https://sputnik.az/20240810/qazaxistan-azerbaycan-uzerinden-neft-neqli-layihesini-canlandirir-baki-buna-ne-deyecek-466592338.html
Qazaxıstan Azərbaycan üzərindən neft nəqli layihəsini canlandırır: Bakı buna nə deyəcək?
Qazaxıstan Azərbaycan üzərindən neft nəqli layihəsini canlandırır: Bakı buna nə deyəcək?
Sputnik Azərbaycan
Astana Azərbaycan ərazisindən neft tədarükünün artırılmasını nəzərdə tutan Qazaxıstan Xəzər Karbohidrogen Nəqliyyat Sisteminin (XKNS) həyata keçirilməsi... 10.08.2024, Sputnik Azərbaycan
2024-08-10T12:00+0400
2024-08-10T12:00+0400
2024-08-10T12:00+0400
neft
yazarlar
qazaxıstan
rusiya
azərbaycan
bakı-tbilisi-ceyhan
yol
kəmər
bakı-supsa
milyard
https://cdnn1.img.sputnik.az/img/07e8/08/08/466561331_0:67:3059:1788_1920x0_80_0_0_0b1ddf5587d4e4e36fc1928014cb8181.jpg
BAKI, 10 avqust — Sputnik. Qazaxıstan öz neftini dünya bazarına çıxarmaq üçün yeni marşrutlar və yollar axtarır - ölkədə respublikanın 2029-cu ilə qədər milli inkişaf planını qəbul edilib. Bu planda Astananın "qara qızıl"ın ixrac marşrutlarını şaxələndirmək üçün bir sıra infrastruktur layihələrini həyata keçirmək niyyətində olduğu bildirilib. Eyni zamanda, Qazaxıstan hazırda öz neftinin, təxminən 80%-ni təmin edən Xəzər Boru Kəməri Konsorsiumundan (XBKK) asılılığın azaldılmasını nəzərdə tutan bəzi layihələri canlandırmağa hazırdır. Belə ki, sənədə əsasən, Astana Eskene-Kurık neft kəmərinin tikintisini və paralel olaraq Azərbaycan ərazisindən neft tədarükünün artırılmasını nəzərdə tutan Qazaxıstan Xəzər Karbohidrogen Nəqliyyat Sisteminin (QXKNS) həyata keçirilməsi layihəsini bərpa etməyi planlaşdırır. Dərhal deyək ki, layihə yeni deyil, hələ 2006-cı ildə, iki ölkə Qazaxıstan neftinin Azərbaycan infrastrukturu vasitəsilə tranzitinə dair razılığa gələndə müzakirə olunub. QXKNS üçün iki variantın - Qazaxıstan limanlarından Azərbaycan ərazisinə tankerlər vasitəsilə həyata keçirilməsi və Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə "xammalın" sonrakı nəqli nəzərdən keçirilir. İkinci variant isə Qazaxıstan neftinin tankerlərlə Bakı limanına daşınması, sonra dəmiryol çənlərinə yüklənməsi və Qazaxıstanın neft yükləmə terminalının olduğu Gürcüstanın Batumi limanına göndərilməsidir. Neftin özündən daha çox təchizat gücü var Qeyd etmək lazımdır ki, bu gün Qazaxıstan neftinin nəqli üçün dörd neft kəmərindən istifadə olunur. Bunlardan ikisi (XBKK və Uzen-Atırau-Samara) xammalı daha sonra dünya bazarına çıxarmaqla Rusiyaya, daha ikisi isə (Atasu-Alaşankou və Kenkiyak-Kumkol) Çinə çatdırırlar. Eyni zamanda, bu neft kəmərləri ilə neft nəqlinin ümumi gücü 127 milyon ton təşkil edir. Ötən il Qazaxıstanda ümumi neft hasilatı 90 milyon ton təşkil edib ki, bunun da cəmi 70 milyon tondan bir qədər çoxu ixrac edilib. 