DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

G20 ölkələri dünya əhalisinin 70%-ni peyvəndləmək barədə qərar verdilər

© REUTERS / IVAN ALVARADOQadın Pfizer / BioNTech peyvəndin alır, arxiv şəkli
Qadın Pfizer / BioNTech peyvəndin alır, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.10.2021
Abunə olmaq
Nazirlərin görüşü həmin ölkələrin liderlərinin nəzərdə tutulan görüşü ərəfəsində baş tutub.
BAKI, 29 oktyabr - Sputnik. G20 maliyyə və səhiyyə nazirlərinin Romada keçirilmiş görüşündə dünya əhalisinin peyvənd olunma səviyyəsnin 40%-dən 70%-ə qədər artırılması üçün inkişaf etməkdə olan ölkələrə koronavirusa qarşı peyvənd tədarükünü artırmağa hazır olduqlarını bildiriblər. RİA Novosti-nin xəbərinə görə nazirlərin görüşü həmin ölkələrin liderlərinin nəzərdə tutulan görüşü ərəfəsində baş tutub.

"ÜST-nin qlobal vaksinasiya strategiyasına uyğun olaraq, cari ildə 40% və 2022-ci ilin ortalarında 70%-lik vaksinasiya hədəfinə çatmaq üçün biz inkişaf etməkdə olan ölkələrə vaksin və tibbi avadanlığının çatdırılmasının artırılması, habelə maliyyələşmə və tədarük sahəsində məhdudiyyətlərin aradan qaldırılması üçün addımlar atacağıq", - deyə görüşün nəticələrinə dair sənəddə deyilir.

Xəbər lenti
0