Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Paytaxt sakinlərinin nəzərinə: 4-10 noyabr tarixlərində avtobuslar belə hərəkət edəcək

© AP Photo / Sergei GritsBakıda COP29 yazısı olan tablo, arxiv
Bakıda COP29 yazısı olan tablo, arxiv
 - Sputnik Azərbaycan, 1920, 02.11.2024
Abunə olmaq
AYNA hərəkət iştirakçılarına yollarda quraşdırılan nişanların və çəkilən yol cizgi xətlərinin tələblərinə riayət etmələrini tövsiyə edir.
BAKI, 2 noyabr — Sputnik. 4-10 noyabr tarixlərində COP29 tədbiri ilə əlaqədar olaraq, paytaxtın bir sıra ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşacaq.
Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Belə ki, COP29 əməliyyatlarının həyata keçirilməsi ilə bağlı 4 noyabr 2024-cü il tarixindən 10 noyabr 2024-cü il tarixinədək "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi (Atletlər kəndi tərəf), Bakı Olimpiya Stadionu və ətraf ərazilər üzrə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bununla əlaqədar olaraq "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzinə ("Koroğlu" NMM) daxil olan 31 sayda müntəzəm marşrutun son və aralıq dayanacaq məntəqələri dəyişdiriləcək. Həmçinin E1 nömrəli marşrutun fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq. Marşrutların son dayanacaqları müəyyən edilmiş digər ərazilər üzrə təyin ediləcək.
Marşrutlar üzrə edilən dəyişikliklər:
- 1 nömrəli marşrut "28 May" metrostansiyası istiqamətində "Koroğlu" NMM-ə daxil olmadan Heydər Əliyev prospekti kənar hərəkət hissəsində mövcud dayanacaqda ("Koroğlu" metrostansiyası, Atletlər kəndi tərəf) dayanmaqla fəaliyyət göstərəcək;
- 24 nömrəli marşrut "Nəriman Nərimanov" metrostansiyası istiqamətində Ziya Bünyadov prospektində (Yerüstü piyada keçidi), Qaraçuxur qəsəbəsi istiqamətində isə "Koroğlu" NMM ("Piramida" tərəf) dayanacağa daxil olmaqla fəaliyyət göstərəcək;
- 93 nömrəli marşrut "Koroğlu" NMM-ə daxil olmadan fəaliyyət göstərəcək;
- 163, 60 və 13 nömrəli marşrutların son dayanacaq məntəqəsi "Koroğlu" NMM ("Piramida" tərəf) təyin edilib;
- 184 nömrəli marşrut "Ulduz" metrostansiyası və Suraxanı qəsəbəsi istiqamətində "Koroğlu" metrostansiyasında yerləşən dayanacağa daxil olmadan fəaliyyət göstərəcək;
- 197 və 198 nömrəli marşrutlar son dayanacaq məntəqəsi Zabrat dairəsi olmaqla fəaliyyət göstərəcək;
- 14 sayda (7B, 38, 71, 107, 118A, 118B, 131, 139, 173A, 173B, 189, 204, 216, 217, M8) marşrutun son dayanacaq məntəqəsi "Ulduz" metrostansiyası təyin edilib;
- 15, 148 və 162 nömrəli marşrutların son dayanacaq məntəqəsi "Qara Qarayev" metrostansiyası təyin edilib;
- 166 və 38 saylı marşrutlar "Koroğlu" NMM-ə (Atletlər kəndi) daxil olmadan fəaliyyət göstərəcək;
- 62, 70, 184 və 214 saylı marşrutlar "Koroğlu" NMM-ə (Atletlər kəndi və "Piramida" tərəf) daxil olmadan fəaliyyət göstərəcək;
- N1 nömrəli marşrutun hərəkət cədvəlində dəyişiklik olmayacaq.
Bakı kəndlərində yaşayanlar mərkəzə necə gedib-gələcək?
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin rəisi Namidan Piriyev bildirib ki, mərkəzdən hava limanı istiqamətində hərəkət edənlər 8 Noyabr prospektindən və Zığ yolundan istifadə etməklə gedə biləcəklər.
Bundan başqa, Sabunçu-Zabrat istiqamətində yaşayanlar, Heydər Əliyev prospektindən əlavə köməkçi yolla Bakıxanov qəsəbəsi ərazisindən keçməklə, Koroğlu m/st yanından sağ zolaqla - Bəşir Bünyadov, Yavər Əliyev və Asəf Əsədullayev küçəsində Komsomol körpüsünün altından istifadə etməklə Sabunçu yoluna çıxa bilərlər.
Sabunçu rayonu istiqamətindən şəhərə gəlmək istəyənlər isə, Balaxanı yolu ilə Binəqədi rayonu ərazisini keçməklə oradan şimal istiqamətinə və paytaxtın mərkəzinə gələ bilərlər.
Mərdəkandan istiqamətindən hava limanına getmək istəyən sürücülər isə, Şüvəlandan Qala-Hövsan yoluna çıxıb, daha sonra oradan Zığ yoluna keçib aeroporta gedə biləcəklər.
01.11.24, 10:39
COP29 zolaqlarına girənləri bu cərimələr gözləyir
COP29-la əlaqədar Bakıda daşımaların fasiləsizliyinin təmin edilməsi məqsədilə təşkil edilən xüsusi hərəkət zolaqlarına daxil olmaq qadağan edilib. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, 1 noyabr tarixindən 26 küçə və prospektdə – Neftçilər, Heydər Əliyev, Xocalı, Şah İsmayıl Xətai, Parlament, Bülbül və ​Azadlıq prospektləri, Zuğulba yolu, Hava limanı, Zığ və Salyan şoseləri, Bünyad Sərdarov, Həsən Seyidbəyli, Şeyx Şamil, Mirzəağa Əliyev, Həsənoğlu, Mikayıl Üseynov (Bayraq meydanı istiqamətində), Gülarə Qədirbəyova, Niyazi, İstiqlaliyyət, Üzeyir Hacıbəyli, Koroğlu Rəhimov, Mehdi Hüseyn, Mikayıl Müşfiq, Həsən Əliyev və Fətəli Xan Xoyski küçələrində təşkil edilən zolaqlara daxil olmaq qadağandır.
Qurum hərəkət iştirakçılarına yollarda quraşdırılan nişanların və çəkilən yol cizgi xətlərinin tələblərinə riayət etmələrini tövsiyə edir.
1 noyabrdan etibarən COP29 zolaqlarına daxil olan avtomobil sürücüləri 100 manat cərimə ediləcək, eləcə də onlara 3 bal yazılacaq.
Qeyd edək ki, yollarda çəkilən COP29 zolaqları avtobus zolaqları ilə eyni xüsusiyyətlətə malikdir.
Digər avtomobillərin avtobus zolaqlarından istifadəsinə dair cərimələnmə mexanizmi, qaydalar COP29 zolaqlarına da aiddir. Bu zolaqlar COP29 üçün nəzərdə tutulan xüsusi qrup taksilər, avtobuslar və tədbirin xüsusi xidmət avtomobilləri tərəfindən istifadə olunması üçün nəzərdə tutulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0