Bakıda COP29 yazısı olan tablo, arxiv - Sputnik Azərbaycan, 1920, 05.11.2024
COP29
Bu il Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edir. Bu, ölkə tarixində ən böyük beynəlxalq tədbirdir.

COP29-da özəl sektorda çalışanlar işə necə gedib-gələcək?

© Getty Images / Aziz KarimovBakıda COP29 yazısı olan tablo, arxiv şəkil
Bakıda COP29 yazısı olan tablo, arxiv şəkil - Sputnik Azərbaycan, 1920, 05.11.2024
Abunə olmaq
Deputat bildirib ki, təkcə özəl sektora yox, dövlət sektorunda işləyənlərə də müəyyən çətinliklər yaranacaq.
BAKI, 5 noyabr — Sputnik. "COP29 keçirilən müddətdə nəqliyyatın hərəkətində nəzərdə tutulmuş dəyişikliklər işləyən insanlar üçün böyük çətinliklər yaradacaq".
Bunu Sputnik Azərbaycan-a açıqlamasında Bakıda keçiriləcək beynəlxalq iqlim konfransı ərəfəsində nəqliyyatın hərəkətində dəyişikliklərin edilməsinə münasibət bildirən millət vəkili Fazil Mustafa söyləyib.
COP29-da özəl sektorda iş rejimi necə tənzimlənəcək?
Deputat deyib ki, bu, təkcə özəl sektora yox, dövlət sektorunda işləyənlərə də müəyyən çətinliklər yaradacaq.
"Elə sahələr var ki, işdə praktik işçilər olmalıdır. COP29 müddətində özəl sektorda harada onlayn işləmək mümkündürsə, sahibkarlar anlayış göstərib məsafədən iş rejiminə keçməlidirlər. Hansı sahələrdə ki, işçilər işdə olmalıdır, onlayn formatda işləmək mümkün deyil, orada sahibkarı da başa düşmək lazımdır. Çünki, iş getməlidir ki, onlar da işçiyə əmək haqqı versinlər. İşi axsatmamaq üçün işçini işə çağırırlarsa, buna müdaxilə etmək mümkün deyil. Amma nəzərə almalıdırlar ki, bu zaman işçilərin işə gəlib çatmasında böyük problemlər yaranacaq. İşəgötürənlər COP29 müddətində işçilərə anlayış göstərməlidirlər",deyə deputat bildirib.
© Sputnik / Murad OrujovMillət vəkili Fazil Mustafa
Millət vəkili Fazil Mustafa - Sputnik Azərbaycan, 1920, 04.11.2024
Millət vəkili Fazil Mustafa
Tapşırıq ancaq büdcə təşkilatlarında işləyənlərə aiddir
Qeyd edək ki, Bakıda keçiriləcək beynəlxalq iqlim konfransı ərəfəsi Bakıda nəqliyyatın hərəkətini optimallaşdırmaq üçün bəzi küçə və prospektlərdə istiqamət dəyişiklikləri tətbiq olunacaq. COP29-la əlaqədar dövlət orqanlarında (qurumlarında) iş rejimi dəyişəcək. Artıq Nazirlər Kabineti bununla bağlı dövlət qurumlarına müvafiq tapşırıq verib.
Кабинета Министров Азербайджанской Республики, фото из архива - Sputnik Azərbaycan, 1920, 05.08.2024
CƏMİYYƏT
COP29-la əlaqədar dövlət orqanlarında (qurumlarında) iş rejimi dəyişəcək
Tapşırıq dövlət sektoruna aid olduğundan, COP29 ərəfəsi özəl sektorda çalışanlar bu müddətdə işə necə gedib-gələcəklərindən narahatdırlar. Abşeron rayonu, Masazır qəsəbə sakini Səidə Həsənova Sputnik Azərbaycan-a bildirib ki, çalışdığı müəssisə özəl olduğundan, onlara COP29 dövründə işə gəlmək tələbi qoyulub. Müsahibimiz isə işə gedə bilməyəcəyindən narahatdır.
"Rəhbərlik deyib ki, 70 faiz işçinin evdən işləməsi tələbi ancaq dövlət müəssisələrində çalışanlara aiddir. Bəs biz işə necə gedəcəyik? Adi günlərdə Sumqayıt yolu tıxac olur. Tədbir keçirilən günlərdə yollarda postlar qurulacaq. Digər yollardan da nəqliyyat Biləcəri, Avtovağzal və Sumqayıt istiqamətlərinə yönəldiləcək. Belə çıxır ki, biz işə piyada gedib-gəlməli olacağıq", - deyə Bakı sakini narahatlığını ifadə edib.
