Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Neft yaxşıdır, amma risklidir: Azərbaycan davamlı iqtisadi inkişafı necə təmin edə bilər?

© iStock.com / AlexmumuNeft
Neft - Sputnik Azərbaycan, 1920, 13.08.2024
Abunə olmaq
"Fitch Solutions" beynəlxalq reytinq agentliyi "Azəri-Çıraq-Günəşli" yatağında neft hasilatının artması və dünya bazarında enerji qiymətlərinin gözlənilən artımının bu il Azərbaycanın dövlət büdcəsini dolduracağını gözləyir.
BAKI, 13 avqust — Sputnik. Azərbaycanın milli iqtisadiyyatın neft və qazdan asılılığının azaldılması istiqamətində həyata keçirdiyi bütün tədbirlərə baxmayaraq, dövlət büdcəsinə daxilolmaların artımı hələ də əsasən neft-qaz layihələrinin həyata keçirilməsi hesabına əldə edilir.
Belə ki, "Fitch Solutions" beynəlxalq reytinq agentliyinin proqnozuna görə, əsas karbohidrogen yataqlarından biri olan "Azəri-Çıraq-Günəşli" yatağında neft hasilatının artması, eləcə də dünya bazarında enerji daşıyıcılarının qiymətlərinin gözlənilən artımı bu il Azərbaycanın dövlət büdcəsinin gəlirlərini artıracaq.
Proqnozda deyilir ki, təbii qaza tələbat güclü qalsa da, Yaxın Şərqdəki gərginlik xam neft qiymətlərinə artan təzyiq göstərir. Bu dinamika karbohidrogenlərin əsas istehsalçısı və ixracatçısı kimi Azərbaycanın iqtisadiyyatına müsbət təsir göstərəcək.
Qeyri-neft iqtisadiyyatı artır, lakin daha çox gəlir karbohidrogenlərdən əldə edilir
Qeyd etmək lazımdır ki, Azərbaycanda milli iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlər nəzərəçarpacaq nəticələr verir. Belə ki, bu ilin birinci yarısının yekunlarına görə, ölkədə ÜDM 4,3 faiz artaraq 59,5 milyard manat təşkil edib. Eyni zamanda, neft sektorunda ümumi əlavə dəyər 0,6 faiz, qeyri-neft sektorunda isə 6,9 faiz artıb.
Bununla belə, dövlət büdcəsinin əsas gəlir mənbəyi neft və qaz satışı olaraq qalır. 2023-cü ildə Azərbaycan karbohidrogenlərin satışından 14,5 milyard manat (8,5 milyard dollar) məbləğində xalis gəlir əldə edib. Bu rəqəm 2023-cü ilin təsdiq edilmiş büdcə göstəricisindən 2,7 milyard manat və ya 23,4 faiz çox olub.
Eyni zamanda, 2023-cü ildə Azərbaycandan 5,6 milyard manatlıq (3,3 milyard dollar) qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2022-ci illə müqayisədə 9,8 faiz çoxdur. Sadə hesablama ilə aydın olur ki, Azərbaycanın neft və qaz gəlirləri qeyri-neft gəlirlərindən dəfələrlə çoxdur.
Ümumiyyətlə, Azərbaycan Respublikası hökumətinin hesabatına görə, 2023-cü ildə neft və qaz ölkənin ixrac gəlirlərinin 90%-ni, dövlət büdcəsinin gəlirlərinin isə 60%-ni təmin edib.
© Photo : BPÇıraq platforması
Çıraq platforması - Sputnik Azərbaycan, 1920, 13.08.2024
Çıraq platforması
Neftdən asılılığın azaldılması yavaş-yavaş, lakin mütləq şəkildə baş verir
Son üç ildə Azərbaycandan qeyri-neft məhsullarının ixracı 80 faizə yaxın artıb və bunda əsas rolu qonşu ölkələrə tədarükün intensivləşdirilməsi oynayıb. Xüsusilə, Rusiya bu gün Azərbaycanın qeyri-neft məhsullarının bir nömrəli idxalçısıdır. Rusiya Federasiyasına, qeyri-neft məhsullarının, demək olar ki, 34%-i tədarük edilir.
Qeyd etmək lazımdır ki, qeyri-neft məhsullarının istehsalı və ixracındakı uğurlar Azərbaycanın sənaye zonalarının və aqroparkların inkişafı strategiyası sayəsində əldə edilib.
