DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ÜST ölkələri müqavilə bağlamağa çağırdı: yeni təhlükəli virus xəbərdarlığı

Bundan öncə ÜST bildirmişdi ki, əgər bəşəriyyət istəyərsə, koronavirus pandemiyası bitə bilər, çünki bu xəstəliyə qalib gəlmək üçün lazımi alətlər dünyada mövcuddur.
Sputnik
BAKI, 30 oktyabr - Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus bildirib ki, yeni, qarşısıalınmaz virusun yayılması istisna deyil
"Bioloji nöqteyi-nəzərdən nə zamansa başqa bir virusun peyda olması şübhə doğurmur və biz sadəcə olaraq onun öhdəsindəın gələ bilməyəcəyik", - Gebreyesus "Böyük iyirmilik" ölkələrinin səhiyyə və maliyyə nazirlərinin görüşündə deyib.
ÜST rəhbərinin fikrincə, indiki pandemiyadan dərs götürmək lazımdır ki, növbətiyə hazır olaq.
O qeyd edib ki, dünya ictimaiyyətinə "gücləndirilmiş" ÜST, pandemiyalarla mübarizənin təmin edilməsi üçün yeni maliyyə mexanizmi, səhiyyə sahəsində təhdidlərlə mübarizənin maliyyələşdirilməsi şurasının yaradılması yolu ilə daha effektiv idarəetmə və pandemiyalarla mübarizə üzrə müqavilənin imzalanması gərəkdir.
Bundan öncə ÜST bildirmişdi ki, əgər bəşəriyyət istəyərsə, koronavirus pandemiyası bitə bilər, çünki bu xəstəliyə qalib gəlmək üçün lazımi alətlər dünyada mövcuddur.
Gebreyesusun sözlərinə görə, ilin sonunadək hər bir ölkədə əhalinin ən azı 40%-ni peyvəndləmək mümkündür, ancaq bunun üçün dövlətlər və şirkətlər bəyanatlarına uyğun hərəkət etməlidirlər. O, məqsəd göstəricilərinə çatmış ölkələri, eləcə də "Böyük iyirmilik" üzvlərini beynəlxalq COVAX mexanizmi və Afrikanın Avat fondunu prioritet hesab etməyə çağırıb.
Eləcə də oxuyun:
* G20 öıkələri dünya əhalisinin 70%-ni peyvəndləmək barədə qərar verdilər
* COVID-19 da dəyişdi: daha iy və dadbilmə itmir
* Baydeni məcburi vaksinasiyaya görə məhkəməyə verirlər
* "Pfizer-BioNTech" peyvəndi uşaqlara necə vurula bilər?
* Qriplə koronavirus vaksinini birlikdə vurdurmaq olarmı?
* Ginsburq koronavirusdan yüz faiz qorunmanın üsulunu açıqlayıb