ELM

Meta Facebook istifadəçilərinin şəxsi məlumatlarından sui-istifadə edib

İddia sahibi Lovdal Qormsen bildirib ki, onlar istifadəçilərinin şəxsi məlumatlarını lazımi təzminat ödəmədən ələ keçirirlər.
Sputnik
BAKI, 14 yanvar - Sputnik. Böyük Britaniyada “Meta” şirkətinə qarşı Facebook istifadəçilərinin şəxsi məlumatlarından istifadə olunması ilə bağlı 2,3 milyard funt məbləğində iddia qaldırılıb.
İddia sahibi hüquqşünas Lovdal Qormsen bildirib:

“Onlar istifadəçilərinin şəxsi məlumatlarını lazımi təzminat ödəmədən ələ keçirirlər. Məncə, Facebook istifadəçiləri həmin şərtlərə və müddəalara razılıq verərkən bunun nə qədər ədalətsiz olduğunu tam dərk etmirlər”.

2015-ci il 1 oktyabr tarixindən 2019-cu il 31 dekabrınadək dövrün əhatə etdiyi iddiada “Meta”nın 1998-ci il Rəqabət Qanununu pozduğu, Facebook-a pulsuz girişə şərait yaradaraq, istifadəçilərin şəxsi məlumatlarını reklamçılara verməklə külli miqdarda gəlir götürdüyü göstərilir.
"İddiaçı feysbuk istifadəçilərinə vurumuş ziyanı 2,3 milyard funt məbləğində dəyərləndirib", - “Report” “The Guardian”a istinadən bildirib.
Xatırladaq ki, ötən ilin oktyabrında Facebook adını Meta-ya dəyişib.
Şirkətin banisi Mark Zukerberq bu barədə deyib:
"Əvvəllər klassik tədqiqatları sevirdim, "Meta" sözü isə yunan dilində "sonra" deməkdir. Mənim üçün o, həmişə nəsə yeni bir şey qurmağın rəmzidir".
Onun sözlərinə görə, yeni brend şirkətin diqqətini metakainata cəmləyir: orada insan ekranlardan imtina edərək virtual reallıqda mövcudluq hissini yaşayacaq.
Həmçinin oxuyun:
* Facebook adını dəyişir
* Bu il ən çox hansı sosial şəbəkədən istifadə olunub?
* İngiltərədə müxalifət Telegram-a qarşı sanksiyalar tələb edir
* Yeddi saatlıq problemdən ən çox qazanan hansı platforma oldu?
* Nazirlik sosial şəbəkələrdəki nasazlığın səbəbini açıqladı
* Facebook, Instagram və WhatsApp-ın çökməsi ilə itirilən milyonlar: ekspertlər hesabladılar
* Facebook servisləri niyə çöküb - ilkin mülahizə