DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Omikron koronavirusun bütün ştammlarını üstələyib

Epidemioloqlar omikron ştammının yayılma sürətindən narahatlıq ifadə ediblər. Bir ayda yoluxma sayı 10 nəfərdən 4360 nəfərə çatıb.
Sputnik
BAKI, 5 yanvar - Sputnik. Avstriyada koronavirusa yoluxma hallarının statistikasında “omikron“ ştammı digər variantları üstələyib.
Avstriya Səhiyyə və Qida Təhlükəsizliyi Agentliyi bu barədə məlumat yayıb.
Qeyd edilir ki, 2021-ci ilin sonuncu həftəsi gündəlik yoluxma hallarının əksəriyyətinin “omikron“ ştammı ilə baş verdiyi və bu ştammın ölkədə dominant varianta çevrildiyi müəyyən edilib. Belə ki, ilin son həftəsində 2915 nəfər “delta“ ştammına, 4360 nəfər isə “omikron“ ştammına yoluxub. Bununla da 2022-ci ilin əvvəlindən etibarən Avstriyada koronavirusa yoluxmaların mütləq əksəriyyəti “omikron“ ştammı ilə baş verir.
Epidemioloqlar “omikron“ ştammının yayılma sürətindən narahatlıq ifadə ediblər. Bildirilib ki, Avstriyada “omikron“ ştammına ilk yoluxma halı 47-ci təqvim həftəsində (22-28 noyabr) aşkarlanıb və həmin vaxt yoluxanların sayı 10 nəfər olub. 51-ci təqvim həftəsində (20-26 dekabr) bu göstərici 1905-ə, ilin sonuncu həftəsində isə 4360-a yüksəlib.
İndiyədək əldə olunmuş tibbi biliklər əsasında “omikron“ ştammı ilə yoluxanların xəstəliyi ağır keçirmədikləri qeyd edilir və virusun endemik xəstəliyə çevrilməsini sürətləndirəcəyi ehtimal olunur.
Həmçinin oxuyun:
Koronavirusun yeni növü peyda oldu: Omikronun "qardaşı" İHU dünyaya gəlib
Yaponiyada ömürlük COVID-19 peyvəndi hazırlanır
Hamilə qadınlara və uşaqlara buster doza vurula bilər?
Nazirlər Kabineti COVID sertifikatları ilə bağlı qərarı dəyişdi
Azərbaycan Omikron ştammı ilə mübarizəyə hazırdırmı?
SARS-CoV-2 virusu hansı orqanlarda yaşayır və bədəndə nə qədər qalır? Şok araşdırma