2023-cü ildən başlayaraq Qazaxıstan Azərbaycan ərazisindən və Bakı-Tbilisi-Ceyhan marşrutu ilə neft ixracı istiqamətini fəal şəkildə inkişaf etdirir - son bir ildə BTC ilə cəmi 1,5 milyon ton neft ixrac edilib. Lakin tərəflər Qazaxıstandan tranzit həcmini tədricən artıraraq, əvvəlcə ildə 2,2 milyon tona, sonra isə üç milyona çatdırmaq niyyətindədirlər. Ölkənin yeni Milli Planına əsasən, ortamüddətli perspektivdə Transxəzər marşrutu ilə (Orta Dəhliz/TMTM) neft tranzitinin ildə 7 milyon tona çatdırılması planlaşdırılır. Eyni zamanda, Azərbaycanın təklifi ilə yenidən fəaliyyətə başlayan Bakı-Supsa kəməri nəzərdən keçirilir. Bu kəmərdən yalnız Qazaxıstan neftinin ötürülməsi üçün istifadə olunacaq. Bu marşrutla ildə 3-5 milyon ton Qazaxıstan neftinin nəqli müzakirə edilir. Yəni, 70 milyon ton faktiki ixracla Qazaxıstan ildə 139 milyon tona qədər nasos gücünə malikdir. Ədalətli sual yaranır: ölkə "qara qızıl"ın Azərbaycan ərazisindən tranzitini artırmaq üçün nə üçün əlavə resurslar yatırmalıdır? Yeni bazarlar və alıcılar Qazaxıstan nefti XBKK vasitəsilə Qara dəniz ölkələrinə satıldığı Novorossiysk limanına daxil olur və ya Türkiyənin Bosfor və Çanaqqala boğazlarından keçərək beynəlxalq bazara çıxır. Aydındır ki, onlardan keçmək yükgöndərənin xərclərini artırır, ona görə də Astana öz xammalı satmaq üçün başqa yolları nəzərdən keçirir. Belə olan halda, Qazaxıstan neftinin Azərbaycan ərazisindən tədarükü və BTC infrastrukturu Qazaxıstandan xammalı birbaşa Aralıq dənizinə ixrac etməyə imkan verir. Neftin Bakı-Supsa vasitəsilə mümkün nəqli Qazaxıstana Qara dənizə çıxışını diversifikasiya etməyə imkan verəcək. Bundan əlavə, bildiyiniz kimi, bu gün Qərb tərəfindən Rusiya iqtisadiyyatına qarşı çoxsaylı sanksiyalar tətbiq edilir, ona görə də Rusiyanın boru kəmərləri sisteminin hələ də məhdudiyyətlərdən kənarda olmasına baxmayaraq, Astana əsas məhsulunun ixracını təmin etməyə çalışır. Alternativ neft ixrac marşrutunun Qazaxıstana nə qədər başa gələcəyi sualdır. Belə ki, ekspertlər hesablayıblar ki, XBKK vasitəsilə xammalın tədarükü neft göndərənlərə bir ton üçün, təxminən 40 dollara başa gəlir, BTC ilə tranzit isə eyni həcm üçün 100 dollara başa gəlir. QXKNS - milyardlar lazımdır Qazaxıstan Xəzər Karbohidrogen Nəqliyyat Sistemi (QXKNS) layihəsinin icrası bir sıra səbəblərdən, o cümlədən layihənin yüksək qiyməti, habelə Qazaxıstanın neft ixracını əvvəllər planlaşdırılan 150 milyon tona çatdıra bilməməsi üzündən təxirə salınmışdı. Belə ki, QXKNS layihəsi uzunluğu 770 km olan yeni Eskene-Kurık boru kəmərinin tikintisini, həmçinin Kurık limanı ilə Bakı arasında tankerlərlə neft nəqlinin artırılmasını nəzərdə tutur. Transxəzər marşrutu ilə neftin tranzitini artırmaq üçün əlavə tankerlərdən istifadə etmək lazımdır. Bundan ötrü həm Qazaxıstan, həm də Azərbaycan fəal çalışırlar. Bu məqsədlə ötən ilin martında Qazaxıstan və BƏƏ Xəzər dənizi ilə neftin daşınması üçün tanker donanmasının artırılması barədə razılığa gəliblər. Bundan əlavə, tərəflər Kurık dəniz limanını birgə inkişaf etdirmək qərarına gəliblər. Bundan əlavə, Qazaxıstanın yeni Milli Planında Xəzər dənizinin Qazaxıstan və Azərbaycan sahillərində dəniz terminallarının, o cümlədən transxəzər daşımalarını hər il 20 milyon tona çatdırmaq üçün xüsusi iri tutumlu tanker donanmasının tikintisi nəzərdə tutulur. Qeyd edək ki, hələ əvvəlki illərdə QXKNS layihəsinin həyata keçirilməsi müzakirə edilərkən, onun BTC ilə ildə 25-38 milyon ton həcmində Qazaxıstan neftinin nəqlini təmin edəcəyi bildirilib. Bununla yanaşı, layihənin ilkin olaraq 4 milyard