BAKI, 10 noyabr — Sputnik. Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlərinin tam formatda Qarabağa səfərlərinin təşkil olunması praktikasının tezliklə yenidən bərpa olunmasının tərəfdarıdır.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova çərşənbə günü, noyabrın 10-da keçirdiyi brifinqdə deyib.
"ATƏT-in Minsk qrupunun həmsədrlərinin formatı geniş beynəlxalq dəstəyə malikdir", - Zaxarova vurğulayıb. O qeyd edib ki, Rusiya XİN "üçlük" xətti ilə ilk növbədə regionun qarşısında duran sosial-iqtisadi və humanitar məsələlərin həlli barədə səylərin davam etdirilməsini vacib sayır.
Ötən həftə, noyabrın 3-də keçirilmiş brifinqdə Zaxarova Rusiyanın "3+3" platformasının yaradılması ideyasını dəstəklədiyini bildirmişdi. "Bu formatın işə salınması dövlətlərarası münasibətlərdə etimadın yüksəldilməsinə xidmət edə bilər", - XİN rəsmisi əlavə etmişdi.
Eləcə də oxuyun:
* Rusiya XİN-dən Qafqaz ölkələrinə mesaj - Planları praktik müstəviyə keçirməyin vaxtı çatıb
* Qafqazda Ərdoğan variantı: suallar çox, cavablar az