BAKI, 27 dekabr — Sputnik. "Qarabağ" klubunun qış hazırlıq planı müəyyənləşib.
Komanda yanvarın 5-i Bakıda məşqləri bərpa edəcək.
Hazırlığın 2-ci mərhələsi Türkiyənin Antalya şəhərində baş tutacaq. Ayın 12-də qonşu ölkəyə yollanacaq "köhlən atlar" "Gloria Sports Arena"da məskunlaşacaq. "Qarabağ" yanvarın 14-ü "Qaz Metan" (Rumıniya), yanvarın 21-i "Şlyonsk Vroçlav" (Polşa), yanvarın 25-i isə "Visla Krakov" (Polşa) klubları ilə üz-üzə gələcək.
Report xəbər verir ki, yanvarın 21-i və 25-i daha iki oyun nəzərdə tutulub. Komanda səhər saatlarında Serbiyanın "Batska Topola" və Slovakiyanın "Tatran" klubları ilə üz-üzə gələcək. Bu iki oyunda əsasən, gənc futbolçulara şans veriləcək.
Komandanın Antalya toplanışı yanvarın 26-da başa çatacaq.
Eləcə də oxuyun:
* "Neftçi"nin aparıcı legioneri çoxsaylı təkliflər alıb, bəs klub nə deyir?
* Avropa klubundan azərbaycanlı futbolçuya 1 milyonluq təklif