dollar dəyərində qiymətləndirilməsi layihənin dondurulması qərarına təsir edib. Lakin bu gün Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarında möhkəmlənmək niyyətində olan və onlar üçün yeni olan BƏƏ və Səudiyyə Ərəbistanı şirkətləri QXKNS layihəsinin iştirakçısı ola bilərlər ki, bu da layihənin maliyyələşdirilməsi məsələsini asanlaşdıracaq. Bakıdan soruşulub? Qeyd etmək çox vacibdir ki, Azərbaycan Qazaxıstan neftini öz ərazisi və infrastrukturu ilə nəql etsə də, bir sıra ekspertlər hesab edir ki, Bakı üçün "qara qızıl"ını onunla qarışdırmaq o qədər də sərfəli deyil. Belə ki, BTC neft kəməri ilə vurulmaq üçün kimyəvi xüsusiyyətlərinə görə Azərbaycanınkına yaxın, az kükürdlü xammalın çeşidinin olması vacibdir. Qazax nefti isə yüksək kükürdlü növlərə aiddir. Qazaxıstan nefti isə BTC-yə daxil olanda Azərbaycan nefti ilə qarışdırılır və Ceyhanda çıxışda daha ucuz xammal alınır. Məhz buna görə də Azərbaycan Qazaxıstan tərəfinə neftin Bakı-Supsa kəməri ilə nəqlini təklif edib ki, bu da yalnız Qazaxıstan neftinə xidmət göstərəcək. Beləliklə, Bakı optimal variantı təklif edib. Bu varianta görə Qazaxıstan nefti Azərbaycanın infrastrukturu vasitəsilə axacaq və beynəlxalq bazara alternativ çıxış əldə edəcək, Azərbaycan xammalı isə öz keyfiyyətini və alıcısını saxlayacaq. Astananın öz ixrac marşrutunu şaxələndirmək üzrə iddialı planlarını nəzərə alaraq, Qazaxıstanın Azərbaycanın təklifini dəyərləndirəcəyi və "Bakı-Supsa"nı özünün prioritet tədarük marşrutuna daxil edəcəyi gözlənilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20240721/gelir-yoxsa-reqabet---turkmenistandan-turkiyeye-qaz-neqli-azerbaycan-ucun-ne-demekdir-466088680.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/08/08/466561331_328:0:3059:2048_1920x0_80_0_0_db65f50d765f9f18da39fe0178ffbae7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
neft, qazaxıstan, rusiya, azərbaycan, bakı-tbilisi-ceyhan, yol, kəmər, bakı-supsa, milyard, dollar
neft, qazaxıstan, rusiya, azərbaycan, bakı-tbilisi-ceyhan, yol, kəmər, bakı-supsa, milyard, dollar
Qazaxıstan Azərbaycan üzərindən neft nəqli layihəsini canlandırır: Bakı buna nə deyəcək?
Astana Azərbaycan ərazisindən neft tədarükünün artırılmasını nəzərdə tutan Qazaxıstan Xəzər Karbohidrogen Nəqliyyat Sisteminin (XKNS) həyata keçirilməsi layihəsini bərpa etməyi planlaşdırır.
BAKI, 10 avqust — Sputnik. Qazaxıstan öz neftini dünya bazarına çıxarmaq üçün yeni marşrutlar və yollar axtarır - ölkədə respublikanın 2029-cu ilə qədər milli inkişaf planını qəbul edilib. Bu planda Astananın "qara qızıl"ın ixrac marşrutlarını şaxələndirmək üçün bir sıra infrastruktur layihələrini həyata keçirmək niyyətində olduğu bildirilib.
Eyni zamanda, Qazaxıstan hazırda öz neftinin, təxminən 80%-ni təmin edən Xəzər Boru Kəməri Konsorsiumundan (XBKK) asılılığın azaldılmasını nəzərdə tutan bəzi layihələri canlandırmağa hazırdır.
Belə ki, sənədə əsasən, Astana Eskene-Kurık neft kəmərinin tikintisini və paralel olaraq Azərbaycan ərazisindən neft tədarükünün artırılmasını nəzərdə tutan Qazaxıstan Xəzər Karbohidrogen Nəqliyyat Sisteminin (QXKNS) həyata keçirilməsi layihəsini bərpa etməyi planlaşdırır.
