CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

COP29-la əlaqədar dövlət orqanlarında (qurumlarında) iş rejimi dəyişəcək

© Official website of President of Azerbaijan RepublicКабинета Министров Азербайджанской Республики, фото из архива
Кабинета Министров Азербайджанской Республики, фото из архива - Sputnik Azərbaycan, 1920, 05.08.2024
Abunə olmaq
Bununla bağlı dövlət qurumlarına Nazirlər Kabineti müvafiq tapşırıq verib.
BAKI, 5 avqust - Sputnik. COP29-la əlaqədar dövlət orqanlarında (qurumlarında) iş rejimi dəyişəcək.
Bununla bağlı dövlət qurumlarına Nazirlər Kabineti müvafiq tapşırıq verib.
Dövlət qurumlarına (orqanlarına) Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının Bakı şəhərində keçirilməsi ilə əlaqədar tədbirin əhəmiyyəti, iştirakçıların sayı nəzərə alınaraq, tədbirin yüksək səviyyədə təşkil edilməsi məqsədilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə aşağıdakıların təmin olunması tapşırılıb:
- dövlət orqanlarında (qurumlarında) işə cəlb edilən işçilərin sayının ən çoxu 30 faizə müəyyən edilməsi, işçilərin qalan 70 faizinin məsafədən (evdən) işləmələrinin təmin edilməsi (COP29-la bağlı tədbirdə iştirak edən və təşkilati işlərə cəlb edilən əməkdaşlar istisna olmaqla);
- Dövlət orqanlarında (qurumlarında) əməkdaşların qrafiki müəyyən edilməklə növbəlilik qaydasında işə cəlb edilməsi;
- dövlət orqanlarında (qurumlarında) iş rejiminin (saatlarının) bu məktubun uyğun olaraq tətbiqinin təmin edilməsi.
Qeyd edilən dövlət orqanları (qurumları) aşağıdakılardır:
1. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
6. Azərbaycan Respublikasının Energetika Nazirliyi
7. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi
8. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi
9. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
10. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
11. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
12. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi
13. Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi
14. Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsi
15. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
16. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
17. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
18. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi
19. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi
20. Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi
21. Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi
22. Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi
23. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi
24. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
25. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi
26. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlər Agentliyi (aparat üzrə)
27. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (aparat üzrə)
28. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (aparat üzrə)
29. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (aparat üzrə)
30. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC)
31. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi
32. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi
33. Azərbaycan Milli Elmlər Akademiyası
34. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi
35. Azərbaycan Respublikasının Dövlət Neft Fondu
36. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu
37. Azərbaycan Respublikasının Əmanətlərin Sığortalanması Fondu
38. Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu
Xəbər lenti
0