SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Vaşinqtondan Bakıya zəng, Ərdoğandan İran, Putindən Zəngəzur mesajı - siyasi icmal

Ötən həftə siyasi hadisələrlə zəngin olub. Sputnik Azərbaycan önə çıxan məqamları təqdim edir.
Sputnik

Azərbaycan vətəndaşları daha bir ölkəyə vizasız gedə biləcəklər

Oktyabrın 18-i Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Qətərin Baş nazirinin müavini və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani arasında görüş keçirilib. Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında saziş imzalanıb.

Beynəlxalq Ədalət məhkəməsində Ermənistana qarşı ittiham

Azərbaycan Ermənistan barəsində aralıq tədbirləri tətbiq edilməsini vacib sayır. Bunu oktyabrın 18-i Azərbaycan Respublikasının "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistan Respublikasına qarşı iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində keçirilən dinləmədə Azərbaycan tərəfinin nümayəndəsi Elnur Məmmədov deyib.
"Ermənistanın etnik təmizləmə və zorakılığa təşviq kampaniyaları davam edir. Azərbaycanlılara qarşı zərərləri dəf etmək üçün aralıq tədbirlərin görülməsinə zərurət var", – deyə o bildirib.
SİYASƏT
XİN Ermənistana qarşı qaldırdığı iddiaların detallarını açıqlayıb

Ərdoğandan təbrik mesajı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı 18 Oktyabr Müstəqilliyin Bərpasının 30-cu ildönümü münasibətilə təbrik edib. "Aydınlığı aydınlığımız, sevinci sevincimiz, azadlığı azadlığımız, kədəri kədərimiz olan can Azərbaycanın 18 Oktyabr Müstəqilliyinin Bərpası Gününü səmimi qəlbdən təbrik edirəm", - Türkiyə lideri qeyd edib.

Azərbaycan beş erməni diversantı Ermənistana qaytarıb

Azərbaycan beş erməni hərbçini oktyabrın 19-da Ermənistana qaytarıb.
Bununla bağlı Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının keçmiş rəhbəri general Rüstəm Muradov Bakıdan İrəvana uçuş həyata keçirib.
Erməni KİV qaytarılan hərbçilərin adlarını açıqlayıb. Bunlar: Ambardanyan Mels, Karapetyan Rafik, Manukyan Jora, Manukyan Ovsep, Soğomonyan Sedrakdır. Onlar Vətən müharibəsindən sonra Azərbaycanın Xocavənd rayonu ərazisindən Azərbaycan sərhədlərini pozaraq Hadrut qəsəbəsi ərazisinə daxil olarkən Azərbaycan Silahlı Qüvvələri tərəfindən saxlanılmışdı. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə saxlanılan şəxslərin hər biri 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Qeyd olunur ki, həbs edildikdən təxminən bir il sonra azadlığa buraxılmaları, şübhəsiz ki, Bakının başqa bir humanist jestidir. Hadisə ilə bağlı rəsmi Bakıdan digər açıqlama verilməyib.

DTX rəisi xəbərdarlıq etdi

Oktyabrın 19-da Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vitse-prezidenti Jil Karbonyenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Həmçinin regionda hökm sürən yeni reallıqlar nəzərə alınmaqla BQKX-nin nümayəndələrinin Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan bölgələrə səfərlərinin Ermənistanın deyil, yalnız respublikamızın ərazisindən istifadə edilməklə mümkünlüyü nəzərə çatdırılıb.

Moskva Rusiya şirkətlərinin Qarabağın bərpasında iştirakını istəyir

Moskva Rusiya şirkətlərinin Qarabağın bərpasında şirkətində maraqlıdır. Bunu "Rebuild Karabakh" - Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" sərgisində Sputnik Azərbaycan-a açıqlamasında Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov bildirib.
"Rusiya şirkətlərinin sərgidə iştirakı olduqca önəmlidir. Sərgidə Rusiya Federasiyasının müxtəlif yerlərindən xeyli sayda şirkət iştirak edir. Səfir olaraq, Rusiya şirkətlərinin Azərbaycandakı sərgiyə belə maraq göstərməsindən məmnunam. Bu sərgidə gördüklərim məndə ciddi ümidlər yaradır. Müxtəlif tikinti sahələrində Rusiya şirkətlərinin təcrübəsi nəzərə alındıqda, biz Rusiya şirkətlərinin Qarabağın bərpasında iştirak etməsində maraqlıyıq", - deyə diplomat bildirib.

Prezident və birinci xanımın Zəngilan səfəri

Oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda səfərdə olublar. Onlar rayonun Zəngilan Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi, Ağalı kəndində həyata keçirilən "Ağıllı kənd" layihəsi çərçivəsində görülən işlərlə, o cümlədən Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonunda yerləşən hərbi hissə kompleksində yaradılan şəraitlə tanış olublar. İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda Rəqəmsal Yarımstansiyanın təməlqoyma mərasimində iştirak ediblər. Onlar daha sonra Zəngilan ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.
SİYASƏT
Prezident və Birinci xanımın Zəngilan səfəri - təfərrüat

Azərbaycan və ABŞ arasında telefon danışığı

Oktyabrın 20-si Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı olub.
K.Donfrid Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 30-cu ildönümü münasibətilə təbriklərini nazir Ceyhun Bayramovun diqqətinə çatdırıb.
Tərəflər iki ölkə arasında əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıb və bir sıra istiqamətlərdə əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
Telefon danışığı zamanı, həmçinin regiondakı münaqişə sonrası vəziyyət müzakirə edilib.