Dərhal deyək ki, layihə yeni deyil, hələ 2006-cı ildə, iki ölkə Qazaxıstan neftinin Azərbaycan infrastrukturu vasitəsilə tranzitinə dair razılığa gələndə müzakirə olunub. QXKNS üçün iki variantın - Qazaxıstan limanlarından Azərbaycan ərazisinə tankerlər vasitəsilə həyata keçirilməsi və Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə "xammalın" sonrakı nəqli nəzərdən keçirilir.
İkinci variant isə Qazaxıstan neftinin tankerlərlə Bakı limanına daşınması, sonra dəmiryol çənlərinə yüklənməsi və Qazaxıstanın neft yükləmə terminalının olduğu Gürcüstanın Batumi limanına göndərilməsidir.
Neftin özündən daha çox təchizat gücü var
Qeyd etmək lazımdır ki, bu gün Qazaxıstan neftinin nəqli üçün dörd neft kəmərindən istifadə olunur. Bunlardan ikisi (XBKK və Uzen-Atırau-Samara) xammalı daha sonra dünya bazarına çıxarmaqla Rusiyaya, daha ikisi isə (Atasu-Alaşankou və Kenkiyak-Kumkol) Çinə çatdırırlar. Eyni zamanda, bu neft kəmərləri ilə neft nəqlinin ümumi gücü 127 milyon ton təşkil edir. Ötən il Qazaxıstanda ümumi neft hasilatı 90 milyon ton təşkil edib ki, bunun da cəmi 70 milyon tondan bir qədər çoxu ixrac edilib.
2023-cü ildən başlayaraq Qazaxıstan Azərbaycan ərazisindən və Bakı-Tbilisi-Ceyhan marşrutu ilə neft ixracı istiqamətini fəal şəkildə inkişaf etdirir - son bir ildə BTC ilə cəmi 1,5 milyon ton neft ixrac edilib. Lakin tərəflər Qazaxıstandan tranzit həcmini tədricən artıraraq, əvvəlcə ildə 2,2 milyon tona, sonra isə üç milyona çatdırmaq niyyətindədirlər. Ölkənin yeni Milli Planına əsasən, ortamüddətli perspektivdə Transxəzər marşrutu ilə (Orta Dəhliz/TMTM) neft tranzitinin ildə 7 milyon tona çatdırılması planlaşdırılır.
Eyni zamanda, Azərbaycanın təklifi ilə yenidən fəaliyyətə başlayan Bakı-Supsa kəməri nəzərdən keçirilir. Bu kəmərdən yalnız Qazaxıstan neftinin ötürülməsi üçün istifadə olunacaq. Bu marşrutla ildə 3-5 milyon ton Qazaxıstan neftinin nəqli müzakirə edilir.
Yəni, 70 milyon ton faktiki ixracla Qazaxıstan ildə 139 milyon tona qədər nasos gücünə malikdir. Ədalətli sual yaranır: ölkə "qara qızıl"ın Azərbaycan ərazisindən tranzitini artırmaq üçün nə üçün əlavə resurslar yatırmalıdır?
Yeni bazarlar və alıcılar
Qazaxıstan nefti XBKK vasitəsilə Qara dəniz ölkələrinə satıldığı Novorossiysk limanına daxil olur və ya Türkiyənin Bosfor və Çanaqqala boğazlarından keçərək beynəlxalq bazara çıxır. Aydındır ki, onlardan keçmək yükgöndərənin xərclərini artırır, ona görə də Astana öz xammalı satmaq üçün başqa yolları nəzərdən keçirir.
Belə olan halda, Qazaxıstan neftinin Azərbaycan ərazisindən tədarükü və BTC infrastrukturu Qazaxıstandan xammalı birbaşa Aralıq dənizinə ixrac etməyə imkan verir. Neftin Bakı-Supsa vasitəsilə mümkün nəqli Qazaxıstana Qara dənizə çıxışını diversifikasiya etməyə imkan verəcək.
Bundan əlavə, bildiyiniz kimi, bu gün Qərb tərəfindən Rusiya iqtisadiyyatına qarşı çoxsaylı sanksiyalar tətbiq edilir, ona görə də Rusiyanın boru kəmərləri sisteminin hələ də məhdudiyyətlərdən kənarda olmasına baxmayaraq, Astana əsas məhsulunun ixracını təmin etməyə çalışır.
