DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Saakaşvilinin ukraynalı vəkilini Gürcüstana buraxmadılar

Vəkili Ukraynaya qaytarıb, üstəlik pasportunu da əlindən alıblar.
Sputnik
BAKI, 27 oktyabr — Sputnik. Ukraynanın ombudsmanı Lyudmila Denisova Gürcüstana gedib. Onunla birlikdə uçan, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin ukraynalı vəkili Yevgeni Qruşovetsi isə ölkəyə buraxmayıblar.
Bu barədə Sputnik Gürcüstan xəbər verir.
Ombudsman Ukrayna vətəndaşı olan Saakaşvilinin saxlanıldığı Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsinə baş çəkib.
Qruşovets isə geri qaytarılmasını sosial şəbəkədə belə bildirib: "Gürcü qonaqpərvərliyini daddım. Tbilisi aeroportunda məni ölkəyə buraxmadılar, hətta səbəbini də demədilər. Pasportumu aldılar, stüardessaların dediyinə görə, heyət komandirinə verdilər. Mən izah etdim ki, M.Saakaşvilinin yanına gəlmişəm. Amma təəssüf ki, Ukraynaya qayıdıram. P.S. Stüardessa məni "deport edilmiş sərnişin adlandırır". P.P.S. İndi Kiyevə pasportsuz qayıdıram".
Müxalifət nümayəndələri isə bu olayı hökumətin həbsdə olan sabiq prezidentdən qorxması kimi təfsir ediblər.

Gürcüstanın sabiq prezidentinin həbsi

Saakaşvili Tbilisidə oktyabrın 1-də saxlanılıb. Onu üç məhkəmə instansiyası parlamentin deputatı Valeri Gelaşvilinin döyülməsi və "Gürcüstan Birləşmiş Bankı"nın əməkdaşı Sandro Qirqvlianinin işinə görə müqəssir bilib.
Ona qarşı həmçinin:
* Dövlət Mühafizə Xidmətinin 9.2 milyon larisini xərcləmək,
* 2007-ci il noyabrın 7-də aksiyanın dağıdılması,
* "İmedi" telekanalının dağıdılması,
* mərhum milyoner Badri Patarkatsişvilinin əmlakına yiyələnmə kimi ittihamlar irəli sürüblər.
Prokurorluqdan bildirilib ki, Saakaşvilinin Ukraynaya ekstradisiyası məsələsi hələlik müzakirə olunmur və cəzasını vətənində çəkəcək.
Oktyabrın 1-də Rustavi həbsxanasına aparılan Mixeil Saakaşvili elə həmin axşam özünə qarşı irəli sürülən hökmlə razı olmadığını, özünü siyasi məhbus hesab etdiyini bildirərək aclıq elan edib.
Eləcə də oxuyun:
* Saakaşvilini aradan götürmək istəyirlər - Qalmaqallı iddia
* Gürcüstanın Baş nazirindən Saakaşviliyə qarşı şok ittiham
* Saakaşvili həbsxanada aclığa başladı
* Saakaşvili kameralar qarşısında narkotik maddə testindən keçirilməsini tələb etdi