SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Hərbçilərimizin Laçın günləri – Azərbaycan kimlərə mesaj göndərir

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidAzərbaycan hərbi kolonu, arxiv şəkli
Azərbaycan hərbi kolonu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.10.2021
Abunə olmaq
Ekspert vurğulayıb ki, Azərbaycan son iki ay ərzində artıq ikinci dəfədir ki, Şərqi Zəngəzurda hərbi təlim keçirir.
BAKI, 19 oktyabr — Sputnik. Bu gündən etibarən Quru Qoşunlarının 2021-ci ilin hazırlıq planına uyğun olaraq Laçın rayonunda komanda-qərargah təlimi başlayıb. Təlim kommunikasiya vasitələrinin geniş tətbiqi ilə ərazi, xəritə və ərazinin maketi üzərində icra olunur. Komanda-qərargah təlimində müasir idarəetmə üsullarının icra edilməsilə Quru Qoşunlarının digər qoşun növləri ilə qarşılıqlı əlaqədə fəaliyyəti yoxlanılır. Qeyd edək ki, daha əvvəl sentyabrın əvvəlində Laçında Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimləri baş tutmuşdu. Sputnik Azərbaycan hərbi ekspert Ədalət Verdiyevlə Laçında keçirilən hərbi təlimlərin əhəmiyyəti barədə danışıb.
Ədalət Verdiyev qeyd edib ki, 44 günlük Vətən Müharibəsinin başa çatmasından bir ilə yaxın müddətin keçməsinə baxmayaraq Azərbaycan Ordusunun müxtəlif birlik, bölmə və hissələri aktiv hərbi təlimlərini davam etdirir: "Xatırlatmaq istəyirəm ki, mətbuatda bizə təqdim olunan məlumatlar yalnız keçirilən təlimlərin kiçik bir hissəsini əhatə edir".
Центр командного управления Командования Сухопутных войск - Sputnik Azərbaycan, 1920, 30.09.2021
CƏMİYYƏT
Quru Qoşunları Komandanlığının Komanda İdarəetmə Mərkəzi fəaliyyətə başlayıb
Ekspert vurğulayıb ki, Azərbaycan son iki ay ərzində artıq ikinci dəfədir ki, Şərqi Zəngəzurda hərbi təlim keçirir: "Bu, yeni yaranan Quru qoşunlarının Şərqi Zəngəzurda keçirilən ilk hərbi təlimləridir. Quru qoşunlarının tabeliyində olan birlik, hissə və bölmələrin güc və vasitələrin tətbiqinin uzlaşdırılması baxımından bu təlimlər böyük əhəmiyyətə malikdir. Bu gündən başlayan komanda qərargah təlimlərində ərazi, xəritə və ərazinin maketi üzərində Quru qoşunlarının hissə, birlik və bölmələrinin döyüş vəzifələri bir daha dəqiqləşdiriləcək, onların döyüş əməliyyatı zamanı kimin, harada, hansı vəzifələri və hansı müddətdə icra edəcəyinə dair qərarlar qəbul ediləcək".
Ekspertin sözlərinə görə, Laçında keçirilən təlimləri Azərbaycanın növbəti dəfə avantürist düşüncələrdə olan Ermənistan rəsmilərinə və İranın əyalət mollalarına "əzələ nümayişli hərbi mesajı" kimi də dəyərləndirmək olar.
Eləcə də oxuyun:
* Laçında komanda-qərargah təlimi başlayıb
* Azərbaycan və Türkiyə Quru Qoşunları komandanları arasında görüş olub
* Azərbaycanın Quru Qoşunlarının komandanı Türkiyəyə gedib
Xəbər lenti
0