https://sputnik.az/20230923/ermenistan-herbi-qenimetler-parki-meselesinde-siyasi-xal-qazana-bilmedi---xn-437064385.html
Ermənilərin “qələbə” simvolu olan tank Bakıdakı Hərbi Qənimətlər Parkına gətirilib
Ermənilərin “qələbə” simvolu olan tank Bakıdakı Hərbi Qənimətlər Parkına gətirilib
Sputnik Azərbaycan
Qarabağda qanunsuz yerləşdirilmiş Ermənistan silahlı qüvvələri birləşmələrinə qarşı sentyabrın 19-da keçirilən antiterror tədbirləri nəticəsində tankın... 23.09.2023, Sputnik Azərbaycan
2023-09-23T14:45+0400
2023-09-23T14:45+0400
2023-09-23T14:47+0400
hərbi
azərbaycan xin
prezident ilham əliyev
beynəlxalq ədalət məhkəməsi
hərbi qənimət
qarabağın dirçəlişi və reinteqrasiyası
https://cdnn1.img.sputnik.az/img/07e7/09/17/458888083_80:382:1137:977_1920x0_80_0_0_ccc376d8fa1382b262cf5d184530b704.jpg
BAKI, 23 sentyabr - Sputnik. Ermənilərin Birinci Qarabağ müharibəsində “qələbə”lərinin simvolu olaraq Xankəndi-Şuşa yolunun üzərində yerləşdirdikləri tank Bakıdakı Hərbi Qənimətlər Parkına gətirilib.Texnika nümayiş olunması üçün parkda quraşdırılıb.12:44Ermənilərin Birinci Qarabağ müharibəsində “qələbə”lərinin simvolu olaraq Xankəndi-Şuşa yolunun üzərində yerləşdirdikləri tank demontaj olunaraq ərazidən götürülüb və Bakıya gətirilib.Hazırda texnika nümayiş olunması üçün Hərbi Qənimətlər Parkında quraşdırılır.Qarabağda qanunsuz yerləşdirilmiş Ermənistan silahlı qüvvələri birləşmələrinə qarşı sentyabrın 19-da keçirilən antiterror tədbirləri nəticəsində tankın yerləşdiyi ərazi Azərbaycan Ordusunun nəzarətinə keçib. Bundan sonra texnika oradan götürülüb.Qeyd edək ki, həmin tank Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov tərəfindən Şuşa yaxınlığında vurularaq sıradan çıxarılıb. Sonradan onun vurduğu tankı ermənilər rəngləyib, Xankəndi-Şuşa yolunun üzərindəki təpədə yerləşdirmişdilər.Xatırladaq ki, ermənilərin başına külli miqdarda pul qoyduğu Milli Qəhrəman Albert Aqarunov Qarabağda könüllü olaraq vuruşub və Şuşa uğrunda döyüşlərdə şəhid olub (Report).08.12.21, 13:50Ermənistan Hərbi Qənimətlər Parkı məsələsində siyasi xal qazana bilmədi - XİNOktyabr ayında dinləmələr Beynəlxalq məhkəmədə Ermənistanı siyasi gündəmində olan 1 nömrəli məsələ Azərbaycanda saxlanılan cinayət törətmiş ermənilərlə bağlı idi. Hansı ki, Ermənistanın bu tələbi məhkəmə tərəfindən rədd edilib.Sputnik Azərbaycan xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Ədalət Məhkəməsinin müvəqqəti tədbirlərə dair qərarı ilə bağlı mətbuat brifinqində deyib.Nazir müavini bildirib ki, digər məsələ Hərbi Qənimətlər Parkı ilə bağlı idi, bu da Məhkəmə tərəfindən təmin edilməyib:Qeyd edək ki, cari ilin 12 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışında iştirak edib.Beynəlxalq Ədalət Məhkəməsinin qərarı7 dekabr 2021-ci il tarixində Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın, o cümlədən Ermənistan ərazisində fəaliyyət göstərən və azərbaycanlıları hədəf alan fərdlər və təşkilatlar tərəfindən irqi nifrətin təşviq etməsini qadağan edən müvəqqəti tədbirlərə dair Azərbaycanın vəsatətini təmin edib."Məhkəmə əsaslı olaraq Ermənistan tərəfinə azərbaycanlıların insan hüquqlarının pozulmasının qarşısını almaq üçün təcili tədbirlər görməyi tapşırıb. Bu qərar 2021-ci il oktyabrın 14-dən 19-dək olan Məhkəmə dinləmələrindən sonra verilib. Azərbaycan, Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistana qarşı verdiyi bu qərarını alqışlayır və Ermənistanı Məhkəmənin qərarını dərhal yerinə yetirməyə çağırır", - XİN-in Beynəlxalq Ədalət Məhkəməsinin müvəqqəti qərarına dair məlumatında deyilir.Vurğulanır ki, məhkəmənin Ermənistan tərəfindən tələb edilən müvəqqəti tədbirlər ilə bağlı qərarına gəldikdə, vurğulamaq istərdik ki, Ermənistan tərəfindən qaldırılan saxlanılan erməni əsilli şəxslərin dərhal azadlığa buraxılması, habelə Bakıdakı Qənimətlər Parkının dərhal bağlanmasına dair vəsatətlər Məhkəmə tərəfindən rədd edilib: "Azərbaycan beynəlxalq hüquq çərçivəsində bütün vətəndaşlarının hüquqlarını qorumağa və Ermənistanın beynəlxalq hüquq pozuntularına görə cavabdehlik daşımasını tələb etməyə davam edəcək".Eləcə də oxuyun:* Azərbaycanın Ermənistana qarşı şikayətinə qarşıdakı illərdə baxılacaq* Rəsmi Bakıdan Ermənistana qarşı iddia üzrə BMT məhkəməsinin qərarına reaksiya* Ermənistan bütün dünyaya Azərbaycandan şikayətlənir. Bakıda bu barədə nə düşünürlər* Paşinyanın bəyanatlarını oxuyun - Azərbaycan XİN-dən erməni diplomatlara* Azərbaycanın beynəlxalq məhkəmələrdən gözləntiləri: haqq-ədalət yerini tapacaqmı?
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/17/458888083_0:0:1601:1200_1920x0_80_0_0_74e2bb2513cfb560c4894894481d0116.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
hərbi, azərbaycan xin, prezident ilham əliyev, beynəlxalq ədalət məhkəməsi, hərbi qənimət
hərbi, azərbaycan xin, prezident ilham əliyev, beynəlxalq ədalət məhkəməsi, hərbi qənimət
Ermənilərin “qələbə” simvolu olan tank Bakıdakı Hərbi Qənimətlər Parkına gətirilib
14:45 23.09.2023 (Yenilənib: 14:47 23.09.2023) Qarabağda qanunsuz yerləşdirilmiş Ermənistan silahlı qüvvələri birləşmələrinə qarşı sentyabrın 19-da keçirilən antiterror tədbirləri nəticəsində tankın yerləşdiyi ərazi Azərbaycan Ordusunun nəzarətinə keçib.
BAKI, 23 sentyabr - Sputnik. Ermənilərin Birinci Qarabağ müharibəsində “qələbə”lərinin simvolu olaraq Xankəndi-Şuşa yolunun üzərində yerləşdirdikləri tank Bakıdakı Hərbi Qənimətlər Parkına gətirilib.
Texnika nümayiş olunması üçün parkda quraşdırılıb.
Ermənilərin Birinci Qarabağ müharibəsində “qələbə”lərinin simvolu olaraq Xankəndi-Şuşa yolunun üzərində yerləşdirdikləri tank demontaj olunaraq ərazidən götürülüb və Bakıya gətirilib.
Hazırda texnika nümayiş olunması üçün Hərbi Qənimətlər Parkında quraşdırılır.
Qarabağda qanunsuz yerləşdirilmiş Ermənistan silahlı qüvvələri birləşmələrinə qarşı sentyabrın 19-da keçirilən antiterror tədbirləri nəticəsində tankın yerləşdiyi ərazi Azərbaycan Ordusunun nəzarətinə keçib. Bundan sonra texnika oradan götürülüb.
Qeyd edək ki, həmin tank Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov tərəfindən Şuşa yaxınlığında vurularaq sıradan çıxarılıb. Sonradan onun vurduğu tankı ermənilər rəngləyib, Xankəndi-Şuşa yolunun üzərindəki təpədə yerləşdirmişdilər.
Xatırladaq ki, ermənilərin başına külli miqdarda pul qoyduğu Milli Qəhrəman Albert Aqarunov Qarabağda könüllü olaraq vuruşub və Şuşa uğrunda döyüşlərdə şəhid olub (Report).
Ermənistan Hərbi Qənimətlər Parkı məsələsində siyasi xal qazana bilmədi - XİN
Oktyabr ayında dinləmələr Beynəlxalq məhkəmədə Ermənistanı siyasi gündəmində olan 1 nömrəli məsələ Azərbaycanda saxlanılan cinayət törətmiş ermənilərlə bağlı idi. Hansı ki, Ermənistanın bu tələbi məhkəmə tərəfindən rədd edilib.
Sputnik Azərbaycan xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Ədalət Məhkəməsinin müvəqqəti tədbirlərə dair qərarı ilə bağlı mətbuat brifinqində deyib.
Nazir müavini bildirib ki, digər məsələ Hərbi Qənimətlər Parkı ilə bağlı idi, bu da Məhkəmə tərəfindən təmin edilməyib:
“Ermənistanın istinad etdiyi Azərbaycana münasibətdə verilmiş qərarlar konvensiyaya əsaslanaraq Azərbaycan üzərindəki öhdəliklərin təkrarı ilə bağlı olub. Bu da Azərbaycanda saxlanılan ermənilərlə bağlı beynəlxalq konvensiyalardan irəli gələn öhdəliklərə əməl edilməsi ilə bağlıdır. Azərbaycan bu öhdəliklərinə əməl edir. Ermənistanın ümid etdiyi qərarlar bunlar deyildi. Ermənistanın siyasi xal qazana biləcəyi iki məsələdə də onun tələbi rədd edilib. Mövcud olan öhdəliklərin təkrarlanması ilə bağlı qərarlar Ermənistana siyasi xal qazandırmır".
Qeyd edək ki, cari ilin 12 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışında iştirak edib.
Beynəlxalq Ədalət Məhkəməsinin qərarı
7 dekabr 2021-ci il tarixində Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın, o cümlədən Ermənistan ərazisində fəaliyyət göstərən və azərbaycanlıları hədəf alan fərdlər və təşkilatlar tərəfindən irqi nifrətin təşviq etməsini qadağan edən müvəqqəti tədbirlərə dair Azərbaycanın vəsatətini təmin edib.
"Məhkəmə əsaslı olaraq Ermənistan tərəfinə azərbaycanlıların insan hüquqlarının pozulmasının qarşısını almaq üçün təcili tədbirlər görməyi tapşırıb. Bu qərar 2021-ci il oktyabrın 14-dən 19-dək olan Məhkəmə dinləmələrindən sonra verilib. Azərbaycan, Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistana qarşı verdiyi bu qərarını alqışlayır və Ermənistanı Məhkəmənin qərarını dərhal yerinə yetirməyə çağırır", - XİN-in Beynəlxalq Ədalət Məhkəməsinin müvəqqəti qərarına dair məlumatında deyilir.
Vurğulanır ki, məhkəmənin Ermənistan tərəfindən tələb edilən müvəqqəti tədbirlər ilə bağlı qərarına gəldikdə, vurğulamaq istərdik ki, Ermənistan tərəfindən qaldırılan saxlanılan erməni əsilli şəxslərin dərhal azadlığa buraxılması, habelə Bakıdakı Qənimətlər Parkının dərhal bağlanmasına dair vəsatətlər Məhkəmə tərəfindən rədd edilib: "Azərbaycan beynəlxalq hüquq çərçivəsində bütün vətəndaşlarının hüquqlarını qorumağa və Ermənistanın beynəlxalq hüquq pozuntularına görə cavabdehlik daşımasını tələb etməyə davam edəcək".
*
Paşinyanın bəyanatlarını oxuyun - Azərbaycan XİN-dən erməni diplomatlara