafan yolu ilə gedən İran yük maşınlarının sürücüləri saxlanılıb
Erməni mətbuatında da Gorus-Qafan avtomobil yolunda İrandan gələn iki yük maşınının sürücüsünün Azərbaycan polisləri tərəfindən saxlanılması ilə bağlı məlumatlar yayılıb.
Ötən gün məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, Ehsan Zahidov Sputnik Azərbaycan-a bildirib ki, saxlanılan sürücülər qanunsuz yollarla Azərbaycan ərazisinə daxil olublar.
"Ermənistandan qanunsuz yollarla Azərbaycan ərazisinə keçən avtomobillər Daxili İşlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb", - o, deyib.
Zahidov bildirib ki, həmin avtomobillərin sürücüləri barəsində Azərbaycan Respublikasının qanunlarına uyğun müvafiq tədbirlər görüləcək.
DGK: Yol vergisi verməlidirlər
Dövlət Gömrük Komitəsi (DGK) də Gorus-Qafan avtomobil yolunda İran maşınlarından rüsum alınmasına dair ötən gün bir sıra kütləvi informasiya vasitələrində yayılan məlumatlarla bağlı açıqlama yayıb.
Bildirilib ki, Vergi Məcəlləsinin 210-cu maddəsinə əsasən, ölkə ərazisinə daxil olan və ölkə ərazisini tərk edən zaman xarici dövlətlərin avtonəqliyyat vasitələri yol vergisinin vergitutma obyektidir.
Bu məcəlləyə əsasən, avtonəqliyyat vasitələri yol vergisinə, "Dövlət rüsumu haqqında" qanunun 24-cü maddəsinə əsasən, ölkə ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumuna cəlb edilir. Hazırda gömrük orqanları tərəfindən qanunvericilikdə bu istiqamətdə nəzərdə tutulan müddəaların yerinə yetirilməsi bütün ölkə ərazisi üzrə təmin olunur.
Paşinyan da Azərbaycanın addımının düzgün olduğunu təsdiqləyib
Ermənistanın Baş naziri Nikol Paşinyan Gorus-Qafan yolunda Azərbaycanın nəzarətində olan ərazidə İran yük maşınlarının yoxlanılmasının mümkün səbəbini açıqlayıb. O ötən gün xatırladıb ki, 2020-ci ilin dekabrında Ermənistan Silahlı Qüvvələri Sovet Ermənistanından miras qalan sərhədə geri çəkilib: "Gorus – Qafan yolu iki hissədə Ermənistan Respublikası və ya Sovet Ermənistanının sərhədini keçir".
Paşinyan bildirib ki, dekabrda bu yolun nəqliyyat vasitələri tərəfindən sərbəst şəkildə istifadə edilməsi və malların tranziti üçün razılıq əldə edilib.
"Hesab edirəm ki, razılaşma mətnində xarici yüklərin keçidinə dair müddəa yer almadığından, Azərbaycan bu mexanizmi tətbiq edir", - deyə Ermənistan Baş naziri vurğulayıb.