https://sputnik.az/20210917/Painyan-v-Risi-Dnbd-grd--Gndmd-yk-damalar-da-var-427944262.html
Paşinyan və Rəisi Düşənbədə görüşdü – Gündəmdə yük daşımaları da var
Paşinyan və Rəisi Düşənbədə görüşdü – Gündəmdə yük daşımaları da var
Sputnik Azərbaycan
Bildirilir ki, hər iki ölkənin lideri Ermənistan – İran münasibətlərinin müxtəlif istiqamətlərdə dərinləşməsi yollarını müzakirə ediblər. 17.09.2021, Sputnik Azərbaycan
2021-09-17T12:06+0400
2021-09-17T12:06+0400
2021-11-16T20:29+0400
xəbərlər
siyasət
ermənistan
iran
dünya
https://cdnn1.img.sputnik.az/img/41455/11/414551163_27:0:1582:879_1920x0_80_0_0_8a729ad66acf1638f1ff2a3358a19fcd.jpg
BAKI, 17 sentyabr — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan Tacikistanın paytaxtı Düşənbədə İranın Prezidenti İbrahim Rəisi ilə görüşüb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Baş nazirinin mətbuat xidməti yayıb.Məlumatda bildirilir ki, hər iki ölkənin lideri Ermənistan – İran münasibətlərinin müxtəlif istiqamətlərdə dərinləşməsi yollarını müzakirə ediblər.Paşinyan və Rəisi eyni zamanda regionda baş verən prosesləri, həmçinin fasiləsi yük daşınmasının təşkili məsələlərini müzakirə ediblər.Qeyd edək ki, sentyabrın 15-i Ermənistanın Baş naziri Nikol Paşinyan Gorus-Qafan yolunda Azərbaycanın nəzarətində olan ərazidə İran yük maşınlarının yoxlanılmasının mümkün səbəbini açıqlayıb.Paşinyan xatırladıb ki, 2020-ci ilin dekabrında Ermənistan Silahlı Qüvvələri Sovet Ermənistanından miras qalan sərhədə geri çəkilib: "Gorus – Qafan yolu iki hissədə Ermənistan Respublikası və ya Sovet Ermənistanının sərhədini keçir".Paşinyan bildirib ki, dekabrda bu yolun nəqliyyat vasitələri tərəfindən sərbəst şəkildə istifadə edilməsi və malların tranziti üçün razılıq əldə edilib."Hesab edirəm ki, razılaşma mətnində xarici yüklərin keçidinə dair müddəa yer almadığından, Azərbaycan bu mexanizmi tətbiq edir", - deyə Ermənistan Baş naziri vurğulayıb.Paşinyanın sözlərinə görə, bölgədəki kommunikasiyaların açılmalı olduğunu qəbul edən Ermənistan, ölkə sərhədindən keçən xarici malların MDB-nin hüquqi çərçivəsinə uyğun olaraq gömrük, pasport və digər məntəqələrdən keçməli olduğunu qeyd edir.Sentyabrın 13-ü Dövlət Gömrük Komitəsi məlumat yayaraq Azərbaycan Respublikasının ərazisindən keçən nəqliyyat vasitələrindən yol vergisi və digər gömrük ödənişlərinin alınması ilə bağlı bir sıra KİV-də yayılan məlumatlarla əlaqədar bildirib ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 210-cu maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisinə daxil olan və Azərbaycan Respublikasının ərazisini tərk edən zaman xarici dövlətlərin avtonəqliyyat vasitələri yol vergisinin vergitutma obyektidir.Bu Məcəlləyə əsasən avtonəqliyyat vasitələri yol vergisinə, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumuna cəlb edilir.Hazırda gömrük orqanları tərəfindən qanunvericilikdə bu istiqamətdə nəzərdə tutulan müddəaların yerinə yetirilməsi bütün ölkə ərazisi üzrə təmin olunur.Həmçinin oxuyun:Ekspert: Azərbaycan xarici dövlətlərin mallarından gömrük rüsumu tutmaq hüququna malikdir
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41455/11/414551163_105:0:1504:879_1920x0_80_0_0_14af2390379dc3030b6996a083e62eb7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, ermənistan, iran, dünya
xəbərlər, ermənistan, iran, dünya
Paşinyan və Rəisi Düşənbədə görüşdü – Gündəmdə yük daşımaları da var
12:06 17.09.2021 (Yenilənib: 20:29 16.11.2021) Bildirilir ki, hər iki ölkənin lideri Ermənistan – İran münasibətlərinin müxtəlif istiqamətlərdə dərinləşməsi yollarını müzakirə ediblər.
BAKI, 17 sentyabr — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan Tacikistanın paytaxtı Düşənbədə İranın Prezidenti İbrahim Rəisi ilə görüşüb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Baş nazirinin mətbuat xidməti yayıb.
Məlumatda bildirilir ki, hər iki ölkənin lideri Ermənistan – İran münasibətlərinin müxtəlif istiqamətlərdə dərinləşməsi yollarını müzakirə ediblər.
Paşinyan və Rəisi eyni zamanda regionda baş verən prosesləri, həmçinin fasiləsi yük daşınmasının təşkili məsələlərini müzakirə ediblər.
Qeyd edək ki, sentyabrın 15-i Ermənistanın Baş naziri Nikol Paşinyan Gorus-Qafan yolunda Azərbaycanın nəzarətində olan ərazidə İran yük maşınlarının yoxlanılmasının mümkün səbəbini açıqlayıb.
Paşinyan xatırladıb ki, 2020-ci ilin dekabrında Ermənistan Silahlı Qüvvələri Sovet Ermənistanından miras qalan sərhədə geri çəkilib: "Gorus – Qafan yolu iki hissədə Ermənistan Respublikası və ya Sovet Ermənistanının sərhədini keçir".
Paşinyan bildirib ki, dekabrda bu yolun nəqliyyat vasitələri tərəfindən sərbəst şəkildə istifadə edilməsi və malların tranziti üçün razılıq əldə edilib.
"Hesab edirəm ki, razılaşma mətnində xarici yüklərin keçidinə dair müddəa yer almadığından, Azərbaycan bu mexanizmi tətbiq edir", - deyə Ermənistan Baş naziri vurğulayıb.
Paşinyanın sözlərinə görə, bölgədəki kommunikasiyaların açılmalı olduğunu qəbul edən Ermənistan, ölkə sərhədindən keçən xarici malların MDB-nin hüquqi çərçivəsinə uyğun olaraq gömrük, pasport və digər məntəqələrdən keçməli olduğunu qeyd edir.
Sentyabrın 13-ü Dövlət Gömrük Komitəsi məlumat yayaraq Azərbaycan Respublikasının ərazisindən keçən nəqliyyat vasitələrindən yol vergisi və digər gömrük ödənişlərinin alınması ilə bağlı bir sıra KİV-də yayılan məlumatlarla əlaqədar bildirib ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 210-cu maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisinə daxil olan və Azərbaycan Respublikasının ərazisini tərk edən zaman xarici dövlətlərin avtonəqliyyat vasitələri yol vergisinin vergitutma obyektidir.
Bu Məcəlləyə əsasən avtonəqliyyat vasitələri yol vergisinə, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumuna cəlb edilir.
Hazırda gömrük orqanları tərəfindən qanunvericilikdə bu istiqamətdə nəzərdə tutulan müddəaların yerinə yetirilməsi bütün ölkə ərazisi üzrə təmin olunur.