CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

FHN-in məsul əməkdaşları Türkiyəyə yardıma gediblər

Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri hazırda qardaş ölkədə yanğınlarla mübarizə aparır.
Sputnik
BAKI, 2 avqust — Sputnik. Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasının ərazisində baş vermiş meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri hazırda qardaş ölkədə yanğınlarla mübarizə aparır. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, FHN-in qüvvələrinin koordinasiyalı idarə edilməsi məqsədilə, bu gün səhər Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin başçılıq etdiyi Nazirliyin məsul vəzifəli əməkdaşlarından ibarət nümayəndə heyəti Türkiyəyə gedib.
Qeyd edək ki, iyulun 28-də Antalyanın Manavqat rayonunda başlayan meşə yanğınları qısa müddətdə ölkənin digər bölgələrində müşahidə edilib. Son 6 gündə Türkiyədə 107 yerdə meşə yanğını qeydə alınıb. Yanğın nəticəsində dünyasını dəyişənlər olub.
Antalya başda olmaqla Türkiyənin Kayseri, Bodrum, Osmaniyə, Milas, Adana, Kütahya, Mersin, Dıdım, Kuşadası, Kocaeli bölgələrində kütləvi surətdə meşa yanğınları baş verməkdədir. Türkiyə rəsmiləri hadisənin terror aktı olduğunu istisna etmirlər. Türkiyəyə yardım məqsədi ilə dünyanın bir çox ölkələrindən, o cümlədən Azərbaycandan texnika və canlı qüvvə göndərilib. Türkiyədə baş vermiş meşə yanğınlarının söndürülməsi prosesində qardaş ölkəyə dəstək məqsədilə göndərilənlər arasında Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələri də var.
Meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyə Respublikasında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını fədakarlıqla davam etdirirlər.
Eləcə də oxuyun:
Karayılan "yandırın" dedi: PKK Türkiyədə meşə yanğınlarını törətdiyini boynuna alıb
FHN-in qüvvələri yanğınların bəzi istiqamətlərdə genişlənməsinin qarşısını alıb
Türkiyədə ailə dramı: Ər və arvad yanğından uçan evin altında həyata əlvida ediblər
Azərbaycanlı yanğınsöndürənlər Türkiyədə daha bir kəndi xilas ediblər
Təcili zəng: Ceyhun Bayramovla Mövlud Çavuşoğlu nə danışıblar?
Türkiyədəki yanğınlar bizə də dərs olmalıdır: Daxili turizmin sığorta problemi
Azərbaycanlı yanğınsöndürənlərin peşəkarlığı Türkiyədə təqdir edildi