BAKI, 18 noyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin noyabrın 16-da Azərbaycan-Ermənistan sərhədində yaşanmış gərginliyə münasibət bildirib. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadla məlumat yayıb.
"Bu günlərdə baş verən atışmalar göstərdi ki, orada vəziyyət sakitləşməyib", – deyə Putin Xarici İşlər Nazirliyinin kollegiyasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında vəziyyətin tənzimlənməsində rusiyalı diplomatların rolu getdikcə artır.
"Şübhəsiz ki, Azərbaycan və Ermənistan arasında mübahisəli məsələlərin tənzimlənməsində, Cənubi Qafqazda iqtisadi əlaqələrin bərpası və mühüm nəqliyyat dəhlizlərinin açılması istiqamətində səylərin davam etdirilməsində rusiyalı diplomatların rolu artır. Biz baş nazirin müavinləri səviyyəsində müvafiq dövlətlərarası komissiya yaratmışıq, məncə, həmin komissiyanın perspektivləri pis deyil", – deyə Rusiya Prezidenti vurğulayıb.
O belə hesab edir ki, vəziyyətin nizamlanmasında sülhməramlı kontingentə böyük ehtiyac var.
Eləcə də oxuyun:
* Nazirdən Ermənistana sərt xəbərdarlıq: Heç tərəddüd etmədən qarşılıq verəcəyik
* Sərhəddə vəziyyətlə bağlı Həsənova zənglər: Akar və Şoyqu ilə danışdı