S.Həsənova bildirib ki, adi günlərdə Masazırdan Yasamala işə 1,5 saata çatır: "COP zolaqlarına giriş qadağan olunandan tıxac daha da artıb. İşə iki saatdan tez çatmaq mümkün deyil. COP29 keçirilən günlərdə yollarda vəziyyəti təsəvvür etmək istəmirəm. Bakı ətrafından şəhərə gələnlər böyük çətinlik yaşayacaq".
Özəl sektorda işçilərə güzəşt olacaqmı?
Məlumat üçün bildirək ki, bu məsələ Milli Məclisin Plenar iclasında da müzakirə mövzusu olub. Deputat Razi Nurullayev çıxışında bildirib ki, artıq indidən yollarda hərəkət etmək çətinləşib.
© Sputnik / Talib BarkhudayevDeputat Razi Nurullayev
Razi Nurullayev - Sputnik Azərbaycan, 1920, 04.11.2024
Deputat Razi Nurullayev
"Biz böyük beynəlxalq tədbirə ev sahibliyi edəcəyik. Artıq indidən yollarda hərəkət etmək çətinləşib. "COP29 zolaqları" da hərəkəti bir qədər çətinləşdirir. Hazırda qəsəbələrdən şəhər mərkəzinə gəlmək üçün uzun-uzadı tıxaclarda qalmalı olursan. Təklif edirəm ki, hökumət bununla bağlı hər hansı formada bir qərar versin. Məhz hökumət bir sıra dövlət qurumlarına və özəl sektora tövsiyə xarakterli onlayn iş rejiminə keçməyi təklif edə bilər. Düşünürəm ki, bu yollarda kifayət qədər tıxacın qarşısını alar. Eyni zamanda, COP29-la bağlı gələcək qonaqlarımız üçün də yollar rahat olar və tıxaclarda zaman itirməmiş olarlar" deyə deputat Razi Nurullayev deyib.
İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, COP29 ərəfəsində özəl sektorun onlayn fəaliyyəti mümkün deyil. Ona görə də, dövlət qurumları nəqliyyatın hərəkətini elə tənzimləməlidir ki, özəl sektorda çalışanlar işə gedib çata bilsinlər.
"COP29 keçirilən müddətdə 70 faiz əməkdaşın evdən işləməsi büdcə təşkilatlarına aiddir. Kafedə işləyən ofisiantın, yaxud aşpazın onlayn çalışması mümkün deyil. Xidmət sahələrində çalışanlar məcburdur ki, işə getsin. Ona görə də aidiyyatı qurumlar nəqliyyatın hərəkətini elə tənzimləməlidir ki, insanlar yollarda əziyyət çəkməsin. İşlərinə vaxtında gedib çata bilsinlər", deyə Natiq Cəfərli bildirib.
© Sputnik / Murad Orujovİqtisadçı Natiq Cəfərli
Natiq Cəfərli - Sputnik Azərbaycan, 1920, 04.11.2024
İqtisadçı Natiq Cəfərli
İctimai nəqliyyat elə tənzimlənməlidir ki...
Ekspert deyib ki, ona görə də, metroda interval azaldılmalı, ictimai nəqliyyatda istifadə edilən avtobusların sayı artırılmalıdır ki, işləyən insanlar yollarda qalmasın.
İqtisadçı onu da əlavə edib ki, özəl sektora işçilərin evdən işləməsi ilə bağlı dövlət tərəfindən heç bir tapşırıq verilə bilməz: "Çünki, sahibkarlar işçinin əmək haqqını özləri ödəyir. İş getməsə, gəlir gəlməsə sahibkar da işçinin maaşını ödəyə bilməyəcək. Bu vəziyyətdə yeganə çıxış yolu ictimai nəqliyyatın hərəkətinin düzgün qurulması, tənzimlənməsidir".
Metroda və avtobuslarda hərəkət necə təşkil ediləcək?
AYNA-dan isə Sputnik Azərbaycan-a bildiridilər ki, AYNA tərəfindən COP29-la əlaqədar daşımaların fasiləsizliyinin təmin edilməsi məqsədilə xüsusi hərəkət zolaqları təşkil edilib. 26 küçə və prospektdə təşkil edilən zolaqlara avtobuslardan başqa digər minik avtomobillərinin daxil olması qadağandır. Qurumdan o da bildirilib ki, COP29 dövründə sərnişinlər üçün rahat və təhlükəsiz hərəkət alternativləri yaradılıb. Bəzi marşrutların aralıq və son dayanacaq məntəqələrində dəyişiklik edib.

