AZƏRBAYCAN XƏBƏRLƏRİ

Qubadakı kütləvi məzarlıqla bağlı şübhələrdən biri silindi

Tarixçi məzarlıqdakı insan qalıqlarının 1918-ci il hadisələrinə aid olmadığını deyib.
Sputnik
BAKI, 27 noyabr — Sputnik. Bir neçə gün öncə Qubanın İkinci Nügədi kəndində naməlum məzarlığın tapılması haqqında məlumat vermişdik. Kütləvi məzarlığın neçənci ilə bağlı olduğu, hansı hadisə nəticəsində yarandığı məlum deyildi. Araşdırma aparmaq üçün Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna müraciət olunmuşdu.
Qubanın İkinci Nügədi kəndində
Məsələ ilə bağlı Akademiyanın şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Qəhrəman Ağayevlə əlaqə saxladıq. O, Sputnik Azərbaycan-a verdiyi açıqlamada məzarlıqdakı insan qalıqlarının 1918-ci il hadisələrinə aid olmadığını bildirdi.
Qubanın İkinci Nügədi kəndində
“Qubanın İkinci Nügədi kəndində aşkar edilmiş məzarlığın 1918-ci ildə ermənilərin Quba qəzasında törətdikləri soyqırıma aid olmasından şübhələnirdik. Amma bu təsdiqini tapmadı. Çünki məzarlıqda aşkar edilmiş sümüklərin yaşı təxminən 130 ildən yuxarıdır. Bu barədə məlumat Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyindən də verilib. İnsanların kütləvi şəkildə ölməsinin səbəbləri hələ də araşdırılır”.
Qubanın İkinci Nügədi kəndində
Onu da qeyd edək ki, Qubada tapılan məzarlıq həm kənd sakinlərinin, həm də bir çox orqanların marağına səbəb olmuşdu.
Eləcə də oxuyun:
* Qubada növbəti toplu məzarlıq tapılıb: İnsanları yandıraraq üst-üstə basdırıblar
* Qədim Qəbələdə arxeoloji tədqiqatların yeni nəticələri açıqlanıb
* Bəşər əcdadının yeni növü tapıldı
* Azıx mağarası haqda yeni bilgilər