Qarabağ üzrə üçtərəfli İşçi Qrupunun növbəti görüşü

Azərbaycan, Ermənistan və Rusiya hökumət başçıları müavinlərindən ibarət üçtərəfli İşçi Qrupunun 8-ci iclasının ilk hissəsi baş tutub. Görüşdə Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpasının perspektivləri, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putinin yanvarın 11-də qəbul etdikləri 4 maddəlik birgə bəyanat çərçivəsində görülən işlərin gedişatı müzakirə edilib.

İran Azərbaycanı hədəf ala bilməz

Oktyabrın 21-i Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrikadan dönərkən jurnalistlərə açıqlamasında bildirib ki, İsrailin Azərbaycanla olan münasibətlərinə görə İran Azərbaycanı hədəf almaq kimi bir duruma girməz.
"Çünki bu gün İrandakı azərbaycanlıların sayı bəllidir. Görülən iş səhvdir. İranın yeni rəhbərliyi, belə hesab edirəm ki, bu yanlışı davam etdirməz", - İranın Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsi barədə sualı cavablayarkən Türkiyənin dövlət başçısı qeyd edib.
Ərdoğan həmçinin Zəngəzur dəhlizinin açılması ilə bağlı qərarlı olduqlarını da vurğulayıb.
SİYASƏT
Ərdoğanın Cənuba mesajı – İrandakı dairələr narahatdır

Avropa İttifaqı Qarabağın bərpasını dəstəkləyəcək

Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko bildirib ki, Avropa İttifaqı Qarabağın bərpasını dəstəkləyəcək: "İşğaldan azad olunan ərazilərin bərpasına, yenidənqurma işlərinə necə töhfə verə, bu işdə necə faydalı ola biləcəyimiz bizi çox maraqlandırır. Bu istiqamətdə dəstəkləmək üçün nələrin prioritet olduğunu, hansı layihələrin olmasını öyrənəcəyik, bu barədə maraqlanacağıq. Bilirəm ki, bununla bağlı Bakıda çox önəmli sərgi keçirilir, mən özüm də bu sərgini ziyarət edəcəyəm".

Putin İlham Əliyevin müdrikliyi, Zəngəzur dəhlizi və bölgənin gələcəyi barədə

Bakı və Yerevan Qarabağdakı qan tökülməsini dayandıra bildilər, bir anlıq maraqlarından əl çəkdilər, indi bölgədə uzunmüddətli həll üçün şərait yaratmaq lazımdır.
Bunu Rusiya Prezidenti Vladimir Putin oktyabrın 21-də “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında deyib.
O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan bütün çətinliklərə baxmayaraq, Qarabağda qan tökülməsini dayandırmaq qərarına gəldikdə siyasi müdriklik nümayiş etdirdilər.

Azərbaycan vətəndaşları daha bir ölkəyə vizasız gedə biləcəklərQələbə Gününün öldönümündə daha iki sənəd"Birincisi, həm Azərbaycan Prezidentinin, həm də Ermənistan Baş nazirinin siyasi müdrikliyinə hörmətlə yanaşmalıyam. Yenə də, baş verən bütün faciələrə baxmayaraq, mövcud siyasi vəziyyətdən yuxarı qalxmağı və çox vacib qərarlar qəbul etməyi bacardılar. Mən bilirəm ki, bu o qədər də qəribə deyil, bu və o biri ölkədə öz rəhbərlərinə qarşı iradlar səsləndirirlər.