Bakı Metropolitenindən isə bildirdilər ki, COP29 zamanı şəhər mərkəzi, tədbir məkanları istiqamətində nəqliyyatın hərəkətinə ediləcək dəyişikliklər və digər təşkilati məsələlərə uyğun olaraq, "Bakı metropoliteni" QSC stansiyalarının hazırlığı yekunlaşdırılıb. Hazırlıq dövründə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və digər qurumlarla sıx əlaqəli fəaliyyət təmin edilib.

QSC-dən bildirilib ki, COP29 konfransının keçiriləcəyi Bakı Olimpiya Stadionunun yaxınlığında yerləşən "Koroğlu" stansiyası istiqamətində nəqliyyat mübadilə mərkəzlərinin iş rejiminin dəyişdirilməsi ilə əlaqədar Bakı metrosunda müvafiq tədbirlər görülüb. Avtobus marşrutlarının əsas hissəsinin yönləndiriləcəyi "Ulduz" stansiyasının vestibülündə 2 əlavə "BakıKart" terminalı yerləşdirilib. Stansiyanın ərazi və texniki imkanları nəzərə alınmaqla, sərnişinlərin girişinin daha intensiv təşkili məqsədilə avtomat buraxılış-nəzarət məntəqəsində 4 əlavə turniket quraşdırılıb. Buna uyğun olaraq, nəzarətçi köşkü yenilənib, əlil arabası istifadəçilərinin rahat keçidini təmin edən zona yaradılıb. Stansiyanın digər keçidi istiqamətində sərnişin axını istiqamətlərinin daha münasib tənzimlənməsi üçün nəzarətçi köşkü yenilənib. Stansiyanın platforması, keçidlərində avtobus marşrutlarının istiqamətini rahatlıqla müəyyən etmək üçün müvafiq nişanlama işləri aparılıb, məlumat lövhələri yerləşdirilib. COP29-un gedişində digər əlavə tədbirlərin görülməsi diqqətdə saxlanılacaq.
Stansiya infrastrukturunun fəaliyyətinin təşkili, sərnişin axınının tənzimlənməsi, nəzarət mexanizmlərinin tətbiqi və digər məsələlərlə əlaqədar stansiyalarda texniki imkanlar qiymətləndirilməklə müvafiq hazırlıq tədbirləri görülüb. Şəhər mərkəzi istiqamətində avtobus marşrutlarının yönləndiriləcəyi metronun "Xətai", "Qara Qarayev", "Neftçilər", "Xalqlar dostluğu" və "Əhmədli" stansiyalarında da nəzarət və tənzimləmə mexanizmləri həyata keçiriləcək.
COP29-da yollarda vəziyyət necə olacaq?
Xatırladaq ki, COP29 zamanı Bakıda bəzi küçə və prospektlərdə istiqamət dəyişiklikləri tətbiq olunacaq. Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) rəhbəri Namidan Piriyev mətbuata açıqlamasında bildirib ki, Bakı-Salyan yolunun 14-cü kilometrliyindən şəhərə daxil olan nəqliyyat vasitələri Şıxov istiqamətində Lökbatan dairəsi yaxınlığında qurulacaq nəzarət postundan Bakı kənar dairəvi yoluna yönəldiləcək. Badamdar istiqamətinə keçid açıq olacaq, Yasamal və "Şamaxinka" kimi tanınan ərazilərə giriş isə yalnız müəyyən fasilələrlə təmin olunacaq.
Avtomobil körpüsündə yol nişanı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.11.2024
PAYTAXT XƏBƏRLƏRİ
COP29 zamanı avtomobillərin hərəkət istiqaməti ilə bağlı dəyişikliklər açıqlanıb
Əsas nəqliyyat axını isə Biləcəri, Avtovağzal və Sumqayıt istiqamətlərinə yönəldiləcək. Şamaxı-İsmayıllı istiqamətindən gələn nəqliyyat vasitələri Müşfiq-Xocəsən yolundakı postlardan nisbətən məhdudiyyətlərlə "Şamaxinka" istiqamətinə və Ziya Bünyadov prospektinə buraxılacaqlar. Quba-Sumqayıt istiqamətindən hərəkət edən nəqliyyat vasitələri Sumqayıt şəhərinin girişindəki yanacaqdoldurma məntəqəsinin yanında yerləşən postdan fasilələrlə buraxılacaq. Sumqayıt-Novxanı istiqamətindən gələn avtomobillər isə Binəqədi-Baksol yolundakı nəzarət postundan fasilələrlə keçə biləcəklər.
© AP Photo / Sergei GritsBakıda COP29 zolağı
Bakıda COP29 yazısı olan tablo, arxiv
 - Sputnik Azərbaycan, 1920, 04.11.2024
Bakıda COP29 zolağı
"Bu məntəqələr Bakıya giriş nöqtələri kimi təşkil olunacaq", - N. Piriyev bildirib.
Onun sözlərinə görə, şəhər daxilində də bəzi küçə və prospektlərdə hərəkət istiqaməti dəyişdirilib: "Mərkəzdən hava limanı istiqamətinə gedən sürücülər Nizami küçəsindən düzünə Yusif Səfərov küçəsinə, ordan isə İzzət Orucov küçəsinə keçərək sağa Fəzail Bayramov küçəsinə və sola 8 Noyabr prospektinə çıxa, həmçinin Zığ yolu ilə də hava limanı istiqamətinə davam edə biləcəklər. Heydər Əliyev prospektində əlavə köməkçi yolla Bakıxanov qəsəbəsi ərazisindən keçərək Sabunçu-Zabrat istiqamətində hərəkət etmək istəyən sürücülər "Koroğlu" metro stansiyasının yanından sağ zolaqla Bəşir Bünyadov, Yavər Əliyev və sola Asif Əsədullayev küçələrindən keçərək Sabunçu-Zabrat yoluna çıxa biləcəklər.