Belə ki, hazırda respublikada altı sənaye parkı, dörd sənaye məhəlləsi və 51 aqropark var. Rezidentlərin sənaye parklarına investisiyalarının ümumi həcmi bu gün 7,8 milyard manatdan çox qiymətləndirilir. 150-yə yaxın müəssisə sənaye zonalarının və aqroparkların rezidenti olub, on minlərlə daimi iş yeri yaradılıb.
Sənaye zonalarına investisiyaların cəlb edilməsinə onların rezidentlərinin on il müddətinə gəlir vergisi, əmlak vergisi, torpaq vergisi də daxil olmaqla əsas vergi növlərindən, habelə idxal olunan maşın, texnoloji avadanlıqların və qurğuların ƏDV-dən 7 il müddətinə azad edilməsi proqramı kömək edir.
Eyni zamanda, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaradılan sənaye zonalarında – "Araz Vadisi İqtisadi Zonası "sənaye parkında və "Ağdam Sənaye Parkı"nda əlavə güzəştlər verilir. Belə ki, bu ərazilərdəki müəssisələr üçün mal, material və xammal idxalı on il müddətinə ƏDV-dən azad edilib.
Bundan başqa, işğaldan azad edilmiş torpaqlarda istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərə görə güzəştlər edilir. Bu ərazilərdə müxtəlif növ işlər görən sahibkarların da maliyyə vəsaitlərinə çıxışı genişləndirilib, bu istiqamətdə zəruri dövlət dəstəyi gücləndirilib.
© iStock.com / AlexmumuNeft hasilatı
Добыча нефти - Sputnik Azərbaycan, 1920, 13.08.2024
Neft hasilatı
Yüksək əlavə dəyərli məhsullar
Ekspertlər yekdilliklə razılaşırlar ki, karbohidrogen ixracından asılılığı azaltmaqdan ötrü yüksək əlavə dəyərə malik məhsulların istehsalının aktiv şəkildə inkişaf etdirilməsi vacibdir. Bu məsələdə son illərdə qeyri-neft sektorunda istehsal sahəsinə daha çox yönəldilmiş özəl investisiyalar xüsusi əhəmiyyət kəsb edirlər.
Belə ki, 2024-cü ilin yanvar-iyul aylarının yekunlarına görə, Azərbaycan iqtisadiyyatının neft-qaz sektoruna investisiyaların həcmi 0,4 faiz, qeyri-neft-qaz sektoruna investisiyaların həcmi isə 2,9 faiz artıb.
Eyni zamanda, qeyri-neft-qaz sektorunda ən iri investisiya layihələri sırasında avtomobillərin istehsalı və yığılması müəssisələrinin yaradılması da var. Belə ki, ötən ilin oktyabrında Hacıqabul sənaye məhəlləsində minik avtomobillərinin istehsalı üzrə Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan "Azərmaş CP" MMC istifadəyə verilib. Kapitalı 104 milyon manat olan müəssisə ildə 30 min ədəd istehsal gücünə malikdir.
Rusiya şirkətləri də Azərbaycanın avtomobil sənayesinin fəal iştirakçılarıdır. Bu ilin mart ayında Rusiyanın "AvtoVAZ" müəssisəsi Azərbaycanda "Lada" avtomobillərinin istehsalına başlayıb. "Lada Granta", "Nova-Legend", "Travel", "Vesta" kimi modellər istehsal olunacaq. "AvtoVAZ" 2024-cü ildə Azərbaycanda 1,5 minə qədər "Lada" avtomobili istehsal etməyi planlaşdırır.
© Sputnik / Владимир Песня / Mediabanka keçidLada Largus
Международная выставка Интеравто 2011 - Sputnik Azərbaycan, 1920, 13.08.2024
Lada Largus
Azərbaycanın avtomobil sənayesini yüksək əlavə dəyərə malik ən sürətlə inkişaf edən və ölkənin qeyri-neft və qaz ixracını əhəmiyyətli dərəcədə artıracaq sektora misal göstərmək olar.
Bu cür sənaye sahələrinin yaradılması və inkişafı Azərbaycana yaxın gələcəkdə olmasa da, ən azı orta müddətli perspektivdə daxili iqtisadiyyatın qeyri-neft-qaz sektorunu gücləndirməyə imkan verəcək ki, bu da öz növbəsində dövlət büdcəsinin karbohidrogen gəlirlərindən asılılığını tədricən azaldacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Aktau neft stansiyası - Sputnik Azərbaycan, 1920, 10.08.2024
YAZARLAR
Qazaxıstan Azərbaycan üzərindən neft nəqli layihəsini canlandırır: Bakı buna nə deyəcək?
Xəbər lenti
0