23:32 19 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0014
  • RUB0.0234
İQTİSADİYYAT
Qısa URL
7810

Vergi Məcəlləsinin 210-cu maddəsinə əsasən, ölkə ərazisinə daxil olan və ölkə ərazisini tərk edən zaman xarici dövlətlərin avtonəqliyyat vasitələri yol vergisinin vergitutma obyektidir.

BAKI, 13 sentyabr — Sputnik. Dövlət Gömrük Komitəsi (DGK) Gorus-Qafan avtomobil yolunda İran maşınlarından rüsum alınmasına dair ötən gün bir sıra kütləvi informasiya vasitələrində yayılan məlumatlarla bağlı açıqlama yayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, DGK yaydığı xəbərdə qeyd edir ki, Vergi Məcəlləsinin 210-cu maddəsinə əsasən, ölkə ərazisinə daxil olan və ölkə ərazisini tərk edən zaman xarici dövlətlərin avtonəqliyyat vasitələri yol vergisinin vergitutma obyektidir.

Bu məcəlləyə əsasən, avtonəqliyyat vasitələri yol vergisinə, "Dövlət rüsumu haqqında" qanunun 24-cü maddəsinə əsasən, ölkə ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumuna cəlb edilir. Hazırda gömrük orqanları tərəfindən qanunvericilikdə bu istiqamətdə nəzərdə tutulan müddəaların yerinə yetirilməsi bütün ölkə ərazisi üzrə təmin olunur.

Eləcə də oxuyun:

Teqlər:
Gömrük Komitəsi, İran, Xankəndi, maşın, rüsum

Əsas mövzular