Koroğlu Rəhimov və Xətai Dəmirçizadə küçələrindən mərkəz istiqamətinə hərəkət edən nəqliyyat vasitələri Yusif Səfərov və 10-cu Zavod küçələrindən istifadə etməklə sağa dönərək Bakı Şəhər Baş Polis İdarəsinin arxasında yerləşən Ələddin Quliyev küçəsi ilə hərəkət edib Dilarə Əliyeva və Rəşid Behbudov küçələrinə çıxa biləcəklər".

N.Piriyev əlavə edib ki, Bilgəh kardioloji sanatoriyası və Maştağa qəsəbəsinin "Albalılıq" ərazisindən hava limanı istiqamətində gələnlər Mərdəkandan keçərək Şüvəlan istiqamətində Qala dairəsinə və oradan Zığ şosesinə çıxmaqla yoluna davam edə biləcəklər: "Hava limanı istiqamətindən gələn sürücülər isə Zığ şosesindən 8 Noyabr prospektinə keçərək Afyəddin Cəlilov, Fəzail Bayramov və Mehdi Mehdizadə küçələri ilə hərəkət edəcəklər. Sabunçu rayonu istiqamətindən şəhərə gələn sürücülər isə Balaxanı yolu ilə Binəqədi ərazisini keçərək şimal istiqamətinə və paytaxtın mərkəzinə yönələ biləcəklər".
Hansı qurumların işçiləri evdən işləyəcək?
Məlumat üçün onu da bildirək ki, dövlət qurumlarına COP29-da işçilərin sayının ən çoxu 30 faizə müəyyən edilməsi, işçilərin qalan 70 faizinin məsafədən (evdən) işləmələrinin təmin edilməsi tapşırılıb.

Qeyd edilən dövlət orqanları (qurumları) aşağıdakılardır:

1. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
6. Azərbaycan Respublikasının Energetika Nazirliyi
7. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi
8. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi
9. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
10. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
11. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
12. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi
13. Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi
14. Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsi
15. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
16. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
17. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
18. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi
19. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi
20. Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi
21. Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi
22. Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi
23. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi
24. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
25. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi
26. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlər Agentliyi (aparat üzrə)
27. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (aparat üzrə)
28. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (aparat üzrə)
29. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (aparat üzrə)
30. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC)
31. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi
32. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi
33. Azərbaycan Milli Elmlər Akademiyası
34. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi
35. Azərbaycan Respublikasının Dövlət Neft Fondu
36. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu
37. Azərbaycan Respublikasının Əmanətlərin Sığortalanması Fondu
38. Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu
Xəbər lenti
0