DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qazaxıstandan son xəbərlər: Astanada atəş və partlayışlar

Ölkənin Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, ölkədə baş verən kütləvi qarşıdurmalar nəticəsində mindən çox insan xəsarət alıb.
Sputnik
BAKI, 7 yanvar - Sputnik. Almatıda yenidən atəş səsləri və çox güclü partlayış səsləri eşidilir.
Bu barədə yerli "Vласть" nəşri məlumat yayıb.
"Almatıda vaxtaşırı Qızıl kvadrat, Yeni Meydan, Kamenka, Tastak mirkorayonu, Momışulı küçəsi rayonlarında atəş səsləri gəlir", - nəşr şahidlərdən aldığı məlumatlara istinadən yazır.

"Qoqol küçəsində, Nourızbay Batır küçəsi ilə Dostık prospektinin kısişməsində atəş və çox güclü partlayış səsləri eşidilir", - "Vласть" müxbiri bildirir.
Astana şəhərində isə etirazlar davam edir, polis etirazçıları əhatəyə alıb, qarşıdurma yoxdur, insanlar mərkəzi meydana axışırlar, "Xabar 24" kanalı bildirir.

"Polislər ərazini əhatəyə alıblar, heç KİV nümayəndələrini də buraxmırlar. Toqquşma yoxdur, toplaşanlar özlərini sakit aparırlar. Burada alaçıq qurub, səhra mətbəxi təşkil ediblər. İnsanlar mərkəzi meydana toplaşmaqda davam edirlər", - TV-nin məlumatında deyilir.
Etirazçıların bir qrupu Aktau ilə aeroport arasındakı yolu bağlayıb.
--------------
06.01.2022
22:29
Qazax kinosunun qızıl fondu Almatıda çaxnaşmalar zamanı yandırılıb.
Bu barədə Atameken Business telekanalı məlumat verib.
Qızıl fonda qazax kinematoqrafının şedevrləri daxil idi.
---------
20:14
Qazaxıstanın Jambıl vilayətinin inzaibati mərkəzi olan Taraz şəhərində atəş səsləri eşidilir.
Bu barədə Sputnik Qazaxıstan xəbəbr verir.
Bu gün səhərə olan məlumata görə, şəhərdə vəziyyət sabit idi. Bundan əvvəl isə etirazçılar 50 polis maşınını və üç polis binasını yandırmışdılar.
--------
19:51
BMT-nin Ali Komissarı Almatıda etirazlar zamanı təxminən min nəfərin yaralandığını bildirib.
Aktauda isə insanlar yenidən meydana toplaşmağa başlayıblar. Sputnik Qazaxıstan xəbər verir ki, onlar arasında qadınlar, uşaqlar və yaşlılar da var.
Həmçinin Qazaxıstanın ən böyük şəhəri və ilk paytaxtı olan Almatıda telekanalların yayımının kəsildiyi bildirilir.
Bundan öncə Almatıda etirazçıların “Koktobe” televiziya qülləsini ələ keçirmələri barədə məlumatlar yayılmışdı. Informburo.kz nəşrinin məlumatına görə isə, şəhər polisinin rəsmi nümayəndəsi Saltanat Azirbek bu məlumatın həqiqətə uyğun olmadığını bildirmişdi.
Qazaxıstan DİN bəyan edib ki, silahını yerə qoymayan hər kəs məhv ediləcək.
----------
19:14
Qazaxıstanda iğtişaşlar zamanı həlak olan güc strukturları əməkdaşlarının sayı 18-ə çatıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qurumun məlumatına görə, ümumilikdə etiraz aksiyaları zamanı daxili işlər orqanlarının və Milli Qvardiyanın 748 əməkdaşı yaralanıb.
Çaxnaşma zamanı polis tərəfindən saxlanılanların sayı 2298 nəfərdir.
"Xabar 24" telekanalının məlumatına görə, Aktobe aeroportu işini bərpa edib, reyslər qrafik üzrə yerinə yetirilir.
---------
17:59
Kazaxtelekom yenidən ölkədə interneti kəsib.
Bu barədə GlobalCheck servisi məlumat yayıb.
----------
17:40
Almatıda etirazçıların “Koktobe” televiziya qülləsini ələ keçirmələri barədə məlumatlar yayılır. Bu barədə məlumatı “KazTag” agentliyi yayıb.
-------
16:38
Almatı şəhərində keçirilən aksiya zamanı iki minə yaxın etirazçı saxlanılıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Qazaxıstan KİV-i yayıb.
“Almatı şəhərinin polis departamentinin əməkdaşları Karasay batır – Masanci küçələrinin təmizlənməsinə başlayıb. Qanunu pozan şəxslərin saxlanılması üzrə tədbirlər görülür. Ümumilikdə polis orqanlarına iki minə yaxın adam gətirilib”, - deyə Qazaxıstan DİN-in yaydığı məlumatda bildirilir.
Qazaxıstan Sahibkarlarının Maliyyə Palatası isə yaydığı məlumatda bildirib ki, ölkədə 300-ə qədər ticarət, nəqliyyat obyektinə zərər dəyib. Almatıda 6 silah mağazasında oğurluq olub. İlkin hesablamalara görə, kütləvi aksiyalar zamanı 92 milyon dollar həcmində ziyan dəyib.
