Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Andrey Lunyov "Hakken"lə matçdan əvvəl xəstələnib, orqanizmi çöküb

© AFP 2024 / SVEIN OVE EKORNESVAGAndrey Lunyov, arxiv şəkli
Andrey Lunyov, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.12.2023
Abunə olmaq
Bu barədə 32 yaşlı qolkiperin meneceri Anton Smirnov şəxsi teleqram kanalında məlumat verib.
BAKI, 15 dekabr — Sputnik. "Qarabağ"ın qapıçısı Andrey Lunyov Bakıda İsveçin "Hakken" klubuna qarşı keçirdikləri Avropa Liqasının VI turunun oyunundan əvvəl xəstələnib.
Bu barədə 32 yaşlı qolkiperin meneceri Anton Smirnov şəxsi teleqram kanalında məlumat verib.
O, rusiyalı oyunçunun səhhətinin görüşdən iki gün əvvəl çox pis olduğunu söyləyib: "Bəlkə də bunu dediyimə görə məni danlayacaq. Amma bu vacib detalı qeyd etmək istəyirəm. Andrey iki gün çox xəstə idi, virusa yoluxmuşdu və bütün orqanizmi çökmüşdü. Məşqdə də iştirak edə bilmirdi. Ona iki gün sistem vuruldu və qapıçını ayağa qaldırdırlar".
Qeyd edək ki, "Qarabağ" qrup mərhələsinin VI turunda Bakıda İsveçin "Hakken" klubunu 2:1 hesabı ilə məğlub edərək, tarixində ilk dəfə bu turnirin pley-offuna vəsiqə qazanıb.
Qarabağdan bir ilk - Klub UEFA Avropa Liqasının pley-off mərhələsində - Sputnik Azərbaycan, 1920, 14.12.2023
FOTO
"Qarabağ"dan bir ilk - Klub UEFA Avropa Liqasının pley-off mərhələsində
Xəbər lenti
0