DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Saakaşvili aclıq aksiyasını dayandırdı

Həkim siyasətçini müayinə etməsi üçün ona imkanın yaradılmadığını bildirib. M.Perebeynis M.Saakaşvilinin tibbi nəzarət altında saxlanılmasına ehtiyacın olduğunu vurğulayıb.
Sputnik
BAKI, 11 noyabr — Sputnik. Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvili aclıq aksiyasını dayandırmaq barədə qərar qəbul edib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə onun vəkili Nika Qvaramiya jurnalistlərə bildirib.
Qvaramiyanın sözlərinə görə, sabiq dövlət başçısı Strasburq məhkəməsinin qərarını nəzərə alıb.
Qeyd edək ki, M.Saakaşvili Tbilisidə oktyabrın 1-də saxlanılıb. O, həmin gündən aclıq aksiyası keçirirdi. Siyasətçi noyabrın 8-də Tbilisidəki 18 saylı Qldani cəzaçəkmə müəssisəsinin xəstəxanasına köçürülüb.
Avropa İnsan Hüquqları Məhkəməsi qəbul etdiyi qərarda M.Saakaşvilini aclıq aksiyasını dayandırmağa çağırıb.
27.10.21, 18:15
Mixeil Saakaşvili tibbi yardımdan imtina edib
"Mixeil Saakaşvili bu gündən etibarən tibbi nəzarətdən imtina edir". Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, bunu onun ukraynalı həkimi Maksim Perebeynis Rustavidə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, M.Saakaşvili aclıq aksiyasını yüngülləşdirən analiz və tibbi prosedurların aparılmasına razılıq verməyəcək.
Həkim siyasətçini müayinə etməsi üçün ona imkanın yaradılmadığını bildirib. M.Perebeynis M.Saakaşvilinin tibbi nəzarət altında saxlanılmasına ehtiyacın olduğunu vurğulayıb.
Qeyd edək ki, Gürcüstanın keçmiş prezidenti oktyabrın 1-də Tbilisidə saxlanılıb. Həmin gündən aclıq aksiyası keçirən siyasətçi oktyabrın 20-də həkim yardımına razılıq vermişdi.
Eləcə də oxuyun:
* Saakaşvilinin ukraynalı vəkilini Gürcüstana buraxmadılar
* Saakaşvilini aradan götürmək istəyirlər - Qalmaqallı iddia
* Gürcüstanın Baş nazirindən Saakaşviliyə qarşı şok ittiham
* Saakaşvili həbsxanada aclığa başladı
* Saakaşvili kameralar qarşısında narkotik maddə testindən keçirilməsini tələb etdi