DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Gürcüstan DTX-sı ölkədə dövlət çevrilişi hazırlandığını bəyan edib

Terrorla Mübarizə Mərkəzinin rəis müavini Baça Mqeladze bildirib ki, ayrı-ayrı şəxslər Saakaşvilinin başqa bir həbsxanaya və ya qospitala köçürülməsinə mane olaraq dövlət əleyhinə hərəkətlər planlaşdırıblar.
Sputnik
BAKI, 29 oktyabr — Sputnik. Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) dövlət çevrilişi cəhdinin araşdırıldığı barədə məlumat yayıb. Spitnik Gürcüstan-ın xəbərinə görə, söhbət ölkənin sabiq prezidenti, hazırda həbsdə olan Mixeil Saakaşvilinin Rustavi həbsxanasından köçürülməsindən istifadə etməklə ölkədə sabitliyi pozmaq niyyətində olan bir qrup şəxsin dövlət çevrilişi cəhdindən gedir.

"Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti dövlət hakimiyyətini devirmək və ələ keçirmək məqsədi ilə təşkil olunan iğtişaş faktını araşdırır. İstintaq zamanı əldə edilmiş dəlillərə əsasən, bu işdə iştirak edən şəxslərin bəzi destruktiv hərəkətlər planlaşdırdıqları müəyyən edilib", - deyə Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin Terrorla Mübarizə Mərkəzinin rəis müavini Baça Mqeladze bildirib.

Onun sözlərinə görə, ayrı-ayrı şəxslər Saakaşvilinin başqa bir həbsxanaya və ya qospitala köçürülməsinə mane olaraq dövlət əleyhinə hərəkətlər planlaşdırıblar.

"Bu məqsədlə həmin şəxslər ora gedən yolları bağlamağı və bununla da idarəolunmaz vəziyyət, xaos yaratmağı və Mixeil Saakaşvilinin transferinin qarşısını almağı planlaşdırıblar", - deyə Mqeladze bildirib.

Mqeladze dəlil kimi, Tbilisidəki prezident kitabxanasında hazırlanmış iki saatlıq səs yazısının bir hissəsini göstərib. Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə, səs yazısında müxalifətdə olan Vahid Milli Hərəkatın üzvü Beso Tserediani və digərləri Saakaşvilini həbsxana qospitalına aparılması zamanı yolların bağlanması planını müzakirə edirlər.
Bu arada, Gürcüstan Xarici İşlər Nazirliyi eks-prezident Mixeil Saakaşvilinin ekstradisiyası məsələsi ilə bağlı Ukrayna tərəfi ilə danışıqların getdiyi barədə məlumatı təkzib edib.
Qeyd edək ki, bir qədər əvvəl Ukrayna Ali Radasının deputatı Yuliya Klimenko gürcü jurnalistlərə bildirib ki, Saakaşvilinin Ukraynaya qaytarılması ilə bağlı diplomatik səviyyədə danışıqlar aparılır.
Həmçinin oxuyun:
* Saakaşvilinin ukraynalı vəkilini Gürcüstana buraxmadılar
* Saakaşvilini aradan götürmək istəyirlər - Qalmaqallı iddia
* Gürcüstanın Baş nazirindən Saakaşviliyə qarşı şok ittiham
* Saakaşvili həbsxanada aclığa başladı
* Saakaşvili kameralar qarşısında narkotik maddə testindən keçirilməsini tələb etdi