Bu arada Qazaxıstan XİN əcnəbilərin ölkəyə gəlişinin yasaqlanması barədə məlumatı təkzib edib.
"İnformasiya doğru deyil", - nazirliyin rəsmi təmsilçisi Aybek Smadyarov bildirib.
---------
16:18
Qazaxıstan hökuməti fövqəladə vəziyyət rejimi ilə bağlı əcnəbilərin ölkəyə girişini dayandırıb. Bu barədə Qazaxıstanın Özbəkistandakı səfirliyi məlumat yayıb.
-----------
15:31
Qazaxıstan hökuməti müvəqqəti – 180 gün ərzində benzin və dizel yanacağının qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi barədə qərar qəbul edib. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.
Nazirlər Kabinetinin Yanacaq Doldurma Məntəqələrində nəqliyyat vasitələri üçün maye qazının pərakəndə satışı üçün 180 gün müddətinə maksimum qiymətlər müəyyən edib.
***
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə baş verən hadisələrin səbəblərinin araşdırılması və günahkarların məsuliyyətə cəlb olunması üçün xüsusi istintaq komitəsinin yaradılması barədə qərar verib. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.
Bundan əlavə, Prezidentin tapşırığı ilə Qazaxıstan Nazirlər Kabineti ölkədə vəziyyətin sabitləşməsindən sonra bankların və digər maliyyə təşkilatlarının stabil işini bərpa etməlidir. Tokayev, həmçinin Qazaxıstanda diplomatik nümayəndəliklərin və xarici investisiya subyektlərinin və xarici şirkətlərin bizneslərinin qorunması üzrə addımlar atmağı tapşırıb.
Qeyd edək ki, Qazaxıstan Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, ölkədə baş verən kütləvi qarşıdurmalar nəticəsində mindən çox insan xəsarət alıb.
***
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurası Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin müraciəti ilə əlaqədar kollektiv sülhməramlı qüvvələrin həmin ölkəyə göndərilməsi barədə qərar qəbul edib.
Bu barədə Şuranın sədri, Ermənistanın baş naziri Nikol Paşinyan Facebook səhifəsində məlumat verib.
“Qazaxıstan Respublikasının Prezidenti Tokayevin müraciəti ilə əlaqədar, Qazaxıstan Respublikasının milli təhlükəsizliyinə və suverenliyinə, o cümlədən, kənar müdaxilə nəticəsində yaranmış təhlükəni nəzərə alaraq, KTMT Kollektiv Təhlükəsizlik Şurası, Kollektiv Təhlükəsizlik Müqaviləsinin 4-cü maddəsinə əsasən, KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin Qazaxıstan Respublikasına göndərilməsi qərara alınıb”, - Paşinyan yazıb.
Paşinyan bildirib ki, KTMT qüvvələri Qazaxıstanda vəziyyəti sabitləşdirmək və normallaşdırmaq məqsədilə məhdud müddətə göndəriləcək.
Xatırladaq ki, ötən gün Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Tokayev iclasda ölkədəki gərgin vəziyyətlə bağlı KTMT tərəfdaşlarından hərbi yardım istəməyin zəruriliyini bildirib.
Qazaxıstanda iğtişaşlar
Qeyd edək ki, qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən ötən gün Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu barədə fərman imzalayıb.
Həmçinin Qazaxıstan Prezidenti bu gün ölkədə kütləvi etirazlarla əlaqədar olaraq iki gün ərzində ikinci dəfə əhaliyə müraciət edib.
Tokayev bildirib ki, bu gündən Qazaxıstan Təhlükəsizlik Şurasına özü başçılıq edəcək. Bununla da Tokayev 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb.
Tokayev vurğulayıb ki, Qazaxıstan paytaxtında, xalqın yanında qalacaq. Prezident xalqın onu dəstəkləyəcəyinə əmin olduğunu bildirib.
Tokayev etiraz aksiyaları fonunda yaxın müddətdə yeni təkliflər paketi ilə çıxış edəcəyini deyib.
Eləcə də oxuyun:
* Qazaxıstanın hər yerində fövqəladə vəziyyət elan edildi: BMT narahatdır
* Tokayev Rusiyaya təxliyə edilir? – Moskvadan açıqlama
* Nazarbayev vəzifədən çıxarıldı: Tokayevin xalqa müraciətinin detalları
* Qazaxıstandakı Azərbaycan vətəndaşları barədə son məlumat
* Qazaxıstanda son vəziyyət: prezident iqamətgahı yanır - VİDEO
* Qazaxıstanda qaz narazılığı: etiraz meydanından fotolar
* Qazaxıstan prezidenti qazın qiymət artımına qarşı çıxan xalqa müraciət edib