Azərbaycan-Ermənistan sərhədində vəziyyət

ABŞ-dan Bayramova zəng gəldi: mövzu sərhəddəki eskalasiyadır

Telefon danışığı zamanı tərəflər, həmçinin üçtərəfli bəyanatların icrası və digər regional təhlükəsizlik məsələləri ərtafında fikir mübadiləsi aparıblar.
Sputnik
BAKI, 18 noyabr - Sputnik. Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramovun ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə telefon danışığı baş tutub.

Sputnik Azərbaycan XİN-in məlumatına istinadla bildirir ki, Karen Donfrid Azərbaycan və Ermənistan sərhədində yaşanan gərginlikdən narahatlığını ifadə edib, hər iki tərəfi deeskalasiyaya və fikir ayrılıqlarını sülh yolu ilə həll etməyə çağırıb.

Nazir Ceyhun Bayramov son günlərdə Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilən silsilə təxribatçı addımlar barədə qarşı tərəfə ətraflı məlumat verib. Nazir bölgədə vəziyyətin gərginləşməsi məsuliyyətinin bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü vurğulayıb.

Azərbaycanın beynəlxalq hüququn prinsipləri əsasında Ermənistanla delimitasiya prosesinə başlamağa hazır olduğu, lakin Ermənistan tərəfindən buna qarşılıq verilmədiyi qeyd olunub.

Telefon danışığı zamanı tərəflər, həmçinin üçtərəfli bəyanatların icrası və digər regional təhlükəsizlik məsələləri ərtafında fikir mübadiləsi aparıblar.
Eləcə də oxuyun:
* Putin Azərbaycan-Ermənistan sərhədində yaşanan gərginliyə münasibət bildirdi
* Ermənistan ordusu Tovuz ərazisini atıcı silahlardan atəşə tutur - SON DURUM
* Nazirdən Ermənistana sərt xəbərdarlıq: Heç tərəddüd etmədən qarşılıq verəcəyik
* Azərbaycan-Ermənistan sərhədində vəziyyət barədə Rusiya XİN və KTMT-dən açıqlama
* Sərhəddə vəziyyətlə bağlı Həsənova zənglər: Akar və Şoyqu ilə danışdı
* Əliyev: Bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir