BAKI, 14 dekabr - Sputnik. Bakıda UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun "Qarabağ" - "Hakken" (İsveç) oyunu keçirilib.Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan qarşılaşma saat 21:45-də start götürüb.Matçı albaniyalı FIFA referisi Yucin Caya idarə edib.Qarşılaşmanın 1-ci dəqiqəsində Azərbaycan təmsilçisi hesabı açıb, Leandro Andrade fərqlənib - 1:0. 45+3-cü dəqiqədə Yassin Benzia rəqibi ikinci dəfə məyus edib - 2:0. Birinci hissə bu hesabla başa çatıb.İkinci hissədə, Azərbaycan təmsilçisinin heyətində Marko Veşoviç 56-cı dəqiqədə birbaşa qırmızə vərəqə alaraq meydandan qovulub.Oyuna artırılmış vaxtda (90+4) Bədavi Hüseynov topu öz qapısından keçirib - 2:1.Oyun 2:1 hesabı ilə Ağdam klubunun qələbəsi ilə başa çatıb.Beləliklə, Ağdamın "Qarabağ" klubu tarixində ilk dəfə olaraq UEFA Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.Qrupun qalibi isə Almaniyanın "Bayer" klubu olub - 18 xal. "Qarabağ" 10 xalla ikinci, "Molde" (Norveç) 7 xalla üçüncü olub. "Hakken" isə 0 xalla qonuncu yerdə qərarlaşıb.
"Qarabağ"dan bir ilk - Klub UEFA Avropa Liqasının pley-off mərhələsində.
Qarşılaşmanın 1-ci dəqiqəsində Azərbaycan təmsilçisi hesabı açıb, Leandro Andrade fərqlənib - 1:0.
45+3-cü dəqiqədə Yassin Benzia rəqibi ikinci dəfə məyus edib - 2:0. Birinci hissə bu hesabla başa çatıb.
İkinci hissədə, Azərbaycan təmsilçisinin heyətində Marko Veşoviç 56-cı dəqiqədə birbaşa qırmızə vərəqə alaraq meydandan qovulub.
Oyuna artırılmış vaxtda (90+4) Bədavi Hüseynov topu öz qapısından keçirib - 2:1.
Oyun 2:1 hesabı ilə Ağdam klubunun qələbəsi ilə başa çatıb.
Beləliklə, Ağdamın "Qarabağ" klubu tarixində ilk dəfə olaraq UEFA Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.
Qrupun qalibi isə Almaniyanın "Bayer" klubu olub - 18 xal. "Qarabağ" 10 xalla ikinci, "Molde" (Norveç) 7 xalla üçüncü olub. "Hakken" isə 0 xalla qonuncu yerdə qərarlaşıb.