Alternativ neft ixrac marşrutunun Qazaxıstana nə qədər başa gələcəyi sualdır. Belə ki, ekspertlər hesablayıblar ki, XBKK vasitəsilə xammalın tədarükü neft göndərənlərə bir ton üçün, təxminən 40 dollara başa gəlir, BTC ilə tranzit isə eyni həcm üçün 100 dollara başa gəlir.
QXKNS - milyardlar lazımdır
Qazaxıstan Xəzər Karbohidrogen Nəqliyyat Sistemi (QXKNS) layihəsinin icrası bir sıra səbəblərdən, o cümlədən layihənin yüksək qiyməti, habelə Qazaxıstanın neft ixracını əvvəllər planlaşdırılan 150 milyon tona çatdıra bilməməsi üzündən təxirə salınmışdı.
Belə ki, QXKNS layihəsi uzunluğu 770 km olan yeni Eskene-Kurık boru kəmərinin tikintisini, həmçinin Kurık limanı ilə Bakı arasında tankerlərlə neft nəqlinin artırılmasını nəzərdə tutur. Transxəzər marşrutu ilə neftin tranzitini artırmaq üçün əlavə tankerlərdən istifadə etmək lazımdır. Bundan ötrü həm Qazaxıstan, həm də Azərbaycan fəal çalışırlar.
Bu məqsədlə ötən ilin martında Qazaxıstan və BƏƏ Xəzər dənizi ilə neftin daşınması üçün tanker donanmasının artırılması barədə razılığa gəliblər. Bundan əlavə, tərəflər Kurık dəniz limanını birgə inkişaf etdirmək qərarına gəliblər.
Bundan əlavə, Qazaxıstanın yeni Milli Planında Xəzər dənizinin Qazaxıstan və Azərbaycan sahillərində dəniz terminallarının, o cümlədən transxəzər daşımalarını hər il 20 milyon tona çatdırmaq üçün xüsusi iri tutumlu tanker donanmasının tikintisi nəzərdə tutulur.
Qeyd edək ki, hələ əvvəlki illərdə QXKNS layihəsinin həyata keçirilməsi müzakirə edilərkən, onun BTC ilə ildə 25-38 milyon ton həcmində Qazaxıstan neftinin nəqlini təmin edəcəyi bildirilib.
Bununla yanaşı, layihənin ilkin olaraq 4 milyard dollar dəyərində qiymətləndirilməsi layihənin dondurulması qərarına təsir edib. Lakin bu gün Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarında möhkəmlənmək niyyətində olan və onlar üçün yeni olan BƏƏ və Səudiyyə Ərəbistanı şirkətləri QXKNS layihəsinin iştirakçısı ola bilərlər ki, bu da layihənin maliyyələşdirilməsi məsələsini asanlaşdıracaq.
Qeyd etmək çox vacibdir ki, Azərbaycan Qazaxıstan neftini öz ərazisi və infrastrukturu ilə nəql etsə də, bir sıra ekspertlər hesab edir ki, Bakı üçün "qara qızıl"ını onunla qarışdırmaq o qədər də sərfəli deyil.
Belə ki, BTC neft kəməri ilə vurulmaq üçün kimyəvi xüsusiyyətlərinə görə Azərbaycanınkına yaxın, az kükürdlü xammalın çeşidinin olması vacibdir. Qazax nefti isə yüksək kükürdlü növlərə aiddir.
Qazaxıstan nefti isə BTC-yə daxil olanda Azərbaycan nefti ilə qarışdırılır və Ceyhanda çıxışda daha ucuz xammal alınır.
Məhz buna görə də Azərbaycan Qazaxıstan tərəfinə neftin Bakı-Supsa kəməri ilə nəqlini təklif edib ki, bu da yalnız Qazaxıstan neftinə xidmət göstərəcək.
Beləliklə, Bakı optimal variantı təklif edib. Bu varianta görə Qazaxıstan nefti Azərbaycanın infrastrukturu vasitəsilə axacaq və beynəlxalq bazara alternativ çıxış əldə edəcək, Azərbaycan xammalı isə öz keyfiyyətini və alıcısını saxlayacaq.
Astananın öz ixrac marşrutunu şaxələndirmək üzrə iddialı planlarını nəzərə alaraq, Qazaxıstanın Azərbaycanın təklifini dəyərləndirəcəyi və "Bakı-Supsa"nı özünün prioritet tədarük marşrutuna daxil edəcəyi gözlənilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.