Həmişə nədənsə narazı qalan və ya bunu daha yaxşı etməyin mümkünlüyünü düşünən siyasi qüvvələr var. Həmişə də onlara veriləcək cavab var: siz daha yaxşısını etməyə cəhd göstərin. Hər halda Prezident Əliyev və Baş nazir Paşinyan qan tökülməsini dayandıra bildilər", - deyə Rusiyanın dövlət başçısı əlavə edib.
Putin qeyd edib ki, insan həyatının qorunmasından daha vacib heç nə yoxdur. Bununla yanaşı, daha bir vacib cəhət də var ki, bu da uzunmüddətli məskunlaşma üçün şərait yaratmaqdır.
"Bu şərtlər yalnız hər iki tərəfin əldə etdiyi razılaşmaları uzunmüddətli qəbul etməsi və hər iki tərəfin üstünlükləri - bunu xüsusilə vurğulamaq istəyirəm - dinc, yanaşı yaşamağın üstünlüklərini yüksək qiymətləndirdiyi təqdirdə yaradıla bilər", - deyə Vladimir Putin əlavə edib.
"Hamı bununla maraqlanır. Azərbaycan kommunikasiyaları açmaqla Naxçıvanla normal əlaqə qurmaqda maraqlıdır. Bu, Ermənistanın qarşısında duran ilk vəzifələrdən biridir - effektiv iqtisadi həyat qurmaq, bölgədə təsirli qarşılıqlı əlaqə yaratmaq, hətta gələcəkdə Azərbaycanla belə. Prinsipcə, Ermənistan Türkiyə ilə münasibətlərin donunu açmaq istəyir və buna müasir yanaşma nümayiş etdirmək istəyir", - Rusiya Federasiyasının Prezidenti bildirib.
RUSİYA
Rusiya XİN-dən Azərbaycan-İran münasibətlərinə tövsiyə
"Bunu etmək mümkündür, ya yox? Mümkündür. Biz qan tökülməsini dayandırmaq üçün bizdən asılı olan hər şeyi etdik. Həm də təkcə onu deyil. Sülhməramlılarımız öz vəzifələrini ləyaqətlə yerinə yetirirlər. Artıq 50 mindən çox qaçqın evlərinə qayıdıb. Ümumilikdə münaqişə zonasında vəziyyəti sabit saxlamağa nail olunub. Böyük hərbi əməliyyatlar yoxdur. Bəli, təəssüf ki, insidentlər olur. Bəli, təəssüf ki, bəzən insanlar da ölür. Amma bu qədər illər ərzində baş vermiş münaqişə fonunda bundan daha idealist bir mənzərə təsəvvür etmək çətindir", - Putin əlavə edib.

Putindən etiraf – İsraillə problemlərimiz var

Moskvada Rusiya Prezidenti Vladimir Putin və İsrail Baş naziri Naftali Bennet arasında görüş keçirilib.
Putin görüş zamanı bildirib ki, İsraillə ölkəsi arasında olan münasibətlərdə problemlər var.
"Terrorizmlə mübarizə də daxil olmaqla, onların müzakirə edə biləcəyi xeyli sayda məsələlər var. Problemli məsələlər də var, onların sayı az deyil. Lakin təmas nöqtələri və əməkdaşlıq üçün imkanlar da var. Xüsusi ilə bu, terrorizmlə mübarizə məsələlərinə aiddir. Bizim müzakirə edə biləcəyimiz və müzakirə etməli olduğumuz məsələlər var", - deyə Putin bildirib.

Beynəlxalq media orqanları Ermənistanın rəsmi xəbər agentliyi kimi davrandılar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) İstanbulda keçirilən "Media Forumu"nda çıxışı zamanı bildirib ki, Türk dünyası, rəqəmsal faşizmlə yanaşı, beynəlxalq medianın ikili standartlarından əziyyət çəkir: "Xüsusilə 44 gün davam edən Dağlıq Qarabağ müharibəsi zamanı şahid olduğumuz ikili münasibət məsələnin ölkələrimiz üçün önəmini ortaya qoyur. Ermənistan ordusunun dinc insanları hədəf alan qətliam və ballistik raket hücumları bu zaman heç gündəmə gətirilmədi. Media müstəqilliyi və obyektivliyindən bəhs edən beynəlxalq media orqanları Ermənistanın rəsmi xəbər agentliyi kimi davrandılar".

Qələbə Gününün öldönümündə daha iki sənəd imzalanacaq?

Noyabrın 9-da Moskvada Azərbaycan və Ermənistan arasında iki yeni sənədin imzalanması gözlənilir. Bu barədə məlumatı oktyabrın 23-də Ermənistan KİV yayıb. Məlumata görə, sənədlər Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanacaq.
Birinci sənəd Azərbaycan və Ermənistanın dövlət sərhədlərinin delimitasiya və demarkasiyasını əhatə edir. Sənədə əsasən SSRİ-nin Müdafiə Nazirliyinin Baş qərargahının 1920-ci il xəritələrinə əsaslarında Bakı və İrəvan bir-birlərinin sərhədlərini və ərazi bütövlüyünü tanıyacaq.
İkinci sənəd regionda kommunikasiya əlaqələrinin açılması barədə, xüsusən dəhliz yolunun, eləcə də Azərbaycan və Naxçıvan arasında yolun açılmasını əhatə edəcək. Sənəd bir müddət öncə Azərbaycan, Rusiya və Ermənistan Baş nazir müavinlərinin görüşü zamanı əldə olunan razılıqlar əsasında hazırlanıb.
KİV yazır ki, 9 noyabr tarixi xüsusilə seçilib. Məhz 2020-ci ildə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Rusiyanın vasitəçiliyi ilə üçtərəfli saziş imzalayıb.
Eləcə də oxuyun:
* Ermənilərin daha bir yalanı ifşa olundu - Səfirlik açıqlama verdi
* Ceyhun Bayramovla iranlı həmkarı arasında telefon danışığı olub
* Rusiya, Azərbaycan və Ermənistan liderləri noyabrda görüşəcəklər?
* Hərbçilərimizin Laçın günləri – Azərbaycan kimlərə mesaj göndərir
* Azərbaycana qarşı hər hansı təhdid olarsa, buna adekvat